Microsoft Word Qasimov-ias docx


  Relevantlığın yüksəldilməsi üçün istifadəçi ilə



Yüklə 1,74 Mb.
Pdf görüntüsü
səhifə101/177
tarix01.01.2022
ölçüsü1,74 Mb.
#50803
növüDərs
1   ...   97   98   99   100   101   102   103   104   ...   177
N 406

5.4.  Relevantlığın yüksəldilməsi üçün istifadəçi ilə 
əks əlaqənin istifadəsi 
Adətən, axtarış sistemlərində sənədlər terminlər vasitə-
silə qeyri-dəqiq təqdim olunurlar. Ona görə də istifadəçilər 
axtarış prosesini qeyri-dəqiq, yəni natamam sorğular  əsa-
sında aparmağa məcbur olurlar. Bu isə  təbii ki, arzu olu-
nan nəticələri  əldə etməyə imkan vermir. Amma sonra 
prosesin növbəti mərhələlərində istifadəçilər iterativ yolla 
öz sorğularını  dəqiqləşdirərək tədricən effektivliyi artıra 
və axtarışın nəticəsini yaxşılaşdıra bilərlər. 
Bunun üçün axtarış sistemlərində istifadəçi ilə əks əla-
qə mexanizmi reallaşdırılır. Bu mexanizm istifadəçiyə 
onun ilkin sorğusuna əsasən sistem tərəfindən tapılmış sə-
nədlərin relevantlıq dərəcəsini qiymətləndirərək öz fikrini 
sistemə ötürməyə imkan verir. Bu, iki və ya çoxsəviyyəli 
münasibətlərin əsasında həyata keçirilir. 
İkisəviyyəli münasibətlərdə istifadəçi aşağıdakı iki va-
riantdan birini göstərə bilər: sistem tərəfindən verilmiş sə-
nədlər sorğuya ya relevant olur, ya da qeyri-relevant. Çox-
səviyyəli münasibətlər istifadə olunduqda isə bu iki va-
riantdan  əlavə  həm də  sənədlərin qismən relevant olması 
münasibəti müəyyən edilə bilər.  Əks  əlaqə üsullarının 
reallaşdırılmasının sadələşdirilməsi üçün, adətən, ikisəviy-
yəli relevantlıq münasibətlərindən istifadə olunur. 
Hazırda iki əks əlaqə üsulu istifadə olunur: 
-  sorğunun təqdimatının dəyişdirilməsi; 
-  sənədin təqdimatının dəyişdirilməsi. 
Sorğunun təqdimatının dəyişdirilməsi üsulları cari seansda 
axtarışın effektivliyini artırmaq üçün nəzərdə tutulmuşdur, 
onlar digər sorğular üzrə axtarışın effektivliyinə təsir etmir.  


157 
Sənədin təqdimatının dəyişdirilməsi üsulları isə  sənəd-
lərin təqdimat formasını  dəyişdirir və ona görə  də yalnız 
cari axtarış seansda deyil, həmçinin sonrakı seanslarda da 
axtarışın nəticəsini yaxşılaşdırmağa imkan verir. 
Sorğunun təqdimatının dəyişdirilməsi üsullarının kö-
məyi ilə axtarışın effektivliyinin artırılması üçün üç üsul-
dan istifadə olunur: 
-  terminlərin çəkilərinin dəyişdirilməsi; 
-  sorğunun genişləndirilməsi; 
-  sorğunun parçalanması (hissələrə ayrılması). 
Terminlərin çəkilərinin dəyişdirilməsi üsulu sorğuya 
daxil edilmiş terminlərin çəkilərinin yaxşılaşdırılmasını 
həyata keçirir. Terminlərin çəkilərinin korrektə edilməsi 
üçün sorğu vektoru ilə müsbət əks əlaqəli sənədlərin vek-
torlarını toplamaq lazımdır. Terminlərin çəki  əmsallarını, 
həmçinin sorğu vektorundan mənfi  əks  əlaqəli sənədlərin 
vektorlarının çıxılması yolu ilə də korrektə etmək olar. 
Qeyd olunmalıdır ki, müsbət əks əlaqəli sənədlər dedik-
də axtarış  nəticəsində istifadəçiyə verilmiş  və istifadəçi 
tərəfindən sorğuya relevant sənəd kimi qiymətləndirilmiş 
sənədlər başa düşülür.  
Axtarış sisteminin verdiyi sənədlər içərisindən istifadə-
çi tərəfindən qeyri-relevant sənəd kimi qeyd olunmuş  sə-
nədlər isə mənfi əks əlaqəli sənədlər kimi qəbul olunur. 
Sorğu korrektə edildikdən sonra axtarış sistemi tərəfin-
dən verilmiş relevant sənədlərin sayı korreksiyadan əvvəl-
kindən çox olmalıdır. Belə ki, əvvəlki relevant sənədlər-
dən əlavə əks əlaqənin köməyi ilə onlar arasından istifadə-
çi tərəfindən müsbət qeyd olunmuş relevant sənədlərə ox-
şar yeni sənədlər də bu çoxluğa əlavə olunur.  
Relevant sənədlərin keyfiyyətində və sayında arzu olu-
nan səviyyə əldə edilənə qədər istifadəçi bu prosesi davam 
etdirə bilər. 


158 
Sorğunun genişləndirilməsi üsulu ilkin sorğuya yeni 
terminlər  əlavə etmək yolu ilə onu daha əhatəli edir. Belə 
ki,  əvvəlcə müsbət  əks  əlaqəli sənədləri təsvir edən ter-
minlər çoxluğu seçilir. Bu çoxluq terminlərin vaciblik də-
rəcələrinə görə nizamlandıqdan sonra siyahının əvvəlindən 
verilmiş sayda termin götürülür və sorğuya əlavə edilir. 
Sorğunun parçalanması (hissələrə ayrılması) üsulu ax-
tarış  nəticəsində tapılmış  sənədlər arasında müsbət  əks 
əlaqəli müxtəlif xarakterli sənədlər olduqda tətbiq olunur. 
Belə hallarda istifadəçiyə verilmiş  sənədlər çoxluğu eyni 
xarakterə malik sənədlərdən ibarət bir neçə alt çoxluğa 
(klasterə) bölünür. Əgər bu mümkün olarsa, onda istifadə-
çinin sorğusu elə alt sorğulara (yəni ilkin sorğunun alt his-
sələri olan bir neçə ayrı-ayrı sorğulara) bölünür ki, hər bir 
alt sorğu ayrı-ayrı sənədlər alt çoxluğuna uyğun olsun.  
Bundan sonra hər bir alt sorğu üzrə ayrı-ayrılıqda axta-
rış aparılır, onların terminlərinin çəki əmsalları yaxşılaşdı-
rılır və ya bu alt sorğular əvvəl qeyd olunmuş üsulların kö-
məyi ilə genişləndirilir. Beləliklə, axtarışın effektivliyinin 
səviyyəsi yüksəldilmiş olur. 
Sənədlərin təqdimatının dəyişdirilməsi üsulları istifadəçi 
ilə əks əlaqənin köməyi ilə axtarış sisteminin indekslər baza-
sında sənədlərin təqdim olunması vektorunu yaxşılaşdırma-
ğa imkan verir. Bu zaman terminlərin çəki əmsalları elə şə-
kildə korrektə edilir ki, tapılmış relevant sənədlərin vektoru 
sorğunun vektoruna müəyyən qədər yaxınlaşmış olsun, qey-
ri-relevant sənədlərin vektorları isə əksinə ondan uzaqlaşsın.  
Sənədlərin təqdim olunması vektorlarının belə korrek-
siyasından sonra növbəti dəfə analoji axtarış sorğusu daxil 
edildikdə sistem əvvəlki axtarış seanslarına nisbətən daha 
relevant sənədləri tapıb istifadəçiyə verir. 



Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   97   98   99   100   101   102   103   104   ...   177




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin