Maddə 6
Konsulluq dairəsi hüdudlarından kənarda konsul
funksiyalarının yerinə yetirilməsi
Konsulluğun vəzifəli şəxsi xüsusi hallarda yerləşmə dövlətinin
razılığı ilə konsulluq funksiyalarını öz konsulluq dairəsi hüdud-
larından kənarda yerinə yetirə bilər.
Maddə 7
Üçüncü dövlətdə konsulluq funksiyalarının yerinə yetirilməsi
Göndərən dövlət müvafiq dövlətləri xəbərdar etdikdən sonra,
276
277
bu dövlətlərin müəyyən şəkildə ifadə edilmiş etirazı olmadığı
təqdirdə, bir dövlətdə açılmış konsulluq idarəsinə digər dövlətdə
konsulluq funksiyalarını yerinə yetirməyi tapşıra bilər.
Maddə 8
Üçüncü dövlətin adından konsul funksiyalarının yerinə
yetirilməsi
Yerləşmə dövlətini müvafiq şəkildə xəbərdarlıq etdikdən
sonra, yerləşmə dövləti etiraz etmirsə, göndərən dövlətin konsulluğu
yerləşmə dövlətində üçüncü dövlətin adından konsulluq
funksiyalarını yerinə yetirə bilər.
Maddə 9
Konsulluğun başçılarının dərəcələri
1. Konsuluğun başçıları dörd dərəcəyə bölünür. Bunlar aşağı-
dakılardır:
a) baş konsullar;
b) konsullar;
c) vitse-konsullar;
d) konsul agentləri.
2. Bu maddənin 1-ci bəndi istənilən Razılaşmış Tərəfin, kon-
sulluğun başçısı olmayan konsul vəzifəli şəxslərinin adlandırılmasını
müəyyən etmək hüququnu məhdudlaşdırmır.
Maddə 10
Konsulluq başçılarının təyin olunması və icazə verilməsi.
1. Konsulluğun başçıları göndərən dövlət tərəfindən təyin ol-
unur və yerləşmə dövləti tərəfindən öz funksiyalarının icrasına burax-
ılır.
2. Hazırkı konvensiyanın müddəalarına riayət etmək şərtilə
konsulluq başçılarının təyin olunması və icazə verilməsinin təfərrüatı
uyğun olaraq göndərən dövlətin və yerləşmə dövlətinin qanunları,
qaydaları və adətləri ilə müəyyən olunur.
Maddə 11
Konsul patenti və ya təyinedilmə haqqında bildiriş
1. Göndərən dövlət konsulluğun başçısına hər bir
təyinedilmədə tərtib olunan, onun vəzifəsini təsdiq edən və ümumi
qayda kimi onun tam adını və soyadını, aid olduğu kateqoriya və ya
dərəcəsini, konsulluq dairəsini və konsulluğun olduğu yeri göstərən,
patent və ya anoloji akt formasına malik olan sənəd verir.
2. Göndərən dövlət bu patenti və ya anoloji aktı diplomatik və
ya digər uyğun kanallar vasitəsilə ərazisində konsulluq başçısının öz
funksiyalarını yerinə yetirməli olan dövlətin hökumətinə göndərir.
3. Əgər yerləşmə dövləti razıdırsa, göndərən dövlət patentin və
ya ona anoloji aktın yerinə yerləşmə dövlətinə hazırkı maddənin 1-ci
bəndində bəhs olunan məlumatları ehtiva edən bildiriş göndərə bilər
Maddə 12
Ekzekvatura
1. Konsulluğun başçısı öz funksiyalarının yerinə yetirilməsinə
yerləşmə dövlətinin formasından asılı olmayaraq ekzekvatura ad-
lanan icazəsi ilə buraxılır.
2. Ekzekvaturanı verməkdən imtina edən dövlət, göndərən
dövlətə bu imtinanın səbəblərini göstərməyə borclu deyil.
3. 13 və 15-ci maddələrdə göstərilən hallar istisna olmaqla,
konsulluğun başçısı ekzekvatura alınana qədər öz vəzifələrinin icras-
ına başlaya bilməz.
Maddə 13
Konsulluq başçılarının müvəqqəti icazəsi
Ekzekvaturanın verilməsinə qədər konsulluğun başçısının
funksiyalarının icrasına müvəqqəti icazə verilə bilər. Bu halda hazırkı
Konvensiyanın müddəları tətbiq edilir.
Maddə 14
Konsulluq dairəsi hakimiyyətinin məlumatlandırılması
Konsulluq başçısına hətta müvəqqəti olaraq öz funksiyalarını
yerinə yetirmək icazəsi verildikdən sonra yerləşmə dövləti təcili
surətdə konsulluq dairəsinin səlahiyyətli hakimiyyət orqanına bu
barədə məlumat verməlidir. Bundan əlavə yerləşmə dövləti konsulluq
başçısına öz vəzifəsini icra etməsi və bu konvensiyadan irəli gələn
üstünlüklərdən istifadə edə bilməsi üçün lazımi tədbirlər görülməsini
təmin edir.
Maddə 15
Konsulluq başçısı funksiyalarının
278
279
müvəqqəti olaraq yerinə yetirilməsi
1. Əgər konsulluq başçısı öz funksiyalarını yerinə yetirə
bilmirsə və ya konsulluq başçısının vəzifəsi boşdursa, konsulluq
başçısının funksiyaları konsulluq başçısı vəzifələri icra edən
tərəfindən müvəqqəti yerinə yetirilir.
2. Konsulluq başçısının vəzifələrini icra edən şəxsin tam adı və
soyadı göndərən dövlətin diplomatik nümayəndəliyi vasitəsilə və ya
göndərən dövlətin yerləşmə dövlətində belə nümayəndəliyi ol-
madıqda konsulluq başçısı tərəfindən, yaxud o bunu etmək imkanına
malik deyilsə, onda göndərən dövlətin hər hansı səlahiyyətli orqanı
tərəfindən yerləşmə dövlətinin Xarici İşlər Nazirliyinə və yaxud
həmin nazirliyin göstərdiyi orqana bildirilir. Bu bildiriş bir qayda
olaraq, qabaqcadan göndərilir. Yerləşmə dövləti öz razılığı ilə göndərən
dövlətin yerləşmə dövlətində nə diplomatik agenti, nə də konsul
vəzifəli şəxsi olmayan konsulluq başçısı funksiyalarının müvəqqəti
icrasının icazəsini şərtləndirə bilər.
3. Yerləşmə dövlətinin səlahiyyətli orqanları konsulluq başçısı
vəzifələrini icra edən şəxsə yardım göstərir və onu himayə edirlər.
Konsulluğa rəhbərlik etdiyi müddətdə ona hazırkı Konvensiyanın
müddəaları müvafiq konsulluq başçısı üçün nəzərdə tutulan əsaslarla
şamil edilir. Buna baxmayaraq yerləşmə dövləti konsulluq başçısı
vəzifələrini müvəqqəti icra edənin müəyyən şərtlərə cavab
verməməsinə görə ona konsulluq başçısının istifadə etdiyi üstünlük,
imtiyaz və immunitetləri verməyə də bilər.
4. Göndərən dövlətin yerləşmə dövlətindəki diplomatik
nümayəndəliyinin diplomatik heyət üzvü göndərən dövlət tərəfindən
bu maddənin birinci bəndinin müddəalarına əsasən konsulluq başçısı
vəzifələrinin müvəqqəti icraçısı təyin olunarsa, o, diplomatik imti-
yazlardan və toxunulmazlıqlardan yerləşmə dövlətinin buna etiraz
etmədiyi təqdirdə istifadə etməkdə davam edir.
Maddə 16
Konsulluq başçıları arasında birincilik
1. Konsulluq başçılarına hər bir dərəcədə onlara ekzekva-
turanın verilməsinin tarixinə görə müəyyən olunan birincilik qaydas-
ında müxtəlif yerlər verilir.
2. Konsulluğun başçısı ekzekvatura alana qədər öz funksiya-
larının icrasına müvəqqəti buraxılırsa birincilik qaydasında onun yeri
müvəqqəti buraxılmasının tarixi ilə müəyyən olunur; bu yer ona
ekzekvatura verildikdən sonra da saxlanırlır.
3. Ekzekvaturanı və ya öz funksiyalarının yerinə yetirilməsinə
müvəqqəti icazəni eyni gündə almış iki və ya bir neçə konsulluq başçısı
arasında birincilik, onların patentlərinin və ya patentə analoji aktlarının
və ya 11-ci maddənin 3-cü bəndində adı çəkilən bildirişlərinin yerləşmə
dövlətinə təqdim olunduğu tarixlə müəyyən olunur.
4. Konsulluq başçılarının vəzifələrinin müvəqqəti icraçıları bir-
incilik qaydasında bütün konsulluq başçılarından sonrakı yerləri tu-
turlar, onların arasında birincilik isə 15-ci maddənin 2-ci bəndinə uy-
ğun olaraq edilmiş məlumatlarda qeyd olunan konsulluğun başçıları
vəzifələrinin müvəqqəti icrasına başladığı tarixlə müəyyən olunur.
5. Konsulluğun başçısı olan fəxri konsul vəzifəli şəxsləri hər
bir dərəcədə əvvəlki bəndlərdə göstərilən qaydalara uyğun olaraq
ştatlı konsul başçılarından sonrakı yerləri tuturlar.
6. Konsulluğun başçılarına birincilik qaydasında, bu statusa
malik olmayan konsul vəzifəli şəxslərindən yuxarı yerlər aiddir.
Maddə 17
Konsul vəzifəli şəxsləri tərəfindən
diplomatik aktların həyata keçirilməsi
1. Göndərən dövlətin diplomatik nümayəndəliyə malik ol-
madığı və üçüncü dövlətin diplomatik nümayəndəliyi ilə təmsil ol-
unmadığı dövlətdə konsul vəzifəli şəxsi, yerləşmə dövlətinin razılığı
ilə və onun konsul statusu dəyişdirilmədən diplomatik aktların həyata
keçirilməsinə səlahiyyətləndirilə bilər. Konsul vəzifəli şəxsi
tərəfindən bu cür aktların həyata keçirilməsi ona diplomatik immunit-
itet və imtiyazlara iddia etmək hüququnu vermir.
2. Konsul vəzifəli şəxsi yerləşmə dövləti məlumatlandırdıqdan
sonra istənilən hökümətlərarası təşkilatlarda göndərən dövlətin nü-
mayəndəsi keyfiyyətində fəaliyyət göstərə bilər. Bu keyfiyyətdə
fəaliyyət göstərərkən o, bu cür nümayəndəyə beynəlxalq adət hüququ və
beynəlxalq müqavilələrlə verilən bütün imtiyaz və immunitetlərdən
istifadə etmək hüququna malik olur. Lakin istənilən konsul funksiya-
larının yerinə yetirilməsinə gəldikdə o, hazırkı konvensiyaya uyğun
olaraq konsul vəzifəli şəxsin malik olduğu yurisdiksiya immunitetindən
artıq immunitetə malik ola bilməz.
280
281
Maddə 18
İki və ya daha artıq dövlət tərəfindən eyni şəxsin konsul vəzifəli
şəxsi təyin olunması
İki və ya daha artıq dövlət yerləşmə dövlətinin razılığı ilə eyni şəxsi
bu dövlətlərdə konsul vəzifəli şəxsi keyfiyyətində təyin edə bilər.
Maddə 19
Konsulluq heyəti işçilərinin təyin olunması
1. Göndərən dövlət konsulluq heyəti işçilərini 20, 22 və 23-cü
maddələrin müddəalarında göstərilən istisnalarla, azad şəkildə təyin
edə bilər.
2. Göndərən dövlət yerləşmə dövlətinin istəyinə uyğun olaraq
23-cü maddənin 3-cü bəndində nəzərdə tutulan hüquqlarını həyata
keçirə bilməsi üçün konsulluq başçısı istisna olmaqla, konsulluğun
vəzifəli şəxslərinin tam adı və soyadını, kateqoriyalarını və vəzifə
dərəcələrini qabaqcadan qəbul edən dövlətə bildirir.
3. Göndərən dövlət, əgər bu onun qanun və qaydaları ilə tələb
olunursa yerləşmə dövlətindən, konsulluğun başçısı olmayan konsul
vəzifəli şəxsinə ekzekvatura verilməsini xahiş edə bilər.
4. Yerləşmə dövləti, əgər bu onun qanun və qaydaları ilə tələb
olunursa konsulluğun başçısı olmayan konsul vəzifəli şəxsinə ekzek-
vatura verə bilər.
Maddə 20
Konsulluq heyətinin sayı
Konsulluq heyətinin sayı barədə konkret razılaşma mövcud
olmadıqda, yerləşmə dövləti konsulluq dairəsində mövcud olan
şəraiti və şərtləri və həmin konsulluğun tələblərini nəzərə almaqla
heyətin sayını onun ağlabatan və normal hesab etdiyi hüdudlarda
müəyyən olunmasını təklif edə bilər.
Maddə 21
Konsulluğun konsul vəzifəli şəxsləri arasında
birincilik qaydası
Göndərən dövlətin diplomatik nümayəndəliyi və ya əgər dövlət
yerləşmə dövlətində belə nümayəndəliyə malik deyilsə konsulluğun
başçısı, yerləşmə dövlətinin xarici işlər nazirliyinə və ya bu nazirliyin
göstərdiyi orqana konsulluğun konsul vəzifəli şəxslərinin birinciliyi
qaydası və həmçinin bu qaydadakı istənilən dəyişikliklər barədə
məlumat verir.
Maddə 22
Konsul vəzifəli şəxslərinin vətəndaşlığı
1.
Konsul vəzifəli şəxsləri prinsipcə göndərən dövlətin
vətəndaşları olmalıdır.
2.
Konsul vəzifəli şəxsləri yerləşmə dövlətinin aydın ifadə
olunmuş razılığı olmadan bu dövlətin vətəndaşları arasından seçilə
bilməz və bu razılıq istənilən zaman geri götürülə bilər.
3.
Yerləşmə dövləti eyni zamanda göndərən dövlətin
vətəndaşı olmayan üçüncü dövlətin vətəndaşlarına münasibətdə də
eyni hüquqları saxlayır.
Maddə 23
"Persona non qrata" elan olunmuş şəxslər
1. Qəbul edən dövlət istədiyi vaxt göndərən dövlətə konsulluğun
bu və ya digər vəzifəli şəxsinin persona non qrata, yaxud hər hansı
işçisinin arzuolunmaz şəxs olduğu barədə məlumat verə bilər. Bu halda
göndərən dövlət, müvafiq olaraq, həmin şəxsi geri çağırmalı və ya
onun konsulluqdakı funksiyalarını dayandırmalıdır.
2. Göndərən dövlət bu maddənin 1-ci bəndində göstərilən
öhdəliyi məqbul müddətdə yerinə yetirməkdən imtina edərsə və ya
yerinə yetirməzsə, yerləşmə dövləti müvafiq olaraq həmin şəxsin
ekzekvaturasını və ya digər icazəsini ləğv edə, yaxud onu konsulluq
personalının işçisi kimi tanımaqdan imtina edə bilər.
3. Konsulluğun işçisi kimi təyin edilmiş şəxs yerləşmə
dövlətinin ərazisinə daxil olanadək və ya o, artıq yerləşmə
dövlətindədirsə, konsulluqda öz vəzifələrinin icrasına başlayanadək
arzuolunmaz şəxs elan edilə bilər. Hər belə halda göndərən dövlət
onun təyinatını ləğv edir.
4. Bu maddənin 1-ci və 3-cü bəndlərində göstərilən hallarda
yerləşmə dövləti göndərən dövlətə öz qərarının səbəbini bildirməyə
borclu deyildir.
Maddə 24
Təyinolunma, gəlmə və getmə haqqında yerləşmə
dövlətinə bildirilməsi
282
283
1. Yerləşmə dövlətinin Xarici İşlər Nazirliyinə və ya bu nazir-
lik tərəfindən göstərilən orqana aşağıdakılar barədə bildirilir:
a) Konsulluğun işçilərinin təyin olunması, təyin olunduqdan
sonra onların konsulluğa gəlmələri, tamamilə qayıtmaları və ya
onların funksiyalarının dayandırılması, konsulluqda işlədiyi
müddətdə onların statusuna təsir göstərən bütün başqa dəyişikliklər
barədə;
b) konsulluq işçisinin ailə üzvü olan və onunla daimi yaşayan
şəxsin gəlmələri və tamamilə getmələri, habelə lazımi hallarda bu və
ya digər şəxsin ailə üzvlüyünə daxil olması, yaxud ailə üzvülüyündən
çıxması;
c) xüsusi ev xidmətçilərinin gəlmələri və tamamilə getmələri və
lazımi hallarda onların bu sifətdə xidmətlərinin dayandırılması.
2. Gəlmə və tamamilə getmə barədə bildiriş mümkün qədər
qabaqcadan verilməlidir.
II Bölmə. Konsul funksiyalarının dayandırılması
Maddə 25
Konsulluğun vəzifəli şəxsinin funksiyasının dayandırılması
Konsulluğun işçisinin funksiyaları, xüsusilə, aşağıdakı hallarda
dayandırılır:
a) göndərən dövlət tərəfindən onun funksiyalarının
dayandırılması barədə yerləşmə dövləti xəbərdar edildikdə;
b) ekzekvaturanın ləğv edilməsi halında;
c) yerləşmə dövləti tərəfindən yerləşmə dövlətinin onu konsul-
luq personalı kimi hesab etmədiyini göndərən dövlətə bildirilməsi
halında.
Maddə 26
Yerləşmə dövlətindən getmə
284
Yerləşmə dövləti, hətta silahlı münaqişə zamanı konsulluq
işçilərinə və yerləşmə dövlətinin vətəndaşları olmayan xüsusi ev
xidmətçilərinə və ya vətəndaşlığından asılı olamayaraq onların ailə
üzvlərinə, müvafiq işçilərin funksiyaları dayandırıldıqdan sonra
onların getməyə hazırlana bilməsi və mümkün qədər qısa müddətdə
çıxıb getməsi üçün lazım olan vaxt və şərait yaratmalıdır. Xüsusilə
onların özü üçün və ya yerləşmə dövlətində əldə edilmiş və çıxarıl-
ması qadağan edilməyən əmlak üçün zəruri olan hallarda onların
sərəncamına nəqliyyat vasitələri verilir.
285
Maddə 27
Konsulluq binalarının və arxivlərinin, habelə göndərən
Maddə 29
dövlətin mənafeyinin müstəsna hallarda qorunması
Dövlət bayrağı və gerbdən istifadə
1. İki dövlət arasında konsulluq əlaqələrinin kəsilməsi halında;
1. Göndərən dövlət bu maddənin müddəalarına uyğun olaraq
yerləşmə dövlətində öz Dövlət bayrağından və gerbindən istifadə
etmək hüququna malikdir.
a) yerləşmə dövləti hətta silahlı münaqişə zamanı konsulluq
binalarına, habelə konsulluğun əmlakına və konsulluq arxivinə
hörmətlə yanaşmalı, onları mühafizə etməlidir;
2. Göndərən dövlətin Dövlət bayrağı konsulluq binası
üzərində, onun dövlət gerbi konsulluğun binasında, binanın giriş
qapılarında sancıla, habelə Dövlət bayrağı konsulluq başçısının
iqamətgahında, xidməti vəzifələrini yerinə yetirərkən onun nəqliyyat
vasitələrinin üzərində ucaldıla bilər.
b) göndərən dövlət konsulluq binalarının və onlarda olan
əmlakı, konsulluğun arxivinin mühafizəsini yerləşmə dövləti üçün
məqbul sayılan üçüncü dövlətə tapşıra bilər;
c) göndərən dövlət öz mənafeyinin və vətəndaşlarının
mənafeyinin müdafiəsini yerləşmə dövləti üçün məqbul sayılan
üçüncü dövlətə tapşıra bilər.
3. Bu maddədə göstərilən hüquqları yerinə yetirərkən yerləşmə
dövlətinin qanun-qaydaları və adətləri nəzərə alınmalıdır.
2. Konsulluq müvəqqəti və ya tamamilə bağlandığı halda bu
maddənin 1-ci bəndinin "a" yarımbəndinin müddəaları tətbiq olunur.
Bundan əlavə:
Maddə 30
Binalarla təmin olunma
1.
Yerləşmə dövləti öz ərazisində, onun qanun və qaydalarına
uyğun olaraq göndərən dövlət tərəfindən bu dövlətin konsulluğu üçün
vacib olan binaların əldə olunmasında ya iştirak etməli, ya da digər
yolla binanın alınmasına yardım etməlidir.
a) əgər göndərən dövlətin yerləşmə dövlətində diplomatik
nümayəndəliyi yoxdursa, lakin bu dövlətin ərazisində başqa konsul-
luğu mövcuddursa, bağlanmış konsulluğun binalarının, onlarda olan
əmlakın, konsulluq arxivinin mühafizəsini və yerləşmə dövlətinin
razılı ilə, bu konsulluğun dairəsindəki konsulluq funksiyalarının
yerinə yetirilməsini bu konsulluğa tapşıra bilər; və ya;
2.
O, həmçinin vacib olan təqdirdə konsulluğun işçiləri üçün
uyğun binaların alınmasında da konsulluğa yardım etməlidir.
b) əgər göndərən dövlətin yerləşmə dövlətində nə diplomatik
nümayəndəliyi, nə də konsulluğu yoxdursa, bu maddənin 1-ci
bəndinin "b" və "c" yarımbəndlərinin müddəaları tətbiq edilir.
Maddə 31
Konsulluq binalarının toxunulmazlığı
1. Konsulluq binaları bu maddənin müddəalarına əsasən
toxunulmazdır.
II Fəsi. Konsulluqların, ştatlı konsul vəzifəli şəxslərinin
2. Yerləşmə dövlətinin hakimiyyət orqanları, konsulluq
binalarının yalnız konsulluq məqsədləri üçün istifadə edilən hissəsinə
konsulluq başçısının, onun tərəfindən təyin olunmuş şəxsin və ya
göndərən dövlətin diplomatik nümayəndəliyinin başçısının icazəsi
olmadan daxil ola bilməzlər. Təcili mühafizə tədbirləri tələb edən
yanğın və digər təbii fəlakət halları zamanı konsulluğun başçısının
icazəsi ehtimal oluna bilər.
və konsulluğun digər işçilərinin üstünlük, imtiyaz və
immunitetləri
I Bölmə. Konsulluqların üstünlük imtiyaz və immunitetləri
Maddə 28
Konsulluqların, konsulluq işçilərinin müdafiəsi
3. Bu maddənin 2-ci bəndinin müddəalarına riayət etmək
şərtilə yerləşmə dövlətinin üzərinə konsulluq binalarını hər cür zorla
daxilolma və ya zərər yetirə biləcək hərəkətlərdən müdafiə etmək,
konsulluğun narahatlığına səbəb olan, ləyaqətinə xələl gətirən hər cür
və onlara verilən imkanlar
Yerləşmə dövləti konsulluğun funksiyalarının yerinə
yetirilməsi üçün bütün imkanları təmin edir.
286
287
halların qarşısını almaq üçün lazımi tədbirlər görmək kimi xüsusi
vəzifə düşür.
4. Konsulluğun binası, onun avadanlığı, konsulluğun əmlakı,
habelə nəqliyyat vasitələri dövlət müdafiəsi və ya başqa ictimai
ehtiyaclar baxımından aparılan hər növ rekvizisiyaya qarşı
immunitetdən istifadə edir. Qeyd olunan səbəblər üçün binanın
özgəninkiləşdirilməsi vacib olduqda konsul funksiyalarının yerinə
yetirilməsinin pozulmasının qarşısını almaq üçün bütün mümkün
tədbirlər görülür və gecikdirilmədən göndərən dövlətə münasib və
effektli təzminat ödənir.
Maddə 32
Konsulluq binalarının vergilərdən azad edilməsi
1. Sahibi və kirayəçisi göndərən dövlət və ya onun adından
çıxış edən hər hansı bir şəxs olan konsulluq binaları və konsulluq
başçısının iqamətgahı konkret xidmət növlərinə görə ödəniş istisna
edilməklə bütün dövlət, rayon və ya bələdiyyə vergilərindən,
yığımlarından və rüsumlarından azad edilir.
2. Bu maddənin 1-ci bəndində göstərilən vergi istisnaları
yerləşmə dövlətinin qanun və qaydalarına əsasən göndərən dövlətlə
və ya onun adından çıxış edən şəxslə müqavilə bağlamış şəxslərdən
tutulan yığımlara, rüsumlara və vergilərə tətbiq edilmir.
Maddə 33
Konsulluq arxivinin və sənədlərinin toxunulmazlığı
Konsulluq arxivləri və konsulluq sənədləri yerindən asılı
olmayaraq hər vaxt toxunulmazdır.
Maddə 34
Hərəkət etmək azadlığı
Girişi qadağan edilən, yaxud dövlət təhlükəsizliyi baxımından
tənzimlənən bölgələr haqqında qanun-qaydalara zidd olmadığı
təqdirdə, yerləşmə dövləti konsulluğun bütün işçilərini konsulluq
dairəsi ərazisində yerdəyişmə və səyahət azadlığı ilə təmin edir.
Maddə 35
Əlaqələr azadlığı
1. Qəbul edən dövlət bütün rəsmi məqsədlər üçün konsulluğun
əlaqələr azadlığına icazə verməli və onu qorumalıdır. Harada
yerləşməsindən asılı olmayaraq göndərən dövlətin hökuməti ilə,
diplomatik nümayəndəliyi ilə digər konsulluqlarla əlaqə saxlayarkən
konsulluq diplomatik və konsulluq kuryerləri də diplomatik və
konsulluq valizaları, şifrləşdirilmiş və kodlaşdırılmış depeşalar da
daxil olmaqla bütün uyğun vasitələrdən istifadə edə bilər. Lakin
konsulluq yalnız yerləşmə dövlətinin razılığı əsasında radioötürücü
quraşdıra və istismar edə bilər.
2. Konsulluğun rəsmi korrespondensiyaları toxunulmazdır.
Rəsmi korrespondensiyalar məhfumu altında konsulluğa və onun
funksiyalarına aid yazışmalar başa düşülür.
3. Konsulluq valizası açıla və tutulub saxlanıla bilməz. Lakin
yerləşmə dövlətinin səlahiyyətli oqranlarının valizada
korrespondensiyalar, sənədlər və ya bu maddənin 3-cü bəndində
göstərilən əşyalardan başqa digər əşyaların olmasını güman etməyə
ciddi əsasları olduqda o, göndərən dövlətin müvəkkil edilmiş
nümayəndəsinin iştirakı ilə valizanın açılmasını tələb edə bilər.
Göndərən dövlətin hakimiyyəti bu tələbi yerinə yetirməkdən imtina
etdiyi halda valiza göndərildiyi yerə qaytarılmalıdır.
4. Konsulluq valizasını təşkil edən bütün yerlər onların
xarakterini göstərən aydın görünən zahiri işlərələrə malik olmalı və
yalnız konsulluğun rəsmi istifadəsi üçün ayrılmış rəsmi
korrespondensiyalardan, sənədlərdən, əşyalardan ibarət ola bilər.
5. Konsulluq kuryeri onun statusunu və konsulluq valizasını
təşkil edən yerlərin sayını göstərən rəsmi sənədlə təchiz edilir.
Yerləşmə dövlətinin razılığı olan hallar istisna edilməklə, o nə
yerləşmə dövlətinin vətəndaşı ola bilməz, göndərən dövlətin
vətəndaşı olmadığı təqdirdə, nə də qəbul edən dövlətdə daimi
yaşayan şəxs ola bilməz. Öz funksiyalarını yerinə yetirərkən, o,
yerləşmə dövlətinin müdafiəsi altında olmalıldır. O, şəxsi
toxunulmazlıqdan istifadə edir, bu və ya digər formada nə həbs edilə,
nə də tutulub saxlanıla bilməz.
6. Göndərən dövlət, onun diplomatik nümayəndəlikləri və
konsulluqları xüsusi ad hoc konsulluq kuryerlərini təyin edə bilərlər.
Bu halda hazırkı maddənin 5-ci bəndinin müddəaları belə bir istisna
ilə tətbiq edilir ki, konsulluq kuryeri ona etibar edilmiş valizanı
aidiyyətı üzrə çatırdığı andan burada qeyd olunan immunitetlər
dayandırılır.
288
289
7. Konsulluq valizası liman və ya aeroporta istiqamət alan və
ora gəlməyə icazəsi olan gəmi və ya mülki təyyarə komandirinə
tapşırıla bilər. O, valizanı təşkil edən yerlərin sayını göstərən rəsmi
sənədlə təchiz edilir, lakin o, konsulluq kuryeri sayılmır. Səlahiyyətli
yerli hakimiyyət orqanları ilə razılığa əsasən konsulluq öz
işçilərindən birini gəmi və ya təyyarə komandirindən valizanı
bilavasitə və maneəsiz qəbul etməsi üçün göndərə bilər.
Dostları ilə paylaş: |