Microsoft Word Qasimov-ias docx



Yüklə 1,74 Mb.
Pdf görüntüsü
səhifə105/177
tarix01.01.2022
ölçüsü1,74 Mb.
#50803
növüDərs
1   ...   101   102   103   104   105   106   107   108   ...   177
N 406

6.3.  Vektorlar modeli  
Vektorlar modeli informasiya axtarışının atası hesab olu-
nan Gerard Salton tərəfindən 1968-ci ildə SMART axtarış 
sistemində reallaşdırılmışdır. Bu model çərçivəsində nəticə-
nin nizamlanması təbii statistik müşahidəyə əsaslanmışdır.  
Vektorlar modelində (onu bəzən  cəbri model adlandırır-
lar) sənədlər informasiya fəzasının vektorları çoxluğu ilə təq-
dim olunurlar. n normallaşdırılmış vektordan ibarət bazislə 
müəyyən olunan bu fəzada hər bir sənəd bir n-ölçülü vektorla 
təqdim edilir. Bu vektorun birinci elementi vektorlar fəzasın-
da ölçməyə uyğun olaraq birinci terminin sənəddəki çəkisini, 
ikinci elementi ikinci terminin çəkisini və s. əks etdirir. 


165 
Vektorlar modelində qəbul edilmişdir ki, fəzanı əmələ gə-
tirən terminlərin vektoru ilə  sənədlərin vektorları ortoqonal 
olmalıdır. Burada terminlər arasında mövcud olan qarşılıqlı 
əlaqələr nəzərə alınmır. Adətən, informasiya axtarışının vek-
torlar modelində bir çox anlayışlardan istifadə olunur. 
İnformasiya axını və ya massivi n*m ölçülü matris şək-
lində təqdim olunur.  Burada n – sənədlərin, isə massiv-
də olan sənədlərin təsvir olunması üçün istifadə olunan 
terminlərin ümumi sayıdır. Matrisin sətirləri qismində sə-
nədlərin axtarış obrazları çıxış edir: 


N
d
d
d
D
,...,
,
2
1

.
İnformasiya massivinin ümumi terminləri çoxluğu lüğət 
adlanır və 


m
t
t
t
T
,...,
,
2
1

 ilə işarə olunur.
Sənədlər  m ölçülü vektorlar şəklində  təqdim edilirlər. 
Əgər hər hansı termin verilmiş sənədə daxildirsə, onda vek-
torun müvafiq müvafiq elementinə 1, əks halda isə 0 qiyməti 
mənimsədilir. Adətən, xətti indeksləşdirmə modelində bütün 
axtarış  əməliyyatları  sənədlərin vektorlar şəklində  təqdim 
edilmiş axtarış obrazları üzərində yerinə yetirilir, lakin bu 
zaman sadəlik naminə bu obrazları sənəd adlandırırlar.  
İstifadəçi sorğusu da l ölçülü vektorla təqdim olunur: 


l
q
q
q
Q
,...,
,
2
1

– sorğuya daxil edilmiş açar sözlərin
sayıdır. 
Axtarış prosesində  sənədin sorğuya uyğunluğunu 
müəyyən etmək üçün sənəd və sorğu vektorlarının skalyar 
hasili hesablanır: 
=
∙ , (6.1)
burada Q – sorğu vektoru, R – sistemin sorğuya cavabıdır. 
Alınan nəticə  nə  qədər böyük olarsa, sənəd bir o qədər 
sorğuya relevant hesab edilər. 
Nəticənin yaxşılaşdırılması məqs
ədilə relevantlığa görə 
sorğunun korrektə edilməsi mexanizmindən istifadə olu-


166 
nur. Bu mexanizmin mahiyyəti ondan ibarətdir ki, axtarış 
prosedurası interaktiv və iterativ xarakter daşıyır. Belə ki, 
ilkin axtarış yerinə yetirildikdən sonra sistem tərəfindən 
təqdim olunmuş  sənədlər arasından istifadəçinin relevant 
hesab etdiyi sənədləri göstərməsi ondan xahiş (təklif) olu-
nur.  İterasiyanın sonrakı  mərhələsində sistem tərəfindən 
qeyd olunmuş sənədlərə daxil olan terminlər vasitəsilə is-
tifadəçinin sorğusu genişləndirilir (və ya dəqiqləşdirilir) 
və yenidən axtarış aparılır. Axtarış prosedurası bu qayda 
ilə o vaxta qədər davam etdirilə bilər ki, istifadəçinin fikri-
nə görə artıq bundan sonra axtarışın nəticəsini yaxşılaşdır-
mağa ehtiyac olmasın. Relevantlığa görə sorğunun korrek-
tə edilməsi üsulu sorğuların dəqiqləşdirilməsi məqsədilə 
kifayət qədər geniş  tətbiq olunur. Bəzi sistemlərdə istifa-
dəçi belə bir proseduranın tətbiq olunduğunu hiss etmir.  
Vektorlar modelinin üstünlüyü, əsasən, onun reallaşdırıl-
masının asan və sadə olmasından ibarətdir. Bu model həmçi-
nin tapılıb verilmiş sənədlərin relevantlığının qiymətləndiril-
məsi üçün istifadəçi ilə əks əlaqəni asan reallaşdırmağa im-
kan verir.  

Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   101   102   103   104   105   106   107   108   ...   177




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin