Hematologiya ixtisası üzrə nümunəvi test sualları Hematologiyanın ümumi məsələləri


) Yerli əhali arasında oraqvari hüceyrəli anemiyaya harada rast gəlinmir?



Yüklə 0,84 Mb.
səhifə11/16
tarix29.12.2016
ölçüsü0,84 Mb.
#3866
1   ...   8   9   10   11   12   13   14   15   16

670) Yerli əhali arasında oraqvari hüceyrəli anemiyaya harada rast gəlinmir?

A) Əlcəzairdə

B) Norveçdə

C) Mərakeşdə

D) Səudiyyə Ərəbistanında

E) Misirdə


Ədəbiyyat: Руководство по гематологии: в 3 т. Под редакцией А.И.Воробьева. 3-е изд. М.: Ньюдиамед, 2002, 2003, 2005.
671) Yerli əhali arasında oraqvari hüceyrəli anemiyaya harada rast gəlinir?

A) Danimarkada

B) Norveçdə

C) İngiltərədə

D) Türkiyədə

E) Finlandiyada


Ədəbiyyat: Руководство по гематологии: в 3 т. Под редакцией А.И.Воробьева. 3-е изд. М.: Ньюдиамед, 2002, 2003, 2005.
672) Yerli əhali arasında beta-talassemiyaya harada rast gəlinir?

A) Finlandiyada

B) İngiltərədə

C) Danimarkada

D) Yunanıstanda

E) Norveçdə


Ədəbiyyat: Руководство по гематологии: в 3 т. Под редакцией А.И.Воробьева. 3-е изд. М.: Ньюдиамед, 2002, 2003, 2005.
673) Yerli əhali arasında beta-talassemiya harada rast gəlinmir?

A) Danimarkada

B) Yunanıstanda

C) Azərbaycanda

D) İranda

E) Türkiyədə


Ədəbiyyat: Руководство по гематологии: в 3 т. Под редакцией А.И.Воробьева. 3-е изд. М.: Ньюдиамед, 2002, 2003, 2005.
674) Yenidoğulanların hemolitik xəstəliyi ananın və dölün uyğunsuzluğu ilə əlaqədardır:

A) HLA antigenlərinə görə

B) C antigeninə görə

C) E antigeninə görə

D) D antigeninə görə

E) ABO-ya görə


Ədəbiyyat: Е.Б.Жибурт. Трансфузиология. СПБ:Питер, 2002
675) Duz Kumbs sınağı nə zaman müsbətdir?

A) Markiafava-Mikeli xəstəliyində

B) Qurğuşunla zəhərlənmədə

C) Qlukoza-6-fosfatdehidrogenazanın defisitində

D) Autoimmun hemolizdə

E) İrsi mikrosferositozda


Ədəbiyyat: Руководство по гематологии: в 3 т. Под редакцией А.И.Воробьева. 3-е изд. М.: Ньюдиамед, 2002, 2003, 2005.
676) Hemolitik anemiyalar üçün xas deyil:

A) Müsbət saxaroza sınağı

B) Turşu eritroqramının dəyişilməsi

C) Müsbət Kumbs sınağı

D) Eritrositlərin həcminin dəyişilməsi

E) Eritrositlərin osmotik rezistentliyinin dəyişilməsi


Ədəbiyyat: Руководство по гематологии: в 3 т. Под редакцией А.И.Воробьева. 3-е изд. М.: Ньюдиамед, 2002, 2003, 2005.
677) İnfeksion-iltihabi xəstəliklər zamanı anemiyanın müalicəsinin əsas üsulu hansıdır?

A) Balanslaşdırılmış pəhriz

B) Eritropoetinin təyini

C) Eritrosit kütləsinin transfuziyası

D) Əsas xəstəliyinin müalicəsi

E) Dəmir preparatlarının venadaxilinə yeridilməsi


Ədəbiyyat: Руководство по гематологии: в 3 т. Под редакцией А.И.Воробьева. 3-е изд. М.: Ньюдиамед, 2002, 2003, 2005.
678) Sideroblast anemiyanın inkişafı nədən asılıdır?

A) Qlobin zəncirinin pozulması

B) B12 vitamininin sorulmasının pozulması

C) Hemin əmələ gəlməsi və protoporfirin sintezinin pozulması

D) Fol turşusunun sorulmasının pozulması

E) Dəmirin sorulmasının pozulması


Ədəbiyyat: Атлас-справочник "Гематология". В.Хоффбранд, Дж.Петтит. Москва 2007.
679) Dəmir haradan sorulur?

A) Nazik bağırsaqdan

B) Bütün həzm traktı boyu

C) Mədənin antral hissəsindən

D) Yoğun bağırsaqdan

E) Mədənin fundal hissəsindən


Ədəbiyyat: Диагностика болезней внутренних органов.А.Н.Окороков Том 4 Москва 2006.
680) Sağlam insan orqanizmində B12 vitamininin miqdarı nə qədərdir?

A) 2 – 5 mq

B) 3 – 3,5 mq

C) 4 – 4,5 mq

D) 1 – 2,5 mq

E) 0,5 – 1 mq


Ədəbiyyat: Диагностика болезней внутренних органов.А.Н.Окороков Том 4 Москва 2006.
681) Sideroblastlar nədir?

A) Retikulositlər

B) Hem olmayan dəmir tərkibli qırmızı sələf hüceyrələr

C) Tərkibində hemoqlobinin miqdarı az olan eritrositlər

D) Tərkibində böyük miqdarda hemoqlobin olan qırmızı sələf hüceyrələr

E) Böyük ölçülü eritrositlər


Ədəbiyyat: Руководство по гематологии. Под общей редакцией академика А.И.Воробьева, Москва 2007.
682) Neytrofilyoz hansı halda meydana çıxmır?

A) Xroniki böyrək çatışmamazlığında

B) Şişlərdə

C) Aplastik anemiyada

D) Su çiçəyində

E) Düyünlü periarteriitdə


Ədəbiyyat: Руководство по гематологии. Под общей редакцией академика А.И.Воробьева, Москва 2007.
683) Əgər xəstədə hipoxrom anemiya varsa, zərdab dəmiri aşağıdırsa, dəmir birləşdirmə qabiliyyəti yüksəlmişdirsə, desferal sınağı aşağıdırsa, o zaman hansı xəstəlik haqda fikirləşmək lazımdır?

A) Meqolablast anemiya

B) Sideroblast anemiya

C) Dəmirdefisitli anemiya

D) Talassemiya

E) Aplastik anemiya


Ədəbiyyat: Руководство по гематологии.Под общей редакцией академика А.И.Воробьева, Москва 2007.
684) Əgər xəstədə hipoxrom anemiya varsa, zərdab dəmiri yüksəlmişsə, dəmirbirləşdirmə qabiliyyəti azalmışsa, desferal sınağı yüksəlmişsə, hansı xəstəlik haqda fikirləşmək lazımdır?

A) Fol defisitli anemiya

B) Sideroblast anemiya

C) Dəmir defisitli anemiya

D) Aplastik anemiya

E) B-12 defisitli anemiya


Ədəbiyyat: Руководство по гематологии.Под общей редакцией академика А.И.Воробьева, Москва 2007.
685) Sideroblast anemiyanın müalicəsi zamanı nə istifadə edilir?

A) E – vitamini

B) Dəmir preparatları

C) B12 – Vitamini

D) C – vitamini

E) B6 – vitamini


Ədəbiyyat: Атлас-справочник "Гематология". В.Хоффбранд, Дж.Петтит Москва 2007.
686) Sideroblast anemiyalara nə aiddir?

A) B12 vitamini ilə müalicə olunur

B) Yalnız irsi xarakter daşıyır

C) Dəmir preparatları ilə müalicə olunur

D) Sümük iliyində dəmirin hemoqlobinə inkorporasiyası kifayət qədər olmadıqda

E) Dəmir defisitli olduqda meydana çıxır


Ədəbiyyat: Атлас-справочник "Гематология". В.Хоффбранд, Дж.Петтит Москва 2007.
687) Əgər xəstədə normoxrom, hipergenerator anemiya qeyd olunursa, nə haqda fikirləşmək lazımdır?

A) B-12 defisitli anemiya

B) Dəmir defisitli anemiya

C) Sideroblast anemiya

D) Aplastik anemiya

E) Hemolitik anemiya


Ədəbiyyat: Руководство по гематологии.Под общей редакцией академика А.И.Воробьева, Москва 2007.
688) Hədəfvari eritrositlər daha çox hansı xəstəlik üçün xarakterdir?

A) İrsi sferositoz

B) Dəmir defisitli anemiya

C) Talassemiya

D) Sideroblast anemiya

E) Oraqvari hüceyrəli anemiya


Ədəbiyyat: Руководство по гематологии. Под общей редакцией академика А.И.Воробьева,Москва 2007.
689) Duz Kumbs sınağının müsbət olması hansı xəstəlikdə müşahidə edilir?

A) İrsi hemolitik anemiyalar

B) Aplastik anemiya

C) Revmatoid poliartrit

D) Q-6-FDQ fermentinin çatışmazlığı

E) İstilik aqqlyutininləri nəticəsində baş verən autoimmun hemolitik anemiya


Ədəbiyyat: Диагностика болезней внутренних органов.А.Н.Окороков Том 4 Москва 2006.
690) Duz Kumbs sınağının köməyi ilə nə aşkar edilir?

A) Anti-nuklear faktor

B) Revmatoid faktor

C) Qırmızı qurd eşənəyi xəstəliyi zamanı meydana çıxan immun komplekslər

D) Autoimmun qeyri-tam antieritrositar anticisimlər

E) C-reaktiv zülal


Ədəbiyyat: Диагностика болезней внутренних органов.А.Н.Окороков Том 4 Москва 2006.
691) Tünd-qırmızı (laklanmış) hamarlanmış dil çox zaman müşahidə edilir:

A) Çox saylı mielomada

B) Meqaloblast anemiyada

C) Qoşe xəstəliyində

D) Trombositopeniyada

E) Amiloidozda


Ədəbiyyat: Диагностика болезней внутренних органов.А.Н.Окороков Том 4 Москва 2006.
692) Əgər xəstədə hiperxrom makrositar anemiya varsa, periferik qanda makrositlərdə Jolli cisimcikləri, Kebo həlqələri, retikulopeniya, leykopeniya, trombositopeniya qeyd edilirsə, hansı xəstəlik haqda fikirləşmək lazımdır?

A) B12 defisitli anemiya

B) Sideroblast anemiya

C) Talassemiya

D) İrsi sferositoz

E) Dəmir defisitli anemiya


Ədəbiyyat: Диагностика болезней внутренних органов.А.Н.Окороков Том 4 Москва 2006.
693) Əgər yaşlı insanda anemiya, leykopeniya, trombositopeniya, yüngül hemolizsindromu, dildə ağrı, yanğı hissiyyatı, paresteziyalar varsa, hansı xəstəlik haqda fikirləşmək lazımdır?

A) Eritremiya

B) Fol defisitli anemiya

C) Dəmir defisitli anemiya

D) B12 defisitli anemiya

E) Aplastik anemiya


Ədəbiyyat: Диагностика болезней внутренних органов. А.Н.Окороков. Том 4 Москва 2006.
694) Sidikdə hemosiderinin aşkar edilməsi hansı vəziyyət üçün daha çox xarakterdir?

A) Damardaxili hemoliz

B) Xroniki böyrək çatışmazlığının terminal mərhələsi

C) Hüceyrədaxili hemoliz

D) Siklofosfanla terapiyanın fəsadı olan hemorragik sistit

E) Talassemiya


Ədəbiyyat: Руководство по гематологии. Под общей редакцией академика А.И.Воробьева, Москва 2007.
695) Talassemiyanın müalicəsində istifadə olunur?

A) Hemostatik preparatlar

B) Desferal

C) Sitostatiklər

D) Qlükokortikosteroidlər

E) Dəmir preparatları


Ədəbiyyat: Руководство по гематологии. Под общей редакцией академика А.И.Воробьева, Москва 2007.
696) Hüceyrədaxili hemoliz hansı xəstəlik üçün xarakterdir?

A) İstilik hemolizinlərinin əmələ gəlməsi nəticəsində baş verən hemolitik anemiya

B) Aplastik anemiya

C) Markiafava-Mikelli

D) Jilber xəstəliyi

E) İrsi sferositoz


Ədəbiyyat: Диагностика болезней внутренних органов. А.Н.Окороков. Том 4 Москва 2006.
697) Talassemiya zamanı nə baş verir?

A) Qlobin zəncirinin sintezi pozulur

B) Qan zərdabında dəmirin miqdarı azalır

C) Protoporfizin sintezi pozulur

D) Eritrositlərin membranının keciriciliyi pozulur

E) Hemin sintezi pozulur


Ədəbiyyat: Диагностика болезней внутренних органов.А.Н.Окороков Том 4 Москва 2006.
698) Bilirubinin cüzi artması hansı hal üçün xarakterdir?

A) Kəskin gedişli autoimmun hemolitik anemiya

B) İrsi sferositoz kriz dövründə

C) B-12 defisitli anemiya

D) Markiafava-Mikelli xəstəliyi

E) Dəmir defisitli anemiya


Ədəbiyyat: Руководство по гематологии.Под общей редакцией академика А.И.Воробьева, Москва 2007.
699) Oraqvari hüceyrələr hansı xəstəlik zamanı müəyyən edilir?

A) Minkovski-Soffar xəstəliyi

B) Dəmir defisitli anemiya

C) Markiafava-Mikelli xəstəliyi

D) B12 defisitli anemiya

E) Drepanotalassemiya


Ədəbiyyat: Руководство по гематологии.Под общей редакцией академика А.И.Воробьева, Москва 2007.
700) Etiologiyasından asılı olmayaraq, anemik komanın müalicəsində birinci dərəcəli üsul hansıdır?

A) Bütöv qan küçürülməsi

B) Eritrosit kütləsinin köçürülməsi

C) Kolloidlərin təyini

D) Təzə dondurulmuş plazma transfuziyası

E) Streoidlərin təyini


Ədəbiyyat: Руководство по гематологии. Под общей редакцией академика А.И.Воробьева, Москва 2007.
701) Aplastik anemiya zamanı nə müşahidə olunur?

A) Trombositoz qeyd olunur

B) Anemiya mikrositar, hipoxromdur

C) Leykositoz qeyd olunur

D) Periferik qanda blast hüceyrələri aşkar edilir

E) Anemiya normositar, normoxromdur


Ədəbiyyat: Руководство по гематологии. Под общей редакцией академика А.И.Воробьева, Москва 2007.
702) Aplastik anemiya zamanı nə qeyd olunur?

A) Trombositoz

B) Limfoadenopatiya

C) Pansitopeniya

D) Splenomeqaliya

E) Hepatomeqaliya


Ədəbiyyat: Руководство по гематологии. Под общей редакцией академика
703) Oraqvari hüceyrəli anemiyalı xəstələrdə daha çox aparılan cərrahi əməliyyat hansıdır?

A) Tonzilektomiya

B) Xolesistektomiya

C) Strumektomiya

D) Appendektomiya

E) Splenektomiya


Ədəbiyyat: Секреты гематологии и онкологии. Мари Э.Вуд, Пол А.Банн. Москва 1997.
704) Əgər xəstədə dalaq böyümüşdürsə, qeyri-düz bilirubinin səviyyəsi yüksəlmişsə, Kumbs sınağı müsbətdirsə, o zaman xəstədə nə qeyd olunur?

A) Paroksizmal soyuq hemoqlobinuriyası

B) Paroksimal gecə hemoqlobinuriyası

C) Soyuqluq autoimmun anemiyası

D) Mikrosferositar anemiya

E) İstilik autoimmun anemiyası


Ədəbiyyat: Диагностика болезней внутренних органов. А.Н.Окороков. Том 4. Москва, 2006.
705) Qara rəngli sidiyin meydana çıxması hansı xəstəlik üçün xarakter deyil?

A) İgG sinfinin soyuq anticcisimləri ilə olan autoimmun anemiyası

B) İrsi sferositoz

C) İstilik hemolizinləri ilə autoimmun hemolitik anemiyası

D) Marş hemoqlobinuriyası

E) Markiafava-Mikelli anemiyası


Ədəbiyyat: Диагностика болезней внутренних органов. А.Н.Окороков. Том 4. Москва, 2006.
706) Autoimmun anemiyanın diaqnostikası üçün ən informativ metod hansıdır?

A) Duz Kumbs sınağı

B) Zərdabda komplementin təyini

C) Aqreqat-hemaqqlyutinasiya sınağı

D) Eritrositlərin osmotik rezistentliyi

E) Qeyri-duz Kumbs sınağı


Ədəbiyyat: Диагностика болезней внутренних органов. А.Н.Окороков. Том 4. Москва, 2006.
707) Hüceyrədaxili hemoliz zamanı nə baş verir?

A) Qanda sərbəst hemoqlobinin miqdarı artır

B) Qeyri-duz bilirubinin miqdarı artmır

C) Sümük iliyində eritroid sıra sıxılır

D) Dalaq və qaraciyər böyüyür

E) Duz bilirubinin miqdarı artır


Ədəbiyyat: Диагностика болезней внутренних органов. А.Н.Окороков. Том 4. Москва, 2006.
708) İrsi sferositozun müalicəsində ən effektiv metod hansıdır?

A) Qlukokortikoidlərlə müalicə

B) Eritrosit kütləsi transfuziyaları

C) Dəmir preparatları ilə müalicə

D) Sümük iliyinin transplantasiyası

E) Splenektomiya


Ədəbiyyat: Диагностика болезней внутренних органов. А.Н.Окороков. Том 4. Москва, 2006.
709) Xroniki xəstəliklər zamanı anemiyanın səbəbi nədir?

A) Olobin zəncirlərinin sintezinin pozulması

B) Makrofaqlardan dəmirin reutilizasiyasının pozulması, eritropoetinin hasilinin pozulması

C) Protoporfirin sintezinin pozulması

D) Dəmir defisiti

E) B12 vitamini defisiti


Ədəbiyyat: «Гематология» Новейший справочник. Под общей редакцией доктора медицинских наук, профессора К.М.Абдулкадырова. Москва,Санкт-Петербург 2004.
710) Dəmir defisitli anemiya üçün xarakterdir?

A) Hipoxromiya mikrositoz, sternal punktatda sideroblastlar

B) Hipoxromiya, mikrositoz, müsbət desferal sınağı

C) Hipoxromiya, mikrositoz, zərdabın dəmirbirləşdirmə qabiliyyətinin azalması

D) Hipoxromiya, mikrositoz, hədəfvari eritrositlər

E) Hipoxromiya, mikrositoz, zərdabın dəmirbirləşdirmə qabiliyyətinin yüksəlməsi


Ədəbiyyat: Руководство по гематологии. Под общей редакцией академика А.И.Воробьева, Москва 2007.
711) Böyüklərin orqanizmində dəmirin miqdarı nə qədərdir?

A) 1-2 q


B) 4-5 q

C) 3-4 q


D) 2-5 q

E) 2-3 q
Ədəbiyyat: Руководство по гематологии. Под общей редакцией академика А.И.Воробьева, Москва 2007.


712) İnsan bədənində olan dəmirin neçə faizi hemoqlobinin tərkibinə daxildir?

A) 30 %


B) 35 %

C) 60 %


D) 40 %

E) 50 %
Ədəbiyyat: Руководство по гематологии. Под общей редакцией академика А.И.Воробьева, Москва 2007.


713) Qadınlarda dəmir defisitli anemiyaları ən çox hansı anamnestik məlumatlarla əlaqələndirmək olar?

A) Hiposekretor qastrit

B) Oral kontrasepsiya

C) Mədə rezeksiyası

D) Çox uşaqlılıq

E) Nefrektomiya


Ədəbiyyat: Диагностика болезней внутренних органов. А.Н.Окороков. Том 4. Москва, 2006.
714) İstilik hemolizinləri ilə baş verən autoimmun hemolitik anemiya üçün xarakter deyil:

A) Qanda sərbəst hemoqlobinin miqdarının artması

B) Qeyri-duz Kumbs reaksiyasının müsbət olması

C) Qara rəngli sidiyin ifraz olunması, xüsusən hemolitik kriz zamanı

D) Periferik venaların trombozu

E) Saxaroza və hem sınaqlarının müsbət olması


Ədəbiyyat: Диагностика болезней внутренних органов. А.Н.Окороков. Том 4. Москва, 2006.
715) Autoimmun hemolitik anemiyalar zamanı anemiyanın klinik əlamətlərinin inkişafı asılı deyil:

A) Dalağın anticisimlərlə örtülmüş eritrositləri məhv etməyindən

B) Eritrositlərin miqdarından

C) Antieritrositar anticisimlərin aktivləşdiyi temperatur diapazonundan

D) Eritrositlərin səthində olan anticisimlərin sıxlığından

E) Antieritrositar anticisimlərin komplementi fiksə etmək qabiliyyətindən


Ədəbiyyat: Диагностика болезней внутренних органов. А.Н.Окороков. Том 4. Москва, 2006.
716) Sideropenik sindromun əlamətlərinə nə aid deyil?

A) Quru qidaların qəbulu zamanı udmanın çətinləşməsi

B) Dırnaqların dəyişməsi

C) Dad hissiyatının təhrif olunması

D) Ürəkdöyünmə

E) Ağız bucaqlarında çatların əmələ gəlməsi


Ədəbiyyat: Диагностика болезней внутренних органов. А.Н.Окороков. Том 4. Москва, 2006.
717) Koylonixiya hansı maddənin çatışmazlığı zamanı meydana çıxır?

A) Fe


B) Zn

C) Ca


D) B12

E) Fol turşusu


Ədəbiyyat: Руководство по гематологии. Под общей редакцией академика А.И.Воробьева, Москва 2007.
718) Dəmir defisitli anemiya üçün xarakterikdir?

A) Hipoxromiya, mikrositoz, müsbət desferal sınağı

B) Hipoxromiya, mikrositoz, sternal punktatda sideroblastlar

C) Hipoxromiya, mikrositoz, hədəfvari hüceyrələr

D) Hipoxromiya, mikrositoz, zərdabın dəmir birləmdirmə qabiliyyətinin azalması

E) Hipoxromiya, mikrositoz, zərdabın dəmir birləmdirmə qabiliyyətinin yüksək olması


Ədəbiyyat: Диагностика болезней внутренних органов. А.Н.Окороков. Том 4. Москва, 2006.
719) Əgər hipoxrom anemiya, zərdab dəmirin miqdarının artması, dəmiri birləşdirmə qabiliyyətinin azalması, desferal sınağının artması qeyd olunursa,o zaman xəstədə nə qeyd olunur?

A) B12 defisitli anemiya

B) Fol defisitli anemiya

C) Meqaloblast anemiya

D) Dəmir defisitli anemiya

E) Sideroblast anemiya


Ədəbiyyat: Диагностика болезней внутренних органов. А.Н.Окороков. Том 4. Москва, 2006.
720) Qeyns-Erlix cisimcikləri hansı xəstəlik üçün xarakterdir?

A) Fol defisitli anemiya

B) B12 defisitli anemiya

C) Qlukoza-6-fosfatdehidrogenaza defisiti

D) Bütün növ hemolitik anemiyalar

E) Dəmir defisitli anemiya


Ədəbiyyat: Диагностика болезней внутренних органов. А.Н.Окороков. Том 4. Москва, 2006.
721) Bu əlamətlərdən hansı dəmir defisitli anemiya üçün xarakter deyil?

A) Koylonixiya

B) Saçın tökülməsi

C) Dırnaqların kövrək olması

D) İkteriklik

E) Dadbilmənin dəyişməsi


Ədəbiyyat: Диагностика болезней внутренних органов. А.Н.Окороков. Том 4. Москва, 2006.
722) Hansı xəstəliklər üçün damardaxili hemoliz xarakterikdir?

A) Markiafava-Mikelli xəstəliyi

B) Dəmir defisitli anemiya

C) İstilik anticisimləri nəticəsində baş verən autoimmun hemolotik anemiya

D) Talassemiya

E) İrsi sferositoz


Ədəbiyyat: Руководство по гематологии. Под общей редакцией академика А.И.Воробьева, Москва 2007.
723) Autoimmun hemolitik anemiyalı xəstədə dalağın böyüməsi hansı hallarda qeyd olunur?

A) Heç vaxt qeyd olunmur

B) Nadir halda baş verir

C) Mütləqdir

D) İstilik anticisimləri nəticəsində baş verən hemolotik anemiya zamanı qeyd olunur

E) Qaraciyərin böyüməsi ilə müşayiət olunur


Ədəbiyyat: Диагностика болезней внутренних органов.А.Н.Окороков Том 4 Москва 2006.
724) Aplastik anemiya zamanı nə baş verir?

A) Qan zərdabında dəmirin miqdarı azalır

B) Sümük iliyinin hüceyrəliliyi artır

C) Sümük iliyində blastların miqdarı 20%-dən çox olur

D) Retikulositlərin miqdarı artır

E) Sümük iliyinin hüceyrəliliyi azalır


Ədəbiyyat: Руководство по гематологии. Под общей редакцией академика А.И.Воробьева, Москва 2007.
725) Hemolitik anemiya zamanı anuriya və böyrək çatışmazlığı hansı hallarda qeyd olunur?

A) Hüceyrədaxili hemoliz üçün xarakterdir

B) İrsi hemolitik anemiyalar zamanı meydana çıxır

C) Həmişə meydana çıxır

D) Heç vaxt meydana çıxmır

E) Damardaxili hemoliz üçün xarakterdir


Ədəbiyyat: Диагностика болезней внутренних органов. А.Н.Окороков. Том 4. Москва, 2006.
726) Aplastik anemiyalı xəstədə nə qeyd olunur?

A) Limfa düyünləri əllənir

B) Qaraciyər və dalaq böyümüşdür

C) Bilirubinemiya qeyd olunur

D) Qaraciyər və dalaq böyüməmişdir

E) Retikulositoz qeyd olunur


Ədəbiyyat: Руководство по гематологии. Под общей редакцией академика А.И.Воробьева, Москва 2007.
727) Bu səbəblərdən hansı B12 defisitli anemiyanın inkişafında daha çox əhəmiyyət kəsb edir?

A) Katarakta

B) Bizquyruq qurdu ilə invaziya

C) Mədənin xora xəstəliyi

D) Xroniki kolit

E) Enli lent qurd invaziyası


Ədəbiyyat: «Гематология» Новейший справочник. Под общей редакцией доктора медицинских наук,профессора К.М.Абдулкадырова. Москва, Санкт-Петербург 2004.
728) Anemiyanın hiporegenerator xarakteri hansı hallarda qeyd olunur?

A) Orqanizmdə dəmir çatışmazlığı

B) İrsi sferositoz

C) Aplastik anemiya

D) Oraq hüceyrəli anemiya

E) Talassemiya


Ədəbiyyat: Руководство по гематологии. Под общей редакцией академика А.И.Воробьева, Москва 2007.
729) Anemiyanın simptomlarına aid deyil?

A) Dəri örtüklərinin avazıması

B) Soyuğa qarşı hiperhəssaslıq

C) Ürəkdöyünmə

D) Tənginəfəslik

E) Petexiyalar


Ədəbiyyat: Диагностика болезней внутренних органов. А.Н.Окороков. Том 4. Москва, 2006.
730) Dəmir defisitli anemiyalar zamanı trombositlərin miqdarının artması nə zaman rast

gəlinir?

A) Əsasən qanaxmalar zamanı

B) Rast gəlinmir

C) Dəmirin sorulma prosesi pozulanda

D) Xarakter əlamətdir

E) Sağalma dövründə


Ədəbiyyat: Диагностика болезней внутренних органов. А.Н.Окороков. Том 4. Москва, 2006.
731) B12 vitamini ilə müalicə zamanı?

A) Periferik qanda limfopeniya qeyd olunur

B) Mütləq fol turşusu təyin edilməlidir

C) Retikulositoz müalicə başa çatdıqdan 12-24 saat sonra baş verir

D) Retikulositoz müalicənin 5-8-ci günündə baş verir

E) Bütün xəstələrdə hemotransfuziya aparılmalıdır


Ədəbiyyat: Руководство по гематологии. Под общей редакцией академика А.И.Воробьева, Москва 2007.
732) Əgər xəstədə normoxrom, normositar, hiporegenerator anemiya qeyd olunursa nə

haqda düşünmək lazımdır?

A) B12 defisitli anemiya

B) Hemolitik anemiya

C) Aplastik anemiya

D) Dəmir defisitli anemiya

E) Eritremiya


Ədəbiyyat: Руководство по гематологии. Под общей редакцией академика А.И.Воробьева, Москва 2007.
733) Kobalamin defisitini folat defisitindən hansı klinik əlamətlərinə görə ayırmaq olar?

A) Fiziki işdən sonra meydana çıxan təngənəfəslik, ürək döyünməsi

B) Baş gicəllənməsi

C) Onurğa beyininin arxa kötüyünün zədələnməsi və ya iflici-funikulyar mieloz

D) Dispeptik əlamətlər

E) Zəiflik


Ədəbiyyat: «Гематология» Новейший справочник.Под общей редакцией доктора медицинских наук,профессора К.М.Абдулкадырова. Москва, Санкт-Петербург 2004.
734) Qidada kobalamin olmadıqda defisitin inkişafı üçün nə qədər vaxt lazımdır?

A) 12 il


B) 5 il

C) 2 il


D) 8 il

E) 6 il
Ədəbiyyat: Секреты гематологии и онкологии. Мари Э.Вуд, Пол А.Банн Москва 1997.


Yüklə 0,84 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin