Heydər Əliyev: Əhalinin vəsaiti olmasa, cib telefonu saxlaya bilər? Məsələlər var,
bunları həll etmək olar. Məsələn, televiziya ötürücüsü məsələsini həll etmək mümkündür.
Elektrik enerjisində bir neçə ildir ki, çətinliklər var. Amma siz təsəvvür edin, əgər vaxtilə
biz - bunu deyirəm ki, siz bir də biləsiniz, bunları əvvəllər Azərbaycanda işləyəndə mən
özüm etmişəm, - böyük elektrik stansiyalarını tikməsəydik, Sovet İttifaqı dağılandan və
biz müstəqil olandan sonra elektrik enerjisi heç olmazdı. O vaxtlar tikmişik, indi onlardan
istifadə olunur. Ancaq onların bəziləri artıq köhnəlir, bəzisini təmir etmək lazımdır.
Amma siz indi az-çox elektrik enerjisi alırsınız. Pulunu verirsinizmi?
Dostları ilə paylaş: