TƏLİM PROSESİNDƏ MÜƏLLİM ÜNSİYYƏTİNİN ROLU
Ülkər İmanova
Qafqaz Universiteti
ulker_imanova@bk.ru
Cəmiyyətin həyatında müəllim şəxsiyyətinin rolu olduqca böyükdür. Çünki müəllim təhsilalanların həm bilik, bacarıqlara
yiyələnməsinin, həm də , onların fizioloji, psixoloji cəhətdən düzgün inkişaf etmələrinin qeydinə qalaraq, zəngin mənəvi
keyfiyyətli şəxsiyyət kimi formalaşması üçün çalışır. Buna görə də müəllimlər şagirdlərin “ daxili dünyasının memarı”
hesab edilir. Müəllimlik peşəsində fəaliyyət göstərən hər kəs öz peşə borcunu lazımınca yerinə yetirmək üçün dərin ixtisas
biliklərinə, pedaqoji-psixoloji biliklərə sahib olmalıdır. Müəllim öz pedaqoji fəaliyyəti müddətində çoxsaylı şagird
kollektivi ilə ünsiyyətdə olur. Bu ünsiyyət zamanı müəllim müxtəlif xarakterli şagirdlərə yalnız düzgün pedaqoji-psixoloji
yanaşma üsulundan istifadə edərsə, müvəffəqiyyət əldə edə bilər.
Fərqli xarakterdə olan şagird kollektivi ilə uğurlu pedaqoji münasibət qurmaq üçün müəllimin ünsiyyət bacarığının
olması vacib amillərdən biri hesab edilir. Müəllimin ünsiyyət mədəniyyətinin olması həm şagirdlərlə, həm valideynlərlə,
həm də məktəb kollektivi ilə yaxşı münasibət yarada bilməsi üçün mühüm rol oynayan əsas şərtlərdəndir. Çünki ünsiyyət
mədəniyyəti qarşılıqlı əlaqə və fəaliyyətdə əxlaqi - etik normalara əməl etməyə əsaslanır ki, bu da müəllim və şagirdlər
arasında pedaqoji cəhətdən düzgün münasibətin yaranmasını təmin etmiş olur.
Bildiyimiz kimi, ünsiyyətin əsasını nitq təşkil edir. Odur ki, müəllim nitiqnin nə qədər dəqiq, səlis, aydın, ifadəli olması
müəllim – şagird münasibətlərinə birbaşa təsir edir. Başqa sözlə desək, müəllim nitqinin dəqiq, səlis, aydın və ifadəli olması
pedaqoji ünsiyyətdə bu və ya digər formada təzahür edir. Müəllimin şagirdlərlə ünsiyyəti dedikdə, onun həm elmi nitqi ( hər
bir mövzunu şərhetmə bacarığı ) , həmçinin təhsilalanlarla apardığı müxtəlif məzmunlu tərbiyəvi söhbətləri başa düşülür.
Hər hansı mövzunu şərh edərkən müəllim şagirdlərin yaş və fərdi xüsusiyyətlərini nəzərə alaraq kifayət qədər sadə, lakin
elmi dildə izah edərək onların mövzunu aydın dərk etmələrinə nail olmağa çalışmalıdır. Əgər müəllim aydın olmayan,
mürəkkəb nitqə sahibdirsə, bu, şagirdlərin dərketmə səviyyəsinə uyğun olmadığından onların təlim prosesində çətinliklərlə
üzləşməsinə səbəb olar. Belə halın olması isə öz-özlüyündə pedaqoji prosesin keyfiyyətinə mənfi təsir göstərər.
Hər bir müəllim, xüsusən ibtidai sinif müəllimləri öz nitqi ilə kiçikyaşlı məktəbliləri həvəsləndirməli, onlarda özlərinə
inam hissini aşılamalıdır. “ Afərin” , “zəhmət olmasa” , “xahiş edirəm” və s. bu kimi ifadələr nəinki səmimi münasibətin ya-
ranmasına səbəb olur, eyni zamanda, şagirdlərin dərsə daha həvəslə və inamla yanaşmasına təsir göstərir. Bu tip ifadələr
həmçinin şagird şəxsiyyətinə edilən hörmətin təzahürü kimi də meydana çıxır. Müəllim ən gərgin və əsəbi anlarda belə
islətdiyi sözlərə nəzarət etməli, heç bir kobudluğa yol verməməli və şagird şəxsiyyətini alçaldan ifadələri işlətməməlidir.
Müəllim öz nitqi, ünsiyyət mədəniyyəti ilə hər zaman şagirdlərə nümunə olmağı bacarmalıdır. Müəllimin dolğun nitqə
sahib olması şagirdlərin də nitqinin formalaşmasına birbaşa təsir edir. Müəllim şagirdlərə düzgün danışmağı öyrətməlidir.
Bunun üçün müəllim təlim prosesində şagirdlərin fikrini düzgün və dəqiq ifadə etmələrinə fikir verməlidir. Əgər şagirdlərin
|