İnformasiya sistemləri və verilənlər bazaları



Yüklə 193,16 Kb.
səhifə5/7
tarix15.06.2023
ölçüsü193,16 Kb.
#130999
1   2   3   4   5   6   7
Verilənlər və informasiya mühəndisliyi

Verilənlərin modelləri


Verilənlərin modeli onların necə və hansı qaydalarla strukturlaşmasını təyin edir. Verilənlərin modelləri yüksək dərəcədə tipikləşdirilmiş modellər sinfinə aiddir. Bu o deməkdir ki, hər bir verilən bu və ya digər kateqoriyaya aid olur. Kateqoriyalar və onlar arasındakı əlaqələr birlikdə sxem adlanır.
Strukturu konkret sxemə uyğun gələn verilənlər yığımına verilənlər bazası deyilir. Bu, verilənlər bazasının verilənlər modeli baxımından tərifidir.
Verilənlərin müxtəlif tip modelləri var. Lakin bütün modellərə aid olan ümumi anlayışlar və təyinetmələr mövcuddur. İstənilən obyektin və ya prosesin xassələrini iki sinfə ayırmaq olar: statik və dinamik. Statik xassələr vaxta görə invariant olan xassələr aiddir. Onlar həmişə və ya müəyyən vaxt intervalında doğru və dəyişilməz olur. Dinamik xassələr obyekt və ya proses üzərində aparılan əməliyyatlar nəticəsində onların vəziyyətinin dəyişilməsini əks etdirirlər. İstənilən VM bu iki sinif xassələri müəyyən dərəcədə əks etdirməlidir.
Verilənlərin struktur modelləşdirilməsində aşağıdakı tip modellərdən istifadə olunur: iyerarxik, şəbəkə, relyasiya və obyektyönlü.
İerarxik model verilənlərin qraf şəklində təsvirinə əsaslanır (şəkil 3). Sxemin qraf diaqramında təpələr (düyünlər) mahiyyətin tipini, budaqlar isə mahiyyətlər arasındakı əlaqələri göstərir. Əsas daxili məhdudluqlar bunlardır: a) əlaqələrin bütün tipləri funksional xarakterlidir və yalnız aşağıdakı əlaqələr mümkündür: “birin-birə” (1:1), “birin-çoxa” (1:M), “çoxun-birə” (M:1); b) əlaqələr ağacvari struktura malikdirlər. Odur ki, bu struktura bəzən budaqlanan struktur da deyirlər. VB sxemi üçün qurulmuş qraf-diaqrama təyinat ağacı deyilir.
Şəbəkə tipli modellər də iyerarxik modellər kimi verilənlərin təsvirinə əsaslanır. İyerarxik modeldən fərqli olaraq, şəbəkə modelində (1:1), (1:M), (M:1) funksional əlaqələrlə yanaşı (M:N) (çoxun-çoxa) əlaqəsi də həyata keçirilir (şəkil 4). Şəbəkə modelli VBİS‑lərə misal olaraq MARK-1, MARK-2, 9PAc, IDS, TOTAL, ADABAS, CET, CETOP sistemlərini göstərmək olar.



Yüklə 193,16 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin