Əfqanıstanda həmin respublikanın «Sədaqət» medalı ilə təltif olunmağım münasibəti ilə
Əfqan diyarında çox olmuşam mən, Qürbət on ilini aldı ömrümün. Məqsədim deyildi eşidim «əhsən», Zəhmət çəkməyirdim «təşəkkür» üçün. Orda sərf etdiyim əməyim mənim Qərəzsiz bir kəsin əməyi idi. İgid əfqanlara köməyim mənim Qardaşın qardaşa köməyi idi. Heç də gizləmirəm, bu gün, bu dəmdə Böyük bir iftixar mənə yar olub. Hüdudu bir qarış olan sinəmdə Hüdudsuz bir sevinc bərqərar olub. Odlar ölkəsinə dağlar ölkəsi Gör necə göndərib təşəkkürünü: Mənə yetsin deyə «təşəkkür» səsi Medala döndərib təşəkkürünü. Bu təltif təb’imi gətirdi dilə, Medalı sinəmə sancaraq bu gün, Əfqan ölkəsinə ehtiram ilə Təşəkkür edirəm təşəkkür üçün.