FƏTTAH HEYDƏROVUN SEÇİCİLƏRİNƏ VƏDİ,
YAXUD DEPUTAT MƏSULİYYƏTİ
Rayonlardakı problemlərin həlli üçün dövlət başçısının imzaladığı sənədlər təbii ki,
məmurlar tərəfindən həyata keçirilir. Bunun üçün prezidentlə bərabər ölkənin hər bir
vətəndaşı da çalışmalıdır ki, dövlətin mənafeyi naminə xidmətini əsirgəməsin. Xüsusən də
səlahiyyət sahibləri, dövlət qulluqçuları fəallıq göstərməli, ali məqsəd uğrunda əzmkarlığı
adi vətəndaşa nümunə olmalıdır. Məhz o zaman dövlətçiliyə sadiq insanların əməli
sayəsində prezidentin tapşırıqları həllini tez tapar, inkişafın gedişində ona ən yaxın
köməkçi ola bilərlər. Ölkəsinə, prezidentinə sadiq, seçicisinə diqqətli, məsləkinə inamlı,
dininə-amalına bağlı, ən əsas da azərbaycanlı olduğu üçün mənəvi qürur duyan
ziyalılarımızdan biri barəsində yazmaq istəyirəm.
Söhbət Qəbələnin deputatı Fəttah Heydərovdan gedir. O insandan ki, vaxtının çoxunu
seçiciləri arasında keçirir. Çünki 3 çağırış Azərbaycan Respublikası Milli Məclisinin
deputatı seçilən Fəttah müəllim bu illər ərzində rayonun simasında əsaslı dəyişikliklər
etməklə özünə olan etimadı nəinki doğrultdu, eyni zamanda əməli sayəsində ölkənin
illərdən bəri baxımsız qalan regionu inkişafa doğru dəyişdi. Nəticədə isə Azərbaycanın
daha bir məkanının sorağı dillərə düşdü.
Fəttah Heydərov kimdir?
Onu Qəbələyə bağlayan hansı tellərdir?
Bu suallar əvvələr tez-tez səslənərdi. Ancaq bu gün onu tanıyan qəbələlilər yaxşı
bilirlər ki, Fəttah Heydərov Qəbələnin fəxri vətəndaşıdır. Bu illər ərzində köklü
dəyişikliklər əhaliyə qısa zaman kəsiyində verilən ən böyük töhfədir. Bəxtinə belə bir
insanın-gözəllik aşiqi olan Fəttah Heydərovun düşməsi İlahinin qəbələlilərə olan daha bir
sevgisinin təzahürüdür.
Fəttah Heydərov Naxçıvanda doğulub. Müxtəlif vəzifələrdə çalışıb, xeyli müddət
Muxtar Respublikanın Mədəniyyət naziri işləyib. Duyğusal, həssas qəlbli insandır.
Azərbaycan musiqisinin vurğunudur. Dəfələrlə Azərbaycan radiosu üçün onunla
görüşəndə incəsənətimizə, milli mənəvi dəyərlərimizə verdiyi qiyməti məndə onun
haqqında yüksək fikirlər deməyə əsas verir. Dünya ədəbiyyatını daim mütaliə edən
ziyalımız, klassik musiqinin incəlikləri ilə müqayisədə öz ölkəsinin sənətkarları qarşısında
baş əyir, millətimizin dünyaya bəxş etdiyi dühaları ilə öyünür. Məhəmmədhüseyn
Şəhriyardan danışanda şairin bitib tükənməyən yaradıcılığından əzbər dediyi saysız-
hesabsız misralar, yaxud Naxçıvanda nazir işlədiyi dövrlərdə Azərbaycanın ölməz
sənətkarı Rəşid Behbudovun Muxtar Respublikaya səfərini xatırlayarkən sənətilə
yaddaşlara həkk olunan müğənninin yaradıcılıq dünyasını açması, xalçalarımızın
ilmələrinin min bir naxışını incələməsi və ictimai-mədəni həyatımızdakı hadisələrə
münasibəti sadalandıqca onun təbiətinə xas olan cəhətlər ortaya çıxır. Yeri gəlmişkən
dövlət başçısı İlham Əliyevin 22 fevral 2008-ci ildə ölkənin mədəni və ictimai həyatındakı
xidmətlərinə görə Fəttah Heydərovu “Şöhrət” ordeni ilə təltif etməsi hamı kimi qəbələliləri
də çox sevindirdi. Azərbaycan incəsənətinə çox həssaslıqla yanaşan, mədəniyyətimizin
dəyərlərini yetərincə sevən və onu təbliğ edən Fəttah Heydərov sanki əməlindən, əzbər
dediyi şairlərin misralarından zövq alır. Sevə-sevə oxuduğu kitablar ona el-obanın vətən
sevgisininin tərənnümü kimi ilham verir. Elə Qəbələyə də Azərbaycanın incisi kimi
münasibət bəsləyir. Təbii ki, qədim tarixi olan, arxeoloqların axtarışları sayəsində kökü ta
dərinə gedən, keçmiş qala divarları ilə əsrlərin yaddaşını silkələyən bu tarix və mədəniyyət
mərkəzi diqqətdən kənarda qala bilməzdi.
Fəttah Heydərov Heydər Əliyevi ürəkdən sevən bir insandır.... 10 il bundan öncə
“Aktual” qəzetinin xüsusi buraxılışına Fəttah müəllimdən aldığım bir müsahibəni təqdim
elədim. Onun adını eşidəndə baş redaktor Tahir Taisoğlunun dediyi bu sözlər elə o
vaxtdan yadımdan çıxmır. “Heydər Əliyevi onun qədər ürəkdən sevən ikinci bir adam
tanımıram.” Tamamilə doğrudur, illəri yola saldıqca şahidi olduğumuz faktlar sübut edir
ki, əməli ilə sözü bir olanların xeyirxah işləri sayəsində qazanan millətimizdir.
Fəttah Heydərov Qəbələ rayonundan deputatlığa namizəd irəli sürüldü. Problemləri ilə
dolu olan rayon “yenidənqurma” illərində elə bir vəziyyətə düşmüşdü ki, təzə namizəddən
rayon sakinlərinin umacağı çox idi. Elə hamı da yaxşı başa düşürdü ki, illərin yığılıb qalan
dərd-səri heç vaxt birdən-birə bir adam tərəfindən həll oluna bilməz. Amma sən demə həll
edilərmiş, hələ üstəlik rayonda açılan müəssisələr istehsal gücünə görə sayılan, seçilən və
ölkə üçün əhəmiyyət kəsb edən obyektlərə çevrilə bilərmiş. O, seçicilərinin arzu və
istəklərinə biganə qalmadı. Açıq demək lazımdır ki, Fəttah Heydərov üzərinə düşən
məsuliyyəti dərindən dərk edən, öz seçicilərinə, təmsil etdiyi rayona gün ağlayan deputat
kimi qəbələlilərin güvəncinə çevrilib.
Deputatın diqqəti sayəsində Qəbələ bu gün inkişaf etmiş rayonlar arasındadır. İlk
olaraq rayonun içməli su tələbatı həll olundu. Xalqın böyük oğlu Heydər Əliyevin anadan
olmasının 75 illiyi münasibətilə Heydər bulağı çağladı. Bu şəfalı su yol üstündə insanların
ayaq saxladıqları, bəşər xadiminin adının anıldığı elə bir yerdir ki, Qəbələnin girəcəyində
milli ornamentlərlə yaradılan bulaq abidəsidir. Burada qeyri-adi mənzərə yaradılıb. Gecə
daha füsünkar görsənir. Dağlı-dərəli ərazi rəngarəng görüntülərlə insanın ruhunu oxşayır,
hətta Avropanın ən cazibəli şəhərləri ilə müqayisə ediləcək dərəcədə dəyişib, gözəlləşib
Qəbələ...
Əhali təmiz bulaq suyu ilə təmin edildi. Daha sonra uzun illər şəhərin özünə təhlükə
törədən Dəmiraparan çayı ram edildi, çayın kənarlarında qurulan bəndlərdən sonra camaat
rahat yuxunun nə olduğunu bildilər...
Hər il Ramazan ayında rayonda iftar süfrəsi açan millət vəkili Fəttah Heydərov öz
çıxışlarında dəfələrlə hamıya sağlam düşüncəli, ədalətli olmağı tövsiyyə edir. Ehtiyac
içində yaşayan kəslərə əl tutmağı vacib sayır...
Azərbaycan bütün dövlətlərlə iqtisadi, siyasi və mədəni əlaqələrin qurulmasına maraq
göstərir və bu istiqamətdə uğurlu siyasət apararaq xarici aləmdə istənilən mövqeyə çatmaq
üçün əzmlə çalışır. Dünyanın inkişaf etmiş ölkələrindən biri də Səudiyyə Ərəbistanıdır ki,
bu dövlət qeyri neft sektorunun gəlirindən hətta digər inkişaf etmiş ölkələrə yardımlar
edir, öz milli gəlirindən sərmayələr ayırmaqla beynəlxalq iqtisadiyyata da kömək etmiş
olur. Ölkəmizlə bu dövlət arasında əlaqələrin yaradılmasında ümummilli liderimiz Heydər
Əliyevin xidmətləri misilsizdir. 1994-cü ildə Azərbaycan prezidentinin Səudiyyə
Ərəbistanına rəsmi səfəri, həmin ildə Ər-Riyadda səfirliyimizin açılması, eyni vaxtda
Bakıda Krallığın səfirliyinin fəaliyyətə başlaması əlaqələrin möhkəmlənməsinə təkan
verən hadisələr kimi hər iki ölkənin xarici siyasət xəttinin istiqamətlərini müəyyənləşdirdi.
Növbəti illərdə də qarşılıqlı səfərlər bütün sahələrdə əməkdaşlığın inkişafına öz müsbət
təsirini göstərməkdədir. Hər dəfə Azərbaycana bu ölkədən nümayəndələr gəlir və onların
əksəriyyəti də Qəbələdə olur...
Azərbaycan parlamenti də bu ölkənin qanunverici orqanı ilə əlaqələrini uğurla davam
etdirir, onların təcrübəsini öyrənməklə bərabər həm də öz fəaliyyətinin əsas prinsipləri ilə
bağlı beynəlxalq ictimaiyyəti məlumatlandırır.
Milli Məclisdə Azərbaycan-Səudiyyə Ərəbistanı parlament-lərarası işçi qrupunun
rəhbəri, millət vəkili Fəttah Heydərov bu ölkənin nümayəndələri ilə görüşündə də
dəfələrlə qeyd edib ki, Azərbaycanın çətin günlərində daim dəstəyini hiss etdiyi bu ölkə
ilə yaxınlığa mənəvi ehtiyacımız da var. Çünki Sovetlər birliyinin tərkibində olarkən belə
dinini, etiqadını qoruyan ölkəmiz islam ənənələrinə sadiq qalıb, müstəqillik qazandıqdan
sonra isə dini və mənəvi azadlıqlarını bərpa edib. Dünyanın bu inkişaf etmiş ölkəsindən
gələn nümayəndə heyətinin Qəbələyə səfərinin təşkilində də əsas məqsəd məhz bölgənin
varlığı barəsində qonaqlarda təəssürat yaratmaq, bura investisiya axınını artırmaq, eləcə
də yurdumuzun gözəl məkanı haqqında fikir yaratmaqdan ibarətdir. Qəbələnin qarlı qış
günündə dağlar qoynundakı gəzinti də ərəb əmirliklərinin nümayəndələrində xoş hisslər
yaradıb. Bölgədə turizmin inkişafı istiqamətində hər bir səudiyyəli iş adamının bura gəlişi
gələcəkdə iki ölkə arasında qurulan əməkdaşlığa işarədir.
Yeri gəlmişkən, hər il Həcc ziyarətinə Qəbələ rayonundan da xeyli sayda insan yola
düşür, müqəddəs Kəbənin ziyarətçisinə çevrilir.
Millət vəkili Fəttah Heydərovun parlamentdə digər vəzifələri də var. Azərbaycan-
Almaniya Federativ Respublikası, Azərbaycan-Avstriya, Azərbaycan-Koreya
parlamentlərarası əlaqələr üzrə işçi qruplarının və ATƏT-in Parlament Assamble-yasında
Azərbaycan nümayəndə heyətinin üzvüdür. Səfərlər, bu ölkələrlə münasibətlərin daha da
yaxşılaşması üçün əməli fəaliyyət öz bəhrəsini verdiyindən bu gün haqqında danışdığımız
insan ancaq xidmətləri müqabilində qiymətləndirilir.
Milli Məclisdəki fəaliyyəti və tutduğu vəzifələr millət vəki-linin digər proseslərdən
kənarda qalmasına təsir etmir. Ölkənin əksər mədəni tədbirlərində fəal iştirak edərək, öz
mövqeyini bildirir, ictimaiyyətin maraq göstərdiyi yığıncaqlara vaxt tapır.
Millət vəkili jurnalistlərin də rəğbətini qazandığından bütün kütləvi informasiya
vasitələrinə müsahibələr verməsi, demokratik inkişafı əks etdirən ənənələrdən söz açması
sübut edir ki, informasiya işçilərinə, ölkənin dördüncü hakimiyətinin fəaliyyətinə məhz
hamılıqla kömək etməli, ən əsas da dövlət qulluqçuları yardımını əsirgəməməlidir. 2007-
ci ildə uşaqların problemlərinin həllindəki xidmətlərinə görə “Gənc Liderlər” uşaq
təşkilatının fəxri üzvlərindən biri seçilən Fəttah Heydərov aparılan monitorinqin
nəticələrinə görə millət vəkilləri arasında fərqlənib. Öz həmkarlarının da diqqətindən
yayınmayan yorulmaz və işgüzarlığı onun barəsində müsbət fikirləşməyə, haqqında ancaq
xoş və səmimi sözlər söyləməyə əsas verən amillərdir. Ziyalıların sıralarında Fəttah
Heydərov kimi insanların çox olması bütövlükdə elin istəyidir.
70 yaşı münasibəti ilə aldığı ən böyük hədiyyə ölkə başçısı İlham Əliyevin imzası ilə
Şöhrət ordeninə layiq görülməsi oldu.
Qəbələnin millət vəkili Fəttah Heydərov bu rayonu təmsil edən bütün ziyalıların
rəğbətini bölgədəki fəaliyyəti ilə qazanıb, rayonun hər hansı problemi yarananda
seçiciləri ilə görüşən, ziyalılara dəstək olan deputat öz yardımını əsirgəməyib. Millət
vəkilinin radio müsahibələrində dəfələrlə qeyd olunan bu fikir nəhayət gerçəklikdədir:
Dostları ilə paylaş: |