II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
491
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
5) söz anlaşılmalı , başqa sözlə alınmış səslər kompleksi uşaq tərəfindən tanış olan hər hansı əşya hərəkət, əlamətin
ifadəsi kimi başa düşülməlidir.
Göründüyü kimi , oxu texnikasına yiyələnmə, dəqiq eşitmə, görmə-tələffüz etmə təhlil və tərkibinə, sözün səs
formasının onun mənası ilə birləşməsinə əsaslanan bir prosesdir.
Şagirdlər nəinki hərflərlə, hətta hecalarla oxu prosesində bəzən hecaları bir söz kimi birləşdirməkdə çətinlik çəkir,
sözün mənasını tuta bilmir. Nailə sözünü oxuyur, lakin hansı sözü oxuduğunu deyə bilmir.
Yenicə oxumağa başlayanların oxu texnikasının xüsusiyyətlərindən biri də tez-tez baş verən reqressiyadır (geriyə
qayıtmadır). Uşaqlar sözdə eyni hecanı, cümlədə eyni sözü bir neçə dəfə təkrarlamalı olurlar. Bu ondan irəli gəlir ki, uşaqlar
sözləri hecalarla, fasilələrlə oxuduqlarından axırına çatanda əvvəli yaddan çıxır. Ona görə də geriyə qayıdırlar ki, həmin
hissələri birləşdirsinler. Sözlər nə qədər böyük, çoxhecalı və mənaca çətin olarsa, geriyə qayıtma, təkrarlama o qədər çox
olur.
Onlar sözləri də təkrarlayırlar. Şagirdlər təkrarlamağa ona görə meyillidirlər ki, sözlərin təkrarı onları cümlədə
birləşdirməyə və mənanı başa düşməyə kömək edir.
Dostları ilə paylaş: |