Microsoft Word Sahin Fazil. Yaponiya Sefernamesi doc



Yüklə 7,05 Mb.
Pdf görüntüsü
səhifə110/166
tarix02.01.2022
ölçüsü7,05 Mb.
#1064
1   ...   106   107   108   109   110   111   112   113   ...   166
  Йапонийа сяфярнамяси 
 
 
153 
Vaşinqton  kimi  rütubətli  və  bürkülü  olur,  qışda  isə  yapon 
mənzilində  yaşayırsansa  Laplandiyadakı  kimi  donursan. 
Nə  isti,  nə  də  soyuq  olanda  isə  adətən  yağış  yağır»  (Bax: 
Sakura budağı, səh.122). 
Yəqin  ki,  buranın  iqlim  adətincə  yağış  yağacaq, 
çünki nə istidir, nə soyuq. 
B.Ment  də  Yaponiya  iqlimi  haqqında  belə 
mə’lumat  verir:  «Kitablarda  Yaponiya  iqliminin  mülayim 
olduğunu xatırlatmaqla, qışın və yayın orta temperaturunu, 
habelə  yağmurların  illik  miqdarını  misal  gətirməklə 
kifayətlənirlər.  Bu  da  təsadüfi  deyil.  Çünki  ümumiyyətlə 
Yaponiyanın havası pisdir. İl boyu cəmi təqribən otuz gün 
nə  soyuq,  nə  də  isti  keçən,  küləksiz,  buludsuz  ə’la  günlər 
olur. Üstəlik bu dörd əlamətdən biri olmayan təqribən otuz 
gün  də  tapılar.  Ən  yaxşı  aylar  aprel  və  may,  oktyabr  və 
noyabr aylarıdır. Digər mövsümlərdə isə həftədə bir yaxşı 
günə  üç  orta  və  üç  pis  gün  düşür»  (Bax:  Sakura  budağı, 
səh.122). 
Tokioda  illər  keçirən  V.Ovçinnikov  da  bu  şəhərin 
iqlimi haqqında yazmağı unutmur: «Nə qədər ki, Tokioda 
yaşayırsan,  sənə  elə  gəlir  ki,  Yaponiya  qışı  ilin  ən 
yağmursuz və günəşli fəslidir. Adam inana bilmir ki, yaxın 
dağların  arxasında,  qərb  sahildə,  çoxlu  qar  yağır,  bir  çox 
kənd  xarici  aləmdən  tamamilə  ayrı  düşdüyündən  oranın 
sakinləri üçün vertalyotlardan ərzaq malları atmalı olurlar. 
Yaponiya hər cəhətdən belədir. Ölkənin həyatını bir 
neçə  il  öyrənəndən  sonra  mə’lum  olur  ki,  dağlara  yalnız 
bir  tərəfdən  baxmısan,  sən  demə,  bu  dağların  əks 
tərəfindəki  yamaclarda  iqlim  bambaşqadır»  (Sakura 
budağı, səh.11). 
Şahin Fazil 
 
 
154 
Bəli,  hazırda  Tokio  səması  buludlarla  örtülüdür. 
Amma  hələ  yağış  yoxdur.  Sevmirəm  yağışı.  Qarı  da 
xoşlamıram.  Günəş  üzə  gülümsəyəndə,  hava  xoş  olanda 
halım  da  xoş  olur.  Mənim  hava  haqqında  bir  neçə  şe’rim 
var.  Hava,  Quba  havası,  Bakı  havası,  Kabul  havası, 
Daşkənd  havası,  Düşənbə  havası,  Bağdad  havası,  Təbriz 
havası, Tehran havası, Dubay havası, İstanbul havası… O 
qədər  hava  görmüşəm  ki.  İndi  isə  Tokio  havası.  Bakı 
havasını  və  oradakı  dəyişkən  xislətli,  xəzrili-gilavarlı 
havanı  xatırladım…  və  bir  şe’r.  Çoxdan  yazdığım 
misralar. 
 

Yüklə 7,05 Mb.

Dostları ilə paylaş:
1   ...   106   107   108   109   110   111   112   113   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin