Microsoft Word Sahin Fazil. Yaponiya Sefernamesi doc



Yüklə 7,05 Mb.
Pdf görüntüsü
səhifə111/166
tarix02.01.2022
ölçüsü7,05 Mb.
#1064
1   ...   107   108   109   110   111   112   113   114   ...   166
 
Başıma hava gəlib 
 
Biri var, biri yoxdur… 
Başıma hava gəlib. 
Getməyə yeri yoxdur? 
Başıma hava gəlib. 
 
Eşqə ümid yoxaldı, 
Az vermişdi, çox aldı… 
Bir dəli də çoxaldı, 
Başıma hava gəlib. 
 
Aman, yenə yalan var, 
Boş və’dələr, yalanlar… 
Ey havasız qalanlar, 
Başıma hava gəlib. 
 
Nəsim deyil, küləkdir, 


  Йапонийа сяфярнамяси 
 
 
155 
Bir hiylədir, kələkdir, 
Ciyərimə gərəkdir, 
Başıma hava gəlib. 
 
Şahinə yuva çatmır, 
Dərdinə dava çatmır. 
Şəhərdə hava çatmır, 
Başıma hava çatmır. 
24.08.1999 
İkinci Divan, 
səh.594 
 
 Milli  Humanitar  Elmlər  İnstitutuna  piyada  gedirik. 
Çox da uzaq deyil. Bir də ki, Tokioda piyada gəzmək, az da 
olsa,  onun  xiyaban  və  parklarını,  ev  və  müxtəlif  əyləncə 
yerlərini,  restoran  və  kafelərini  daha  yaxından  seyr  etmək 
deməkdir. 
Həsən  Seyidbəyli Tokio  küçələri haqqında çox geniş 
mə’lumat  verir:  «Bir-birinin  böyrünə  qısılmış  mağazalar, 
e’malatxanalar,  yolun  sağında  və  solunda  avtomobil  tə’miri 
e’malatxanaları,  benzin  qolları,  təmiz,  səliqəli  meyvə 
dükanları,  maşınlar,  maşınlar!  Maşınlar  elə  bil  sapa 
düzülmüşdür, elə bil bir-birinə bağlıdır. Bir-birindən aralana 
bilmirlər,  çünki  nə  irəlidə,  nə  də  arxada  yol  boş  deyildir, 
buna  görə  də  maşınlar  çox  ağır  hərəkət  edir,  bu  qədər 
mühərrik  işləyir,  lakin  ucqar  küçələrdəki  bu  sakitlik  bizi 
təəccübləndirir...  Tokionun  mərkəzinə  yaxınlaşırıq.  Buralar 
bayaqkının  əksinə,  çox  səs-küylüdür.  Tokionun  mərkəzi 
uğuldayır, qulaq batırır...». 
Bizim  hazırda  getdiyimiz  küçə  mərkəzdə  olmasa  da, 
mərkəzə yaxındır. 
Şahin Fazil 
 
 
156 
«Tokionun mərkəzindəki enli küçələrdən hansı tərəfə 
dönürsənsə,  Bakının  «İçəri  şəhəri»nin  dar  dalanları  kimi 
küçələrə düşürsən. Düzdür, Tokionun bu yaşayış rayonlarını 
heç bir vəchlə «İçəri şəhərlə» müqayisə etmək olmaz. «İçəri 
şəhərdə»  üçmərtəbəli,  bə’zən  dördmərtəbəli  evlərə  də 
təssadüf  edirik.  Burada  isə  evlər  əsasən  birmərtəbəlidir. 
Səliqəlidir,  təmizdir.  Evlərin  quruluşunda  müəyyən  bir 
tənasüb  var.  Həyətlər  bağ-bağatdır.  Küçələr  o  qədər  dardır 
ki,  iki  maşın  üz-üzə  gələndə  az  qalır  bir-birilə  toqquşsun. 
Sürücülərin  ustalığı  bizi  valeh  edirdi.  Elə  məharətlə  maşını 
döngələrdən  keçirir,  toqquşmamaq  üçün  vaxtında  saxlayır, 
maşını  elə  təmkinlə  idarə  edirdilər  ki,  lap  məəttəl  qalırdıq... 
Yaponiyada  yaşadığımız  on  beş  gün  ərzində  (qeyd  etmək 
lazımdır  ki,  bütün  bu  on  beş  günün  çoxunu  biz  maşınlarda 
keçirmişik)  saysız-hesabsız  maşınlarda  gəzdik,  ancaq  bir 
dəfə  də  bir  sürücünün  başqa  sürücünü  hədələdiyini,  kobud 
bir  söz  dediyini  eşitmədik...  Tokionun  geniş  küçələrində 
minlərlə,  on  minlərlə  maşın  hərəkət  edir.  Bu  küçələrlə 
avtobuslar,  tramvaylar  da  gedir.  Burada  da  hərəkət  küçənin 
sol tərəfi ilədir. Özü də maşınlar səkkiz, doqquz sıra ilə gedə 
bilirlər. Hamı tələsir, lakin bu, heç bir nəticə vermir. 15, 20, 
30 metr gedib dayanırlar; maşınlar az qala bir-birinin üstünə 
minir,  tormozlar  çox  yaxşıdır,  amartizasiyalar  yumşaqdır. 
Əsasən  birinci  sür’ətlə  hərəkət  edə  bilirlər,  ikinci  sür’ətlə 
hərəkət etmək üçün məsafə çatmır. Tokionun bir rayonundan 
başqa rayonuna piyada getsəniz, daha az vaxt sərf edərsiniz. 
bə’zən  çox  qəribə  bir  mənzərəni  seyr  etmək  olur.  Küçənin 
ortasında bir kişi, yaxud bir qadın əlini qaldırır, bütün maşın 
seli  onun  qarşısında  dayanır.  Bu  adam  tələsik  maşınların 
arasından  keçib  o  biri  səkiyə  yetişir  və  maşınlar  yollarına 
davam edir. Deməli, bu adam çox tələsir. Adi hallarda o, heç 



Yüklə 7,05 Mb.

Dostları ilə paylaş:
1   ...   107   108   109   110   111   112   113   114   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin