Йапонийа сяфярнамяси
165
Önü görünməz
xəyal kimiydi.
Bakı-Tokio
istiqaməti.
Sonu bilinməz
vüsal kimiydi.
Bakı-Tokio
istiqaməti.
Muradım mənim
gerçəyə döndü,
xəyal çin oldu,
vüsal göründü.
Söylədi «salam»
yaponlar mənə.
Etdi ehtiram
yaponlar mənə.
Mən yaponlara
sevgi gətirdim.
Mənə sevgi də
Yaponda gördüm.
İndisə, bizə
«ayrılıq» adlı
vaxt yaxınlaşır,
an yaxınlaşır,
gendə ön qalır,
son yaxınlaşır.
Şahin Fazil
166
Sonu görünməz
xəyal kimidir.
Tokio-Bakı
istiqaməti.
Sonu bilinməz
vüsal kimidir.
Tokio-Bakı
istiqaməti.
Tokio, 24 fevral
Йапонийа сяфярнамяси
167
IX. 25 fevral.
Tokio. Otel. İstirahət. Xarakiri
mərasimi haqqında televiziya filmi. Xara-
kiriyə aid şeirimin yazılması. Daha bir
neçə müxtəlif janrlı şeirlər. Yaponiyada
45 yaşında özünü xarakeri etmiş məşhur
yazıçı Yukio Misima ilə əlaqədar “ Daha
nə istəyirdin?” adlı şeirim. Sonra Azər-
baycan Respublikasının Yaponiyadakı
Səfirliyində görüş. Dr. Gursel Qüdrət oğ-
lu İsmayılzadə, Rövşən Musayev. “ Türk
restoranı”. Xarakiri rədifli qəzəlim. Sa-
muraylar haqqında düşüncələrlə yazdı-
ğım qəzəl.
Sübh açıldı. Göyün üzü açıqdı. Bu gün yağış
yağmayacaq. Ürəyim açıldı. Televizoru açdım. Film
göstərirlər. Bədii filmdir. Xarakiri adətləri haqqında. Yapon
dilində gedən filmin sözlərini başa düşməsəm də, özlərini
xarakiri etməklə məşğul olan ürəkli insanlar silsiləsinin
könüllü olaraq, bilərəkdən öz canlarından keçib intihar
etmələri məni dəhşətə gətirdi.
Kimdir «xarakiri»? «Xara» sözün hərfi mə’nasında
«qarın» deməkdir (daha dəqiq desək, «xara» göbəkdən beş
santimetr aşağı olan qarın nahiyəsinin sağ-sol hissəsidir).
Məcazi mə’nada isə «xara» ifadəsi Qərb ölkələrində «ürək»
mə’nasını verən qəlb, ağıl, xarakter, niyyət, dərin düşüncə
anlayışına malikdir.
Yaponiyada «xara» sözünün çoxlu nitq hissələri
vardır: elə qətiyyətli adam ki, öz xarasını (xara-o kimeru)
Şahin Fazil
168
rahatlamışdır; əsəbiləşən adamın xarası yuxarı qalxır (xara-o
tateru); açıq danışan adamın xarası açılmışdır (xara-kiri). Bu
mənalara görə də, qarnın cırılması yoluyla, bu ən’ənəvi
intiharı «xarakiri» adlandırmışlar. Xarakiri əməliyyatı Xeyan
hakimiyyəti dövründə (IX-XII əsrlər) bərqərar olmuş və
əvvəl vaxtlar yalnız samuraylar tərəfindən icra olunmuşdur
(samuraylar haqqında bir qədər aşağıda mə’lumat verəcəyəm
– Ş.F.).
«Xarakiri» sözünü xaricilər bə’zən istehza ilə
işlədirlər, yaponlar isə həmin sözü «seppuku», yaxud
«kappuku» kimi işlətməyə meyllidirlər. «Seppuku» sözün
hərfi mə’nasında «qarnın cırılması, doğranması» əməlini
özündə ehtiva edir. Əgər seppuku cəza kimi həyata
keçirilirsə, söyləyirlər ki, təqsirkar öz günahını dərk etmiş və
belə demişdir: «Mən yaxşı iş görməmişəm, vicdanım
qarşısında utanıram, buna görə də özümü öz əllərimlə
cəzalandırıram». Bə’zənsə, adam günahkar olmadan da
seppuku əməlini həyata keçirərək deyir: «Mənim günahım
yoxdur, amma mən sizə öz qəlbimi göstərmək istəyirəm ki,
siz özünüz buna (günahsızlığıma – Ş.F.) əmin olasınız».
Mə’lum olduğu kimi, qarındakı ağrıya olduqca çətin
dözmək olur, buna görə də adamın özünün öz qarnını cırması
həyatdan asan olmayan yolla köçməkdir. Seppuku əməlini
icra edən şəxs yanındakı şəxsə belə deyə bilər: «Xəbər ver
ki, mən mərdliklə öldüm». Samuraylarda döyüşdə ölmək ilə
“həsir üstündə ölmək” (bu zaman seppuku həsir üstündə
keçirilir) eyni dərəcədə qəhrəmanlıq sayılır.
XIV əsrə yaxın öz əli ilə özünü öldürmək döyüşdə
ölməkdən daha yüksək qiymətləndirilməyə başladı. İntihara
yüksək qəhrəmanlığın, qüvvət və özünüdərk nümayişinin
simvolu kimi baxmağa başladılar. Həyata və ölümə. Belə
|