Komputer şƏBƏKƏLƏRİ VƏ telekommunikasiYA



Yüklə 1,04 Mb.
Pdf görüntüsü
səhifə34/57
tarix10.05.2022
ölçüsü1,04 Mb.
#57181
1   ...   30   31   32   33   34   35   36   37   ...   57


Ayrılmış kanallar. Ayrılmış  əlaqə xəttlərindən iki üsulla istifadə etmək olar.  

Birincisi,  arendaya  götürülmüş  ayrılmış  xətlər  müəyyən  ərazidə  paylanmış  aralıq 

paket  kommutatorlarının  birləşdirilməsinə  xidmət  edir,  məsələn,  Frame  Relay 

şəbəkəsində olduğu kimi. 

İkincisi,  ayrılmış  xətlərlə  ancaq  lokal  şəbəkələrin  və  ya  başqa  növ  abonentlərin, 

məsələn,  tranzit  paket  kommutarları  qurmadan  qlobal  şəbəkə  texnologiyası  ilə 

işləyən  meynfreymlərin  birləşdiilməsidir,  ayrılmış  kanallar  abonentlərin  daimi 

kommutasiyası  üçün  hansı  tip  kommutasiya  qurğusundan-  FDM(Frequency 

Divizion  Multiplexing-tezliyə  görə    sıxma)  və  ya  TDM(Time  Divizion 

Multiplexing-  vaxta  görə  sıxma)-dən  istifadə  edilməsindən  asılı  olaraq  analoq  və 

rəqəm tipinə bölünür. 



 

 

31 

 

Rəqəm tipli ayrılmış xətlərdə fiziki səviyyənin protokolu G.703 standartı ilə təyin 



olunub. 

Analoq  və  rəqəm  tipli  ayrılmış  kanalların  kanal  səviyyəsində  HDLG(High-level 

Data  Link  Control  –kanal  səviyyəsində  verilənlərin  ötürülməsinin  idarə  edilməsi 

protokolu)  ailəsindən  olan  PPP(Point  to  Point  Protokol)    protokolundan  istifadə 

edilir. 

Ayrılmış analoq tipli kanallar istifadəçiyə 4-naqilli və ya 2-naqilli çıxışlarla təqdim 

olunur. 4-naqilli kanallarda dupleks əlaqənin təşkili daha sadə üsulla yerinə yetirilir. 

Verilənlərin  saniyədə  bir  neçə  qiqabit  analoq  xətləri  vasitəsilə  ötürülməsi  üçün 

siqnalların  analoq  modulyasiyası  metodu  əsasında  işləyən  modemlərdən  istifadə 

olunur. 



Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin