Qaz molekullarının istilik hərəkəti xaotik olduğundan onlar kəsilməz olaraq biri digəri ilə və ya tutduqları qabın divarı ilə elastiki toqquşurlar. Odur ki, bu toqquşmalar arasında onlar müəyyən sərbəst yol qət etmiş olurlar. Molekulun iki ardıcıl toqquşma arasında qət etdiyi məsafəyə onun sərbəst yolunun uzunluğu deyilir. MKN-dən məlumdur ki, sərbəst yolun orta uzunluğu
(1)
ifadəsi ilə təyin olunur.
Burada, -molekulun effektiv diametri, n - isə qazın konsentrasiyasıdır. (1) ifadəsindən göründüyü kimi -nın qiymətini tapmaq üçün molekulun effektiv diametrinin qiymətini bilmək lazımdır. -ın qiymətini Puazeyl qanununa əsasən müəyyən etmək olar. Bu qanununa görə müəyyən - müddətində r - radiuslu kapilyar borudan laminar axan mayenin və ya qazın həcmi