163
- Gərək xəbər veriləydi. Bu bizim səhvimizdir.
Sonra «Toyo Bunko» ilə tanışlıq. Zəngin kitabxana-
dır. Mənə bir neçə kitab bağışladılar.
Nahardan sonra «Toyo Bunko»nun Konfrans zalına
gəldik. Orada artıq professorlar, elmlər doktorları, tələbələr
və bu görüşün təşkilatçıları öz yerlərində əyləşmişdilər.
Gündüz saat 15-də başlayan çıxışım 16-da qurtardısa da,
mənə verilən suallar və onların cavabları saat 17-dək davam
etdi. Çıxışımın mövzusu elə Senday Tohoku Universitetində
etdiyim mə’ruzəm idi: «XX əsr Azərbaycan milli
tarixşünaslığı: tarixi təcrübə və müasir vəziyyət».
«University Rezearch Center»in professoru Ken
İşiquka, Tohoku Universitetinin Associate Professoru
Tomoki Okavara, «Toyo Binko»nun «Rezearch Fellov»-u
Ayumi Yanagiya, Azərbaycanın siyasi tarixi ilə məşğul olan
elmi işçi Teppei Makaşhima, «Sasakava Peace Founation»-
un «Offise of Regional Founds»-unun «Depyuti Direktor»u
Akira Matsunaga, sonra isə 4 tələbə biri-birinin ardınca
suallar verdilər. Qeyd edim ki, bu adamların hamısının
Azərbaycan haqqında geniş mə’lumatları vardır və bə’ziləri
müstəqim olaraq Azərbaycan tarixinin müxtəlif dövrlərini,
xüsusən müasir dövr tariximizi öyrənməklə məşğuldurlar.
Bə’zi suallar (xüsusilə prof. Ken İşiquka) sırf siyasi xarakter
daşıyır və açıq-aşkar özündə Azərbaycanın bugünkü
vəziyyətinə və daxili işlərinə qarışmaq meylini təzahür
etdirirdi (Sonradan öyrəndim ki, bu professor bir neçə dəfə
ölkəmizdə olmuşdur). Mən, təbii ki, sırf elmi olan
mövzumuzu siyasi məcraya yönəltməyə cəhd edən Ken
İşiqukanın bu cəhdinə imkan vermədim və dedim ki, biz
hamımız elmi işçilərik və gəlin elmi siyasətlə qarışdırmayaq.