Şəkil 3. Abşeron yarımadası torpaqlarında radioaktiv elementlərin miqdarı:
1 – suvarılan şorakətvari boz-qonur; 2 - şorakətvari boz-qonur; 3 – zəif inkişaf etmiş boz-qonur;
4 – tam inkişaf etməmiş boz-qonur; 5 – bataqlaşmış boz-qonur; 6 - texnogen torpaqlar.
Mövcud ədəbiyyat və statistik məlumatlara əsasən Abşeron yarımadası
Respublikamızın ən çox antropogen təsirlərə məruz qalmış bölgəsidir. Belə ki,
Abşeron yarımadasının torpaq örtüyünün müasir ekoloji vəziyyəti haqqında ən son
məlumatların təhlili əsasında demək olar ki, ərazinin təqribən 25 min hektarı neftlə
çirklənmiş və texnogen pozulmuş torpaqların payına düşür. (Cədvəl 2.4., 2.5)
Ə.T.Talıbovun “Ətraf mühitin çirklənmə mənbələri xəritəsi, “Sənaye
tullantıları ilə çirklənmiş torpaqların xəritəsi”, “Landşaft-ekoloji xəritə”, ”Ekoloji
şəraitin qiymətləndirmə xəritəsi” və statistik məlumatlar, ədəbiyyat və fond
materiallarının, digər tədqiqatçıların elmi nəticələri əsasında müəyyən edilmişdir ki,
bitumlaşmış torpaqlar – 7700 ha, mazutlaşmış torpaqlar – 5600 ha, daş karxanaları
altında - 2500 ha, qum karxanaları altında - 1800 ha, turşu-qələvi tullantıları ilə
çirklənmiş torpaqlar - 800 ha, şlaklarla çirklənmiş torpaqlar – 200 ha və zibilliklər
900 ha ərazini tutur. Toplanmış ədəbiyyat, fond materialları, statistik göstəricilər bir
daha təsdiq edir ki, Abşeron yarımadasının müasir ekoloji vəziyyəti böhranlı
xarakterə malikdir [30]. (Şəkil 4.)
Dostları ilə paylaş: |