185) Uşaqlıq boynunun fon xəstəliklərinə aiddir:
A) leykoplakiya
B) ektropion
C) eritroplakiya
D) displaziya
E) endometrioz
Ədəbiyyat: Savelyeva G.M., Breusenko V. G. ,2007
186) Uşaqlıq boynunun xərçəngönü xəstəliklərinə aiddir:
A) psevdoeroziya
B) ektropion
C) servisit
D) eroziya
E) displaziya
Ədəbiyyat: Savelyeva G.M., Breusenko V. G. ,2007
187) Uşaqlığın cisminin xərçəngönü xəstəliyinin əsas kliniki simptomu:
A) sonsuzluq
B) xroniki çanaq ağrıları
C) asiklik qanaxmalar
D) kontakt qanaxmalar
E) qonşu orqanların funksiyasının pozulması
Ədəbiyyat: Savelyeva G.M., Breusenko V. G. ,2007
188) Endometriumda hiperplastik proseslər zamanı uşaqlığın selikli qişasının diaqnostik qaşınması üçün ən əlverişli dövr:
A) aybaşı zamanı
B) aybaşı siklinin I fazası
C) aybaşıdan dərhal sonra
D) aybaşı qabağı
E) aybaşı siklinin ortası
Ədəbiyyat: Savelyeva G.M., Breusenko V. G. ,2007
Dostları ilə paylaş: |