İsmayılova Şəbnəm Qalib qızı 2020/2021-ci tədris ilinin Payız semestrinin



Yüklə 0,67 Mb.
səhifə6/10
tarix02.01.2022
ölçüsü0,67 Mb.
#38076
1   2   3   4   5   6   7   8   9   10
İsmayilova Şəbnəm Qalib qızı

Bədii təsvir vasitələrinin əsas növlərinə bunlar aiddir:

  1. Epitet ; 2. Təşbeh; 3. Metafora;

4. Metonimiya; 5. Simvol; 6. Sinekdoxa

1. Epitet. Bədii əsərdə müəyyən bir fikri daha qüvvətli və qabarıq şəkildə çatdırmaq üçün onu ifadə edən sözə başqa bir təyinedici söz əlavə olunur. Həmin söz epitet adlanır. Epitet yunan sözü olub «əlavə» deməkdir. Məsələn, klassik ədəbiyyatda gözəl üçün «gül üzlü», «sərv boylu», «qələm qaşlı» və.s işlədilən bu kimi ifadələr epitetdir. Məsələn: «Dünyada gözəl ürəkli insanlar var». Burada gözəl ürəkli epitetdir. Bədii əsərdə mənanı qüvvətləndirmək üçün ən yaxşı vasitələrdən biri epitetden istifadə etməkdir. Nümunədə epiteti təyin etmək üçün məcazi mənalı I növ təyini söz birləşmələrini başa düşmək lazımdır. Yanaşı gələn iki sözdən biri digərini məcazi şəkildə təyin edir. Qoca kişi və qoca təbiət nümunələrini müqayisə edək. Hər ikisi I növ təyini söz birləşməsidir. Birinci nümunə həqiqi mənadadır, ikinci nümunədə isə məcazilik var. Beləliklə, məcazi mənalı I növ təyini söz birləşmələri epitetdir. Epitetə aid nümunələr :

Gözüm çox həsrətdir xumar gözünə,

Günəş camalına, şəkər sözünə. (Nəbati)

Di din!


Ötsün şirin-şirin tuti dillərin. (S. Vurğun)

Alma yanağına, bal dodağına,

Baxan kimi əqlim çaşdı, Güləndam. (A. Ələsgər)


Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin