İkram agasiyev şİrxan səLİmov azərbaycan tariXİ baki-2017 Elmi redaktor



Yüklə 0,94 Mb.
səhifə378/383
tarix02.01.2022
ölçüsü0,94 Mb.
#38990
1   ...   375   376   377   378   379   380   381   382   383
AZ TARİXİ - QRİFLİ-SON-22 MART (2) (1)

Memarlıq və heykəltəraşlıq.1990-cı illərin əvvəllərində respu­blikanın şəhər və qəsəbələrində meydanlar, parklar "monumental kom­munist təbliğatı"na xidmət edən heykəl və abidələrdən təmizlənirdi. Dağüstü parkda Şəhidlər Xiyabanı salındı. Prezident Heydər Əliyevin təşəbbüsü ilə 1998-ci ildə burada şəhidlərə 21 metr hündürlüyü olan möhtəşəm bir abidə və əbədi məşəl (müəllif­ləri - Ö.Eldarov, E.Qasım­zadə, A.Abdullayev və N.Vəliyev) qoyuldu. Paytaxtda Hüseyn Cavidin (1994-cü il, heykəltəraş Ö.Eldarov), Şah İsmayıl Xətainin (1993-cü il, heykəltəraşlar İ.Zeynalov və Z.Mehdiyev), akademik Yusif Məm­mədə­liyevin (1998-ci il, heykəltəraş A.Ələsgərov), Xızıda Cəfər Cabbarlının (1999-cu il, heykəltəraş C.Qaryağdı) yüksək bədii dəyərli heykəlləri ucaldıldı. 1996-cı ildə Naxçıvanda möhtəşəm Hüseyn Cavid məqbərəsi (müəlliflər - Ö.El­darov və R.Əliyev) tikildi. 1997-ci ilin baharında görkəmli heykəltəraş Ömər Eldarov akademik Zərifə Əliyevanın xatirəsinə həsr etdiyi məşhur "Ele­giya" əsərini tamamladı.

Azərbaycanın fırça ustaları da gözəl sənət əsərləri yaradırdılar. Azərbaycan rəssamlarının əsərləri dünyanın sərgi salonlarında böyük uğurla nümayiş olu­nurdu.1995-ci ildə ABŞ-da, 1996-cı ildə Almaniyada Səttar Bəhlulzadənin əsərlərinin sərgisi təşkil olunmuşdu. 1996-cı ildə Parisdə dünya rəssamları sərgi­sində Toğrul Nərimanbəyovun, 1997-ci ildə Vaşinqton, Nyu-York və Çikaqoda Kamil Nəsibzadənin əsərləri nümayiş etdirilmişdi.Xalça rəssamları Kamil Əliyevin, Tahir Məcidovun və Eldar Mikayılovun əsərləri yüksək bədii sənət­kar­lıq nümunələri idi. Plakat ustalarından C.Qası­movun, F.Hüseynovun, K. Əlizadənin və başqalarını göstərmək olar.

Müstəqillik illərində Azərbaycan incəsənətində formaca ənənəyə bağlılıq və müasirlik, məzmunca özəl milli və bəşəri dəyərlərin tərənnümü üstünlük təşkil edirdi.


Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   375   376   377   378   379   380   381   382   383




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin