161
deyildik. Buna görə də, aramızdakı qarşılıqlı tə’zim
«mərasimi» ani oldu. Amma, bir-birlərini tanıyan yaponlar
görüşdükdə
başlayan
tə’zim
«mərasimi»
olduqca
cəlbedicidir.
...İlk dövrlər Yaponiyada heç nə adamı ekzotik
nəzakət qədər məftun etmir. Söhbət zamanı hamı bir-birinin
sözlərini təsdiq edir, görüşəndə ikiqat olur...
tə’zim mərasimi doğrudan da unudulmazdır. Tanışını
görən yapon hətta küçənin ortasında olsa da, üstünə tramvay
gəlsə də, ən əvvəl yerində donub qalmağı özünə borc bilir.
Sonra beli qatlanır, qolları sallanır, ovucları dizlərindən aşağı
sürüşür və o, bir neçə saniyə əyilmiş vəziyyətdə quruyub
qalır, nəhayət, yalnız nəzərlərini ehtiyatla qaldırır. Qaməti
tanışdan qabaq düzəltmək nəzakətsizlik sayıldığına görə
tə’zim edənlər bir-birlərini sayıqlıqla izləməli olurlar.
Kənardan baxana elə gəlir ki, hər ikisini iflic vurub və onlar
qamətlərini düzəltmək iqtidarında deyillər.
Tokio qəzetləri hesablamışlar ki, hər gün qulluqçu
orta hesabla 36 dəfə, ticarət firmasının agenti 123 dəfə,
univermaqdakı eskalatorun yanında dayanan qız isə 2560 də-
fə bu cür rəsmi tə’zim edir (Bax: Sakura budağı, səh.8-9).
Bəli biz xanım Ayumi Yanagiya ilə tanış deyildik.
Tanış olduq və bir-birimizdən nəzakətli tə’zim gördük.
Ayumi elə gözəl gülümsündü ki. Yadıma birinci «Divan»
kitabındakı beytlər düşdü:
Güllər sənin kimi gülümsəyirlər, Gülüm, gülüşünü güllərə vermə...
Şe’rin ardını da yadıma salmaq istəyirdim ki, xanım
Ayumiyə başqa bir xanım yaxınlaşdı. Onlar bir-birinə
Şahin Fazil
162
yüngülcə tə’zim etdilər. Xanım Ayumi o xanıma yaponca
nəsə deyib məni göstərdi. Yəqin ki, haqqımda mə’lumat
verdi. Xanım üzünü mənə çevirib tə’zim etdi. «Hay»
mərasimi… Tə’zim mədəniyyəti! Baş əymə nəzakəti!
«Yapon qaydasına görə ana öz körpəsini hələ kürəyində
gəzdirərkən hər dəfə baş əyəndə uşağı da baş əyməyə
məcbur edir, beləliklə ona yaşlıların qulluğunda durmağın ilk
dərslərini verir. Hər kəsin öz yerini bilməsi hissi yaponun
qəlbində öyüd-nəsihətlə yox, həyat təcrübəsi ilə kök salır.
Uşaq görür ki, ana ataya, ortancıl qardaş böyük qardaşa, bacı
isə yaşından asılı olmayaraq bütün qardaşlara baş əyir. Həm
də bu adi hərəkət deyil. Bu, öz yerini tanımaq və beləliklə
qarşısına çıxan vəzifələri yerinə yetirməyə hazır olmaqdır»
(Sakura budağı, səh. 57).
Birlikdə «Toyo Bunko» kitabxanasının ikinci
mərtəbəsinə qalxdıq. Ayumi xanımın bir qədər darısqal
otağı. Çay gətirdilər. Əlbəttə, yaşıl çay. 13 il yaşıl çay
içmişəm Əfqanıstanda. Yaşıl çaya öyrəncəliyəm. Adətən
Bakıda da yaşıl çay içirəm.
Qarşıdakı elmi görüşüm barədə söhbətləşdik. Prof.
T.Kuroda dedi:
- Sənin çıxışını dinləməkdən ötrü Yaponiyanın
Azərbaycan Respublikasındakı sabiq səfiri də təsrif
gətirəcək.
Dedim:
- Sabiq səfiri indi görməkdən məmnun olaram. Am-
ma, təəssüf ki, Azərbaycan Respublikasının Yaponiyadakı
səfiri Azər Hüseynə mənim gəlişim haqqında xəbər
verməmisiniz. Mənim elmi çıxışım, əlbəttə onun üçün də
maraqlı olardı.
T.Kuroda üzrxahlıq etdi: