Microsoft Word Qebele-Son variant



Yüklə 1,9 Mb.
Pdf görüntüsü
səhifə13/80
tarix02.01.2022
ölçüsü1,9 Mb.
#2191
1   ...   9   10   11   12   13   14   15   16   ...   80
Yerdən səslər: Ömrünüz uzun olsun, sağ olun. 


Heydər  Əliyev: Arzularınıza görə çox sağ olun, sizə  təşəkkür edirəm. Mən də 
çalışacağam ki, sizin bu dualarınız yerinə yetsin, ömrüm uzun olsun, bundan sonra sizinlə 
birlikdə daha da çox işlər görək. Sağ olun. Təşəkkür edirəm. 
Yerdən səslər:  Cənab prezident, sağ olun, Sizə uzun ömür, cansağlığı, yaxşı yol 
arzulayırıq. 
 
“Azərbaycan” qəzeti, 10 noyabr 2002-ci il. 
 
Söhbətin gedişindən başa düşülür ki, ölkənin gələcəyi üçün çalışan bir insanın 
narahatlığı hiss olunur. Hətta özünə allahdan ömür istəyən adi bir vətəndaşın yaşamaq 
istəyindən çox, Azərbaycanın sabahına inamla baxan Siyasətçinin nigarançılığı    sadə 
kəndlinin də diqqətindən yayına bilməzdi. Daxilən nə qədər güclü olsa da insan övladının 
həyata  əlvida demək məqamı yetişən an olur. Məhz buna görə  də Heydər  Əliyev də 
düşünürdü ki, ona verilən ömür payı xalqına xidmətdə bəs eləmiş olsun. Gecəli-gündüzlü 
fəaliyyət, durmadan gərgin iş saatına dözmək isə beyinə yorğunluq gətirsə də ilahidən güc 
alan bu insan daha yeni ideyalar üzərində  işləyir, elə  bəşəri layihələrə imza atırdı ki, 
gələcəkdə Azərbaycan xalqının müqəddəratına kömək etsin. 
O vaxt təklənən ölkəmiz dünya birliyindən təcrid olunmuşdu, nə haqq səsimiz eşidilir, 
nə  də millətimizin taleyinə acıyan tapılırdı. Hakimiyyətə  gəlişinin növbəti mərhələsində 
də Heydər Əliyev bu istiqamətə önəm verdi. O, dövlətçiliyi qurdu, daxili çəkişmələrə son 
qoydu, ən əsas da xarici aləmdə Azərbaycanın maraqlarının təminatçısı oldu. Beynəlxalq 
aləmlə münasibətlərimizə ciddi fikir verdi. Bunlar üçün vaxt lazım idi.  
Ömür isə gurultulu çay kimi kükrəyə-kükrəyə axmağındadır. Xalqın Oğlu da bilə-bilə 
ki, onun həyatı üçün istirahət vacib şərtdir, bu barədə düşünmədən belə ömrünü-gününü 
fəda elədi. Onunla birlikdə xarici səfərlərə yola düşən həmkarlarımın sözlərinə görə, 
Heydər  Əliyev bir-iki gün ərzində elə  gərgin işləyirdi ki, adi müşahidə etmək, olanları 
belə  təhlil etmək çətinləşirdi. Bir gecədə 72 görüş keçirən bir prezidentin yorulmaz 
fəaliyyətindən nə  qədər ibrət alsaq da gücümüz tükənərdi. Heydər  Əliyev isə  nəinki 
yorulur, hətta vətənə dönüşündən sonra heç dincəlmədən yenidən iş otağında, prezident 
sarayında, dövlətin başında idi.  
Özündən çox xalqını fikirləşərdi. O, xəstə yatdığı zaman millətin ürəyində  qorxu var 
idi ki, həyatı bahasına qurduğu dövlətin aqibəti necə olacaq?. Bir neçə il ərzində yaşanılan 
faciələr Azərbaycanı yaman sarsıtmışdı. Dözülməz fəlakətlərlə üzləşən millət  Heydər 
Əliyevin hakimiyyətə qayıdışından sonra təhlükəli oyunlardan qurtuldu. Onun siyasi 
səhnədəki xidmətləri hər bir vətəndaşa sabit bir ölkənin sakinləri tək yaşamaq fürsəti 
yaratdı... 
 Siyasət meydanına yeni gələn  İlham  Əliyevin bacarığı göz önündə olsa da Yeni 
Azərbaycan Partiyası üzvlərinin  onun haqqında inamla dediyi fikirləri əvvəllər büsbütün  
ona görə qəbul edə bilmirdik ki, Heydər  Əliyev qədər onu tanımırdıq. Hər şeydən gözü 
qorxan xalq müxalifətin də söylədiklərini eşidəndə  nələrin baş verəcəyindən ehtiyat 
edirdi. Təkcə Heydər Əliyevin məktəbini keçməsi, onun canından, qanından olması, Neft 
Şirkətindəki fəaliyyəti, idmanımızın inkişafında xidmətləri, deputat seçildiyi Qaradağ 


rayonunda gördüyü işlər, Avropa Şurası kimi mötəbər bir qruma vitse-prezident seçilməsi, 
bir sözlə siyasi nailiyyətləri ümid işığı verirdi ki, taleyimizi dahi siyasətçinin yetirməsinə 
etibar edək... 
Qısa zamanda ümidlər özünü doğrultdu.  İlham  Əliyevin rayonlara səfəri, verdiyi 
vədlər  əhalinin ürəyindən xəbər verdi. Yeni iş yerlərinin açılması üçün ölkədə iqtisadi 
planlar həyata keçirilməyə başlandı.  İllərin  şahidi olduğumuzdan ötənləri xatırlasaq qısa 
müddət ərzində hansı önəmli hadisələrin baş verdiyi göz önündədir.  
Bölgələrə səfəri ilə hər yerə canlanma gətirdi. Doğma Azərbaycanı qarış-qarış  gəzən 
İlham Əliyev əhaliyə verdiyi sözün üstündə durdu, dediklərini həyata keçirdi və ölkəmizin 
hər yerini tikinti-quruculuq ab-havası bürüdü.  
                                          

Yüklə 1,9 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin