Komputer şƏBƏKƏLƏRİ VƏ telekommunikasiYA



Yüklə 1,04 Mb.
Pdf görüntüsü
səhifə33/57
tarix10.05.2022
ölçüsü1,04 Mb.
#57181
1   ...   29   30   31   32   33   34   35   36   ...   57


14. QLOBAL ŞƏBƏKƏLƏR 

Müasir  dövrdə  müəssisələrin  genişlənməsi  onların  biznes  proseslərinin 

informasiya  təminatını  və  avtomatlaşdırılmasını  yerinə  yetirən  kompüter 

şəbəkələrinin genişlənməsi baş verir. Bunun nəticəsində də müxtəlif kompüterlərin 

daxil  olduğu  lokal  şəbəkələrin  müəssisə,  rayon,  şəhər,  ölkə,  region,  dünya 

miqyasında müxtəlif əlaqə kanalları vasitəsilə birləşdirilməsi tələbatı yaranır. 

Beləliklə,  qlobal  şəbəkə  -  böyük  məsafələrə  paylanmış  və  müxtəlif  nöqtələrdə 

birləşdirilmiş  ayrı-ayrı  kompüterlər  və  lokal  şəbəkələr  toplusudur.  Tipik  qlobal 

şəbəkə özündə telefon xətti və ya uzaqlaşdırılmış əlaqə vasitələri ilə birləşdirilmiş 

hər iki tərəfindən marşrutlayıcıya malik lokal şəbəkədir. 



 

 

30 

 

Əlaqə  kanallarının  uzunluğunun  böyük  olmasına  görə  qlobal  şəbəkələrin 



qurulması böyük xərclər tələb edir, buraya kabellərin və onların çəkilmə işlərinin 

qiyməti,  kommutasiya  avadanlıqlarının  və  kanalın  lazımi  keçirmə  zolağını  təmin 

edən  aralıq  gücləndirici  qurğuların  xərcləri,  həmçinin  böyük  ərazilərdə  yayılmış 

şəbəkə qurğularının işçi vəziyyətdə saxlanması və istismarı xərcləri də daxildir. 

Qlobal şəbəkələr adətən böyük telekommunikasiya şirkətləri tərəfindən abonentlərə 

pullu xidmət etmək üçün yaradılır.  

Qlobal şəbəkələrin qiymətinin baha olmasını nəzərə alaraq istənilən tip verilənləri: 

kompüter  verilənlərini,  telefon  danışıqları,  fakslar,  teleqramlar,  televiziya  görün-

tüləri, teletekst (iki terminal arasında verilənlərin ötürülməsi), videotekst (şəbəkədə 

saxlanılan verilənlərin öz terminalına götürmək) və s. verilənləri ötürə bilən vahid 

qlobal  şəbəkənin  yaradılma  tendensiyası  meydana  gəlmişdir.  ISDN-  telekom-

munikasiya xidmətinin inteqrasiyası üçün ilk texnoloqiya 70-ci illərin əvəllərindən 

inkişaf  etməyə  başlayıb.  Hansı  komponentlərin  arendaya  götürülməsindən  asılı 

olaraq korporativ şəbəkələrdə aşağıdakı əlaqə növlərindən istifadə olunur: 

-ayrılmış kanallar; 

-kanalların kommutasiyası; 

-paketlərin kommutasiyası. 


Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin