Няшриййатын директору: Ислам ширинов



Yüklə 2,07 Mb.
Pdf görüntüsü
səhifə47/66
tarix25.12.2016
ölçüsü2,07 Mb.
#2902
1   ...   43   44   45   46   47   48   49   50   ...   66
Magistrant 
 
MİLLİ MƏDƏNİ-MƏNƏVİ İRSİN QORUNMASINDA 
KİTABXANALARIN VƏZİFƏLƏRİ 
 
     Bəşəriyyətin qiymətli məlumat daşıyıcısı olan kitab zəmanəmizdə nə-
inki bilik, informasiya daşıyıcısı olaraq rol oynayır, həmçinin yeni modern cə-
miyyət quruculuğunun ən mühüm vasitələrindən birinə çevrilmişdir. İndi insan 
həyatını informasiya təminatı olmadan təsəvvür etmək qeyri-mümkündür.  
Əməkdar elm xadimi, tarix elmləri doktoru, professor A.Xələfov “Kitab-
xanaşünaslığa giriş” kitabında yazır: “Kitabxananın mahiyyətini dərk etmək, 
onun hazırda necə olduğunu və  gələcəkdə necə olacağını müəyyənləşdirmək 
üçün onu yaratmış  cəmiyyətin və onun xidmət edəcəyi cəmiyyətin təbiətini 
göstərən mədəni proseslərin mühiti ilə əlaqədar olaraq tədqiq etmək, öyrənmək 
zəruridir. Göründüyü kimi cəmiyyət özü də kitabxanalara möhtacdır.  İnsan 
biliyini qoruyub saxlamaq, onu gələcək nəsillərə çatdırmaq üçün kitabxanalar 
ən münasib müəssisələrdir və uzun əsrlər boyu həm ibtidai, həm də mürəkkəb 
cəmiyyətlərdə müvəffəqiyyətlə  fəaliyyət göstərmiş, cəmiyyətin tərəqqisinə 
xidmət etmişdir” (1, 129). 
  Buradan  belə bir qənaətə  gəlmək olar ki,  kitab ən etibarlı informasiya 
daşıyıcısıdırsa, kitabxana  isə    ən  böyük informasiya bazası    xəzinədir. Bu 
xəzinəni dərk etmək üçün 5 elementi qeyd etmək olar:  
1)
 
Fikir – ideya – informasiya. 
2)
 
Onu qoruyub saxlayan maddi daşıyıcı – kitab. 
3)
 
Kitabı saxlayan baza – kitabxana. 
4)
 
İnformasiya tələbatçısı – oxucu - insan və onun böyük modeli – 
cəmiyyət. 
5)
 
Bu prosesləri icra edən subyekt - kitabxanaçı.  
Prof. A.Xələfov isə kitabxana barəsində bir mütəxəssis kimi belə bir fikri 
qeyd edir: “Dünya kitabxanaşunaslığı “genetik təhlil” metoduna əsaslanaraq 
belə bir nəticəyə gəlmişdir ki, kitabxana quruluşca dörd elementdən ibarətdir. 
Bu elementlərsiz heç bir kitabxananın mövcudluğu və  fəaliyyəti mümkün 
deyildir. Bu elementlər aşağıdakıladır: 
1) Sənəd;  
2) Oxucu;  
3) Kitabxanaçı;  
4) Maddi-texniki baza (1, 267). 
Həqiqətən təbiət və  cəmiyyətdə bir çox elementlərin dialektik vəhdətdə 
bir tam kimi inkişafını sadəcə onları müşahidə etdikdə görmək olar. Diqqət 
 
129


etmək lazımdır ki, dialektik oxşarlıq hər bir xırda elementdə özünü büruzə 
verir. Bu zaman biz kitabxana və cəmiyyətin ayrılmaz, daim bir-birilə informa-
siya mübadiləsi yönümündə stimul alaraq qarşılıqlı inkişaf etdiyini görəcəyik. 
Amma bunun üçün bu gün kitabxananın cəmiyyətə hansı incə bir məqamla 
bağlı olduğunu dərk etmək lazımdır. 
Görkəmli Amerika kitabxanaşünas alimi C.X.Şira 1970-ci ildə nəşr etdir-
diyi “Kitabxana işinin sosioloji əsasları” adlı kitabında bu problemə geniş yer 
ayırmışdır. O, kitabxananın struktur quruluşuna görə 3 elementdən ibarət olma-
sı ideyasını irəli sürmüş və kitabxananın modelini üçbucaq şəklində göstərmiş-
dir. C.X.Şira yazır: “Əgər biz kitabxanaçının vəzifəsini üçbucaq formasında 
təsəvvür etsək, üçbucağın bir tərəfi kitabxana, başqa tərəfi insan, oturacağı isə 
kitab və insan olacaq” (1, 268). 
Prof. A.Xələfovun verdiyi təhlil göstərir ki, kitabxana və cəmiyyət ayrıl-
maz, daim vəhdətdə, bir istiqamətdə mütləq, vahid bir qüvvə kimi hərəkət edə-
cək elementlərdir. Qətiyyən unutmaq olmaz ki, kitabxanaçının özü də cəmiy-
yətin bir üzvü olan fərd, insandır. Desək ki, kitabxana istənilən bir cəmiyyətin, 
dövlətin, millətin  şüur səviyyəsini özündə  əks etdirə biləcək bir güzgüdür, 
yanılmarıq. A.Xələfovun qeyd etdiyi kimi, oxucu da cəmiyyət adlandırdığımız 
toplumun üzvü, fərd və insandır. Kitabxana və cəmiyyət üzvləri oxucu, kitab-
xanaçı dövri olaraq bir-birinə təsir edəcək ayrılmaz elmentlərdir. 
“Kitabxana”, “Cəmiyyət”, “Oxucu” terminlərini təhlil etdikcə burda müa-
sir kitabxana və cəmiyyətimizdə ən ümdə problem olan mütaliə problemi orta-
ya çıxır. Artıq insanlar yazmağı, oxumağı öyrəndikcə mütaliə etməyin sirlərini 
öyrənmişlər. Mütaliə insanın cəmiyyətdə formalaşması üçün elə bir vasitə
üsuldur ki, bununla insan cinsindən, irqindən asılı olmayaraq əsrlər boyu müd-
riklərin təcrübəsindən süzülüb gələn irsi araşdıra, öyrənə bilir və eyni zamanda 
həyatına tətbiq edərək bəhrələnir. Qeyd edək ki, kitabxana cəmiyyətin, gənc 
nəslin tərbiyəsində  əvəzedilməz bir rola malikdir. Cəmiyyətin  bütün  inkişaf  
mərhələlərində - gənc nəslin mənəvi-estetik tərbiyəsində, bədii təfəkkürün for-
malaşması, estetik dünyagörüşünün yaranmasında kitabxana və kitab vasitəsilə 
mütaliə çox böyük həlledici təsirə malikdir. 
Bu barədə pedaqoji elmlər namizədi, dosent Knyaz Aslan belə qeyd edir: 
“Azərbaycanın müstəqillik yolu ilə inamla irəliləməsi, milli dövlətçiliyimizin 
dirçəlib çiçəklənməsi, mənəvi-estetik dəyərlərin yeni məna və  məzmun daşı-
ması mütaliə probleminin aktuallığını bir daha təsdiqləyir. Çünki uşaq və gənc-
lərin yetkin mənəvi simasını formalaşdırmadan, onları  fəal həyat mövqeyinə 
çıxarmadan, cəmiyyətin ləyaqətli qurucusu kimi yetişdirmədən, kamil şəxsiy-
yətlərə çevirmədən suveren dövlətin inkişafına və beynəlxalq aləmdə nüfuz 
qazanmasına nail olmaq mümkün deyil. Bununla yanaşı, düzgün həyat yolu 
seçmək, qüvvə və bacarığını, istedad və qabiliyyətini ən nəcib əməllər uğrunda 
mübarizəyə həsr edə bilmək xeyli dərəcədə insanın  əxlaqi borcunu necə başa 
 
130


düşməsindən, mənəvi-estetik tərbiyəsinin səviyyəsindən asılıdır. Bu borcu başa 
düşməkdə isə kitabxanaçılarımıza bədii və incəsənət  ədəbiyyatının təbliği 
sahəsində gördüyü işlər, gəncləri təsirli sənət  əsərləri vasitəsilə  tərbiyələn-
dirmək üçün keçirdiyi tədbirlər kömək edə bilər” (3, 98-99).      
“Kitabxana və  cəmiyyət” mövzusunun dərinliyinə bir az nüfuz etsək 
burada oxucuları lazımi informasiya ilə təmin edən kitab, kitabxana, oxucu ele-
mentləri və bunların vəhdətindən yaranan mütaliə problemi ortaya çıxır. 
Mütaliə probleminin incəliklərini təhlil etdikcə isə kitabxana və  cəmiyyət 
anlayışının böyük bir dialektik model olmasını görürük. Onun kiçik modeli isə 
kitab və insan-oxucu anlayışlarıdır, desək, yanılmarıq. Bu iki elementin daim 
bir-birilə  təması isə sanki böyük model - “kitabxana və  cəmiyyət”in bazis, 
fundamentini törədir. Kitablar – kitabxana, insan-oxucular isə cəmiyyəti üçün 
bazis, fundament yaradır. Böyük mütəfəkkir alim Eynşteynin dediyi kimi, hər 
şey sadədən mürəkkəbə doğru inkişaf edir. Təbii ki, bu elementlərdə  də 
həmçinin inkişaf sadədən mürəkkəbə doğru gedir.  
Eyni zamanda yaddan çıxartmaq olmaz ki, mütaliənin milli irs prob-
lemində yerinə yetirdiyi işlər heç də az əhəmiyyət kəsb etmir. Belə ki, zaman 
və mühit daim inkişaf edir, nəsillər dəyişir. Bütün bunlar isə sanki bir zəncirli 
sistem olaraq daim dövriyyədədir. Bu böyük fonda hər yaranan yeni nəsil 
köhnə  nəslin topladığı  təcrübələri informasiya daşıyıcılarından mənimsəyir, 
öyrəndiklərinin daha təkmilləşmiş bir təfəkkürdə yeni formatını yaradır. Bu 
mənada cəmiyyətin informasiya axını ilə tənzim olunması, lazımlı və zərərli və 
yaxud lazımsız informasiya cəmiyyətin hər bir üzvünə - oxucusuna doğru isti-
qamətlənib hansı yeni şüur tərzini yaradacaq, bax bu müasir kitabxanaşünaslıq 
elminin ən ümdə məsələlərindən biri kimi hesab edilə bilər.    
Kitabla insanın təması zamanı bir çox məsələlər üzə çıxır. İnsan uşaqlıq-
dan qocalana qədər  ətraf aləmlə ünsiyyətdə olur. Ünsiyyət zamanı isə  ətrafı  
duyğusu, hissləri, ağlı, dərrakəsi vasitəsilə qavramağa başlayır. Psixoloqların 
dediyi kimi hər bir insan ətrafdakı siqnallara reaksiya verən subyektdir və bu 
siqnallar vasitəsilə o, obyekti qavramağa başlayır. Bu siqnallarda isə müasir 
cəmiyyətdə “informasiya” anlayışının  əks olunması özünü qabarıq göstərir. 
Texniki vasitələrin inkişafı  və internetin yaratdığı qlobal informasiya məkanı 
daha da təkmiləşməkdədir. Bu məsələlərin təhlili istiqamətində kitabxanaların 
ən böyük missiyası isə cəmiyyətin milli irsinin – genetik fondunun təkmilləşə-
rək sivil bir səviyyəyə yüksəlməsini təşkil etməkdir. 
Prof. A.Xələfov “Heydər Əliyev və Azərbaycanda kitabxana işi”  kitabın-
da kitabxana işinə  belə bir tərif vermişdir:  “Kitabxana işi - elm, informasiya, 
mədəniyyət, təhsil və tərbiyə fəaliyyəti sahəsi kimi Kitabxana sisteminin təşkili 
və inkişafını, kitabxana fondlarının formalaşdırılmasını, hüquqi və fiziki şəxs-
lərə kitabxana, informasiya və biblioqrafiya xidməti qaydalarını, kitabxanaçı-
 
131


biblioqraf kadrların hazırlanmasını, kitabxanaların inkişafının elmi-metodik 
təminatını əhatə edən faəliyyət sahəsidir” (2, 245). 
Beləliklə, milli irsimizin - genetik kodlarımızın qorunub saxlanmasında 
kitabxanaların üzərinə düşən rol çox böyükdür. Burada sosioloji, psixoloji, eyni 
zamanda fəlsəfi tərəfləri tam nəzərə almadan kitabxananın milli irsin qorunub 
saxlanmasında hansı  çəkiyə, qüdrətə malik olduğunu aydınlığı ilə tam dərk 
etmək çox çətin olacaq. Bu mənada verilən məsələni aydınlığı ilə dərk etmək 
üçün bu məqalədə  məsələyə yanaşma yollarını qeyd etmək zərurəti meydana 
çıxmışdır. Unutmaq olmaz ki, həmin yanaşmaları xırdalığı ilə cilalasaq, vaxt və 
məqalə  çərçivəsindən qırağa çıxmış olarıq. Ona görə  də yekun olaraq qeyd 
etmək mütləqdir ki, kitabxana və onun millətin mənlik şüuru ilə əlaqəli inkişafı 
sivil bir cəmiyyətin yaranması üçün çox zəruri bir məsələdir.  
   

Yüklə 2,07 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin