alunit
Al2O3 K2O 3SiO2
|
ortoklaz
|
Na2O Al2O3 6SiO2
|
albit
|
Alüminium ilk dəfə sərbəst halda Danimarka alimi Ersted 1825-ci ildə susuz alüminium-xloridi kalium amalqaması ilə birlikdə qızdırmaqla almışdır.
Hal-hazırda alüminiumu almaq üçün susuzlaşdırılmış və kənar qarışıqlardan təmizlənmiz boksitdən istifadə edilir. Boksitin elektrik keçiriciliyini artırmaq və ərimə temperaturunu (20500C) aşağı salmaq üçün 92-94% kriolit, 6-8% boksid qarışığı götürülür ki, bu da elektrolizi təxminən 10000C-də aparmağa şərait yaradır. Elektroliz zamanı ərinmiş boksid aşağıdakı sxem üzrə termiki dissosiasiya edir.
Anodda əmələ gələn oksigen atomları anodun materialı ilə CO və CO2 əmələ gətirir. Prosesdə korund ilə yanaşı kriolitin də elektrolizə uğraması ehtimalı olunur.
Alüminium gümüşü-ağ yumşaq metal olub, xüsusi çəkisi 2,7q/sm3, ərimə temperaturu isə 6600C-dir. Havada qaldıqda üzərində əmələ gələn oksid təbəqəsi alüminiumu korroziyadan mühafizə edir. O, istiliyi və elektriki yaxşı keçirir. Səthi oksid təbəqəsindən təmizlənmiş alüminium sudan hidrogeni çıxarır.
2Al + 6H2O → 2Al(OH)3 + 3H2
Tətbiqi. Texnikada istifadə olunmasına görə alüminium metallar içərisində dəmirdən sonra ikinci yeri tutur. Yüksək elektrik keçiriciliyinə görə elektrik şəbəkələrində, məişətdə işlədilən müxtəlif qab-qacaqdan tutmuş, xalq təsərrüfatınınbütün sahələrində tətbiq olunur. Yüngül, plastik və korroziyaya qarşı davamlı olduğundan onun düralümin (94%Al, 4%Cu, 1,5%Mn, Fe, Si) adlı ərintisi aviasiya və maşınqayırmada xüsusi yer tutur.
Dostları ilə paylaş: |