Microsoft Word Qebele-Son variant


AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN



Yüklə 1,9 Mb.
Pdf görüntüsü
səhifə22/80
tarix02.01.2022
ölçüsü1,9 Mb.
#2191
1   ...   18   19   20   21   22   23   24   25   ...   80
 
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN 
 QƏBƏLƏYƏ 2008-ci il SENTYABR SƏFƏRİ 
 
 
əhayət gözlənilən və  həlli vacib olan sahələr diqqətdə olduğundan dövlət 
başçısının apardığı siyasətin, iqtisadi islahatların məntiqi nəticəsi olaraq rayonun 
görkəmi nəinki dəyişdi, bir-birinin ardınca açılan müəssisələr, sosial əhəmiyyətli hadisələr 
gerçəkləşərək  əhalinin iqtisadi vəziyyətinin yüksəlişinə  səbəb oldu. Ölkə başçısı ilk 
prezidentlik dövrünün sonuncu ilində yenidən yolunu buradan saldı və yenə də zəruri olan 
müəssisələrin açılışını etdi. Bölgənin inkişafı üçün tövsiyyələri bəhrəsini verdiyindən 
cənab İlham Əliyev sürətlə gedən inkişafdan məmnun qaldı və gələcəkdə daha da ucqar 
kəndlərin problemlərinin həlli istiqamətində dövlətin yeni inkişaf xəttindən söz açdı... Bu 
səfər də tarixi əhəmiyyət kəsb edən hadisələrdən sayılır... 
 Prezident  İlham  Əliyevin və xanımı Mehriban Əliyevanın rayona gəlişi ümummilli 
lider Heydər Əliyevin abidəsinin ziyarəti ilə  başlayır.  
Səhiyyəmizin uğurlu hadisələrindən biri müasir Müalicə-Diaqnostika Mərkəzi açılır. 
Dövlətimizin başçısı rəmzi açılışı bildirən lenti kəsir.  
Yüksək standartlara uyğun tikilən 6 mərtəbəli mərkəzdə  ən müasir avadanlıq 
quraşdırılıb. Burada poliklinika şöbəsi, təcili yardım stansiyası, 20 çarpayılıq cərrahiyyə, 
10 çarpayılıq dializ, 5 çarpayılıq reanimasiya şöbələri, aptek, qəbul otağı, lor, stomatoloji
exokardioloji, rentgen kabinetləri vardır. Tikintiyə 40 milyon manat, inventar və 
avadanlığın alınmasına 6 milyon vəsait sərf olunub. Tibb ocağında 200 nəfər işləyəcəkdir. 
Mərkəzin qarşısında 3 hektar ərazidə park da salınıb. Burada musiqili fəvvarə quraşdırılıb, 
müasir işıqlandırma sistemi yaradılıb.  
Mərkəzlə tanış olan Prezident İlham  Əliyev reanimasiya, qəbul  şöbələrinə, lor, göz, 
stomatoloji, rentgen kabinetlərinə baxır... 
Mərasimdə geniş nitq söyləyən  İlham  Əliyev bütövlükdə beş il ərzində görülən 
işlərdən, daxili və xarici siyasətin uğurlarından, bölgələrin inkişafından ətraflı bəhs edir. 
Azərbaycanın regionda ən güclü dövlətə çevrildiyini, dünyanın enerji siyasətində önəmli 
payı olduğunu, bütün diqqətin məhz ölkəmizə yönəldiyini bildirir. Həm turizm sahəsinə 
marağın artdığını, həm də  təbii sərvəti ilə dünyanı özünə  cəlb edən yurdumuzun maddi 
imkanının genişləndiyini vurğulayır. Sanki bu çıxış prezidentin beş il müddətində xalqına 
hesabatı idi. Nələri görəcəyini vəd edən insan yenidən bir neçə ildən sonra bunları 
eləmişik deməsi ilə öz fəaliyyətini açıqlayırdı. Bu baxımdan ilk prezidentlik dövrünün son 
ilində Azərbaycan dövlətinin başçısı bütün bölgələrdə  əhali ilə görüşdü, ölkəmizin 
qazandığı nailiyyətlərə görə xalqı təbrik etdi... 
Qəbələdə istifadəyə verilən süd zavodunu da prezident işə salır. Müəssisə ilə yaxından 
tanış olarkən ona bildirilir ki, 2007-ci ilin martında tikintisinə başlanılmış müəssisəyə 
N


avadanlıqla birlikdə 3,5 milyon manat xərclənib. Sutkada 10 ton süd emal etmək gücündə 
olan müəssisədə pendir, kəsmik, yağ, ayran və s. süd məhsulları istehsal edilir. “Gilan 
Holdinq”  şirkətlər qrupuna daxil olan zavodda Türkiyə  və Almaniyadan gətirilmiş 
avadanlıqlar quraşdırılıb, 35 nəfər işlə təmin olunub. Alınmış 14 süddaşıyan maşından 3-ü 
bu müəssisəyə, qalanları isə digər rayonlarda fəaliyyət göstərən süd emalı müəssisələrinə 
veriləcək. Prezident İlham  Əliyev ayrı-ayrı sexləri gəzir, məhsulların qablaşdırılması 
prosesini izləyir. Dövlətimizin başçısı ölkəmizin kənd təsərrüfatı sektorunda nailiyyətlərin 
əldə olunduğunu bildirir, yeni zavodun məhsullarının xarici bazara da çıxarılmasını 
tövsiyə edir... 
Sentyabrın 20-də Prezident İlham  Əliyev Qəbələ rayonundakı müəssisələrin istehsal 
etdiyi yeni məhsulların sərgisinə baxır. Dövlətimizin başçısı  əvvəlcə “Gilan Holdinq” 
şirkətlər qrupuna daxil olan Qəbələ lift zavodunun məhsulunun nümunələri ilə tanış olur. 
Bildirilir ki, müxtəlif yükgötürmə  və  sərnişinqaldırma qabiliyyətli liftlər müasir dizayna 
malikdir. Zavodda hazırlanan liftlərə ölkəmizdə ehtiyac olduğundan onun perspektivli 
müəssisə olduğu diqqətə çatdırılır. Prezident İlham Əliyev şirə və şərab məhsullarına da 
baxır. Prezidentə  məlumat verilir ki, Qəbələ rayonunda istehsal olunan bu məhsullara 
xarici bazarda da tələbat var.  
Sərgidə ölkəmizdə ərzaq proqramı ilə əlaqədar kənd təsərrüfatı sahəsində görülən işlər 
ekranda nümayiş etdirilir... 
Həmin gün Prezident İlham  Əliyev Qəbələ Olimpiya-İdman Kompleksində tikinti 
işlərinin gedişi ilə tanış olur. Ona kompleksin baş planı göstərilir. Obyektin əsas iqtisadi 
göstəriciləri barədə  məlumat verilərək bildirilir ki, 4,3 hektar sahədə yerləşəcək 
kompleksdə böyük idman salonu, üzgüçülük hovuzu, futbol, basketbol, voleybol 
meydançaları, tennis kortu, habelə mehmanxana, avtomobil dayanacağı inşa olunacaqdır. 
Ərazidə istirahət meydançasının, fəvvarələrin, qonaqlar və yarış  iştirakçıları üçün 
kotteclərin inşası da nəzərdə tutulur. 
2009-cu ilin sonunadək hazır olacaq kompleksdə respublika əhəmiyyətli və beynəlxalq 
yarışların keçirilməsi üçün hər cür şərait yaradılacaqdır. Prezident İlham  Əliyev 
Qəbələnin idman və turizm obyektlərinin perspektiv layihələri ilə də tanış olur. Bildirilir 
ki, rayonda turizmin inkişafı üçün nəzərdə tutulan bu layihələr icra olunduqdan sonra 
buraya gələn xarici turistlərin sayının artması gözlənilir.  
Dövlətimizin başçısı turizmin iqtisadiyyatın mühüm sahələrindən biri olduğunu 
xatırladaraq, layihələrin uğurla icrası, ümumən turizm sektorunun inkişafı ilə bağlı 
fikirlərini söyləyir, müvafiq tapşırıqlarını verir... 
Sentyabrın 20-də Azərbaycan Prezidenti İlham  Əliyev və Mehriban xanım  Əliyeva 
Qəbələ rayonunun Yengicə kəndində “İstisu” sağlamlıq və istirahət kompleksində olurlar. 
Dövlətimizin başçısına məlumat verilir ki, tikintisinə 2006-cı ildə başlanmış 50 yerlik 
kompleksdə 21 vanna, müayinə otaqları, yeməkxana, istirahət otaqları vardır.  
Avadanlıqla birlikdə  dəyəri 2 milyon 200 min manat olan kompleksin ərazisində 80 
yerlik beşmərtəbəli yeni korpus da tikilib. Kompleksdə 50 nəfər çalışır.  
Buradakı müalicəvi sudan götürülmüş nümunələr 1964-1968-ci, 1973-77-ci illərdə 
Leninqrad, (indiki Sankt-Peterburq) şəhərində yoxlanılmış  və suyun minerallarla zəngin 


olduğu təsdiqlənmişdir. Qızdırılmış çay daşları ilə  qızdırılan sudan revmatizmin, oynaq 
və dəri xəstəliklərinin, sümük ağrılarının, osteoxondrozun və sair xəstəliklərin müalicəsi 
üçün istifadə olunur. Suyun tərkibində natrium, kalium, ammonium, maqnezium, kalsium, 
xlor, sulfid vardır.  
Prezident  İlham  Əliyevə yeni tikilən 56 yerlik müalicəvi mərkəz barədə  də  məlumat 
verilir. Dövlət başçısının ölkəmizdə turizmin inkişafı ilə bağlı  Fərmanından sonra 
tikintisinə başlanmış  mərkəzdə vanna otaqları, buxar hamamı,  əlillər üçün müalicəvi su 
hovuzu, masaj otaqları, palçıq vannaları, laboratoriya, müayinə otaqları və sair olacaqdır. 
Dövlətimizin başçısı  mərkəzin layihəsi ilə tanış olur, “İstisu”da görülən işləri yüksək 
qiymətləndirir və bu kompleksin insanlara şəfa verəcəyini bildirir... 
Ötən il tikintisi ilə tanış olduğu turizm-istirahət kompleksində  işlərin gedişi ilə 
maraqlanan prezident səfərinin sonunda bura baş  çəkir. Bu əhəmiyyətli tikinti nəinki 
bölgə, hətta ölkə üçün xüsusi dəyəri olan nəhəng turizm müəssisəsi sayılır. “Qafqaz” 
turizm-istirahət kompleksinin inşası bir neçə mərhələdə həyata keçirilir. İnşasına 2005-ci 
ildə başlanan 250 yerlik kompleksdə 2 beşmərtəbəli mehmanxana binası, 20 kottec, 
restoran, bar, konfrans salonu vardır. Tikintinin başa çatmış birinci mərhələsinə  və 
avadanlıq alınmasına 24 milyon manat xərclənib. İkinci hissədə işlər davam edir. Burada 
açıq və qapalı hovuzlar, kotteclər, fitnes və digər əyləncə mərkəzlərinin tikintisi nəzərdə 
tutulur. Kompleksdə 180 nəfər daimi işlə təmin olunacaqdır.  
Dövlətimizin başçısı  ərazini gəzir, mehmanxana və kotteclərlə yaxından tanış olur. 
Azərbaycan Prezidenti burada yaradılan  şəraiti yüksək qiymətləndirir. Turizm sahəsinin 
həm regionun inkişafı, həm də ölkəmizin iqtisadi potensialının möhkəmləndirilməsi üçün 
mühüm vasitə olduğunu vurğulayır... 

Yüklə 1,9 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin