Mark Tullius Siseron Markus Tullius Sisero


Varlıq və idrak problemləri



Yüklə 23,38 Kb.
səhifə4/5
tarix30.11.2022
ölçüsü23,38 Kb.
#71412
1   2   3   4   5
Varlıq və idrak problemləri
"Akademiklərin təlimi" (lat. Academica) əsərində varlıq və idrak məsələlərinə münasibət bildirən Sisero şübhəçi (skeptik) mövqedən çıxış etmişdir. Əxlaqi və dini mövzular isə onun fəlsəfi əsərlərində əsas yerlərdən birini tutur. O hesab edirdi ki, ilkin ümumi anlayışlar məfhumu vardır. Onları insana təbiət verir və onlar həqiqidir. Bu ilkin ümumi anlayışlar tanrılar, ruhlar və qədərə inanc kimi şeylərdir.
Əxlaq haqqında
Sisero əxlaqla bağlı məsələlərə özəl diqqət yetirmişdir. Bu barədə o, öz fikirlərini "Xeyir və şərin hüdudları barəsində" (lat. De finibus bonorum et malorum) əsərində yazmışdır. Xeyrin mahiyyəti problemi onun diqqət mərkəzində olmuşdur. Onun fikrincə Xeyir iradənin vasitəsi ilə bütün həyatın çətinliklərinə sinə gəlməkdir. Fəlsəfə bunu anlamağa yardım edir. İnsan ağıllı varlıqdır və onda tanrının ruhu vardır. Siseronun fikrincə hər bir fəlsəfi cərəyan son olaraq Xeyrin mahiyyətinin anlaşılmasına xidmət etməlidir. Belə olarsa o təlimlərin əsaslarını bir araya gətirmək, onları barışdırmaq və onlardan yararlanmaq yaxşı olardı. Siserona görə insanlar həyatlarını təbiətə uyğun olaraq yaşamalıdırlar.
İnanc və din haqqında
"Tanrıların təbiəti haqqında" (lat. De natura deorum) və "Tale haqqında" (lat. De fato) əsərlərində Sisero tanrılara inanc, dinlərin mahiyyəti, tale və azadlıq, mövhumatlar kimi problemləri fəlsəfi baxımdan araşdırmış, ondan öncə yaşayan filosofların bu barədə fikirlərini açıqlamışdır. O, daha çox insan azadlığına üstünlük vermiş, mövhumatlara, ənənəvi dini baxışlara qarşı çıxmışdır. Onun din və tanrı haqqında baxışları və dünyagörüşü fəlsəfi düşüncəsinin əsasında qurulmuşdur.
Sisero yaradıcılığının ən uca zirvəsi "Tuskulan söhbətləri" (lat. Tusculanae disputationes) əsəri sayılır. Bu əsər Sezara qəsd edən Markus Brutusa həsr olunmuşdur və beş kitabdan ibarətdir. Bu kitablarda Sisero çoxlu fəlsəfi və əxlaqi məsələlərə toxunmuşdur. Onun fikrincə fəlsəfi düşüncəyə yiyələnmək və müdriklik məqamına çatmaq həyatı məzmunla doldurur və bunlar qocalıq, ağrı, ölüm, itki kimi əzabları yüngülləşdirir.

Yüklə 23,38 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin