İ N F O R M A T İ K A
____________________________________________________________ 73
1937-1942-ci illərdə “Fizika – riyaziyyat” elmləri doktoru, professor Corc
Vinsent Atanasov aspirantı Klifford Berri ilə birlikdə ilk ABC (Atanasoff – Berry
Computer) elektron maşını yaradır. Hesabalama maşınında 600 ədəd elektron
lampasından istifadə edilirdi. Maşın ancaq toplma və çıxma əməliyyatlarını yerinə
yetirə bilirdi. Hesablama maşınının xarakterik cəhəti əsasən ondan ibarət idi ki,
onda ikilik say sistemindən istifadə olunurdu. Məlumatların saxlanması üçün isə
kondensatorlardan istifadə edilirdi.
Müasir operativ yadaşlar da (və ya əməli yaddaşlar da) dinamik növ
müxtəlifliyi həmin prinsipə əsalanır.
Corc Vinsent Atanasov
Klifford Edvard Berri
1943-cü ildə dünyada ilk işləyən ixtisaslaşdırılmış COLOSSUS adlı elektron
hesablama maşını yaradılır. Hesablama maşını alman sualtı qayıqlarından
göndərilən şifrələnmiş siqnalların (radioməlumatların) şifrələrinin açılmasında
istifadə edilir. Elektron hesablama maşınının yaradılmasında informatika
nəzəriyyəsinə səviyyəli tövsiyyələrini verən riyaziyyatçı Alan Tyurinqin böyük
zəhməti olmuşdur.
İ N F O R M A T İ K A
____________________________________________________________
74
Qovard Hatuvey Aygen
1943-1944–cü illərdə Ç. Bebbicin ideyası
əsasında ABŞ-da IBM şirkətinin müəssi-sələrinin
birində işləyən, Qarvard universiteti-nin gənc
alimi Qovard Aygen “Mark-1” adlı hesablama
maşınını yaradır. Bu, proqramla işləyən ilk
elektromexaniki
hesablayıcı
maşın
idi.
Hesablama maşını (kompüter) hər biri 23 ədəd
onluq mərtəbədən ibarət olan 72 sözə malik idi.
Hesablama maşınının köməyi ilə istənilən riyazı
əməliyyatı 6 saniyə ərzində yerinə yetirmək
olurdu. İnformasiyanın daxil və xaric edilməsi
üçün perfolentdən istifadə edilirdi.
“MARK-I” hesablama maşını
Yaddaşı olan və programla idarə olunan universal kompüterlərin (Elektron
Rəqəm Hesablama Maşınlarının) yaradılmasının nəzəri əsasları keçən əsrin 30-cu
illərində AlanTyurinq (İngiltərə) və Emil Leon Post (ABŞ) tərəfindən inkişaf
etdirilir.
|