Microsoft Word Sahin Fazil. Yaponiya Sefernamesi doc


Hörmətli professor Şahin Fərzəliyev



Yüklə 7,05 Mb.
Pdf görüntüsü
səhifə14/166
tarix02.01.2022
ölçüsü7,05 Mb.
#1064
1   ...   10   11   12   13   14   15   16   17   ...   166
Hörmətli professor Şahin Fərzəliyev 
 
«Tarixi  ənənələrin  araşdırılması  (dəqiqləşdirilməsi) 
və  postsovet  ölkələrində  yeni  tədqiqat  və  təhsil  meylləri» 
adlı  elmi-tədqiqat  layihəmizdə  bizimlə  edəcəyiniz  əmək-
daşlığa görə sizə minnətdarlığımızı bildiririk. Bu layihənin 


  Йапонийа сяфярнамяси 
 
 
19 
həyata keçirilməsində  məqsədimiz Rusiya, Mərkəzi  Asiya 
ölkələri,  Gürcüstan,  Azərbaycan  və  Monqolustan  da  daxil 
olmaqla,  SSRİ-nin  təsir  dairəsində  olmuş  ölkələrdə  tarix 
və  ənənəvi  mədəniyyətə  dair  fikirlərdə  yaranan  son 
dəyişiklikləri öyrənməkdir. 
Elmi  toplantımız  2009-cu  il  fevralın  21-də 
Yaponiyanın,  Senday,  Tohoku  Universiteti,  Kawauchi 
Elmi  tədqiqat  Forumu  4F,  tərəfindən  Kawauchi  Campus-
da keçiriləcək. 
Toplantıda  bir  saatlıq 
mühazirə  edəcəyinizi 
gözləyirik. Təxmini proqramımız belədir: 
I  mühazirə:  Prof.  Kiknadze  Vasha  (Gürcüstan, 
İ.Cavaxişvili  adına  Tarix  və  Etnologiya  İnstitutu)  (10:00-
11:00) 
II  mühazirə:  Prof.  Shahin  Farzaliyev  (Azərbaycan, 
AMEA Tarix İnstitutu) (11:10-12:10) 
Elmi mühazirələr (13:30-16:15) 
Prof. Hiroki Oka (Tohoku Universiteti, Şimal-Şərqi 
Asiya Tədqiqatlar Mərkəzi) 
Prof.  Seiichi  Kitagava  (Tohoku  Universiteti, 
Beynəlxalq Mədəni Tədqiqatlar Mərkəzi) 
Prof. 
Takaşi 
Kuroda 
(Tohoku 
Universiteti, 
Beynəlxalq Mədəni Tədqiqatlar Mərkəzi) 
Prof. Hiroki Takakura (Tohoku Universiteti, Şimal-
şərqi Asiya Tədqiqatlar Mərkəzi) 
Müzakirələr (15:45-17:00) 
Aşağıda  Yaponiyaya  viza  üçün  tələb  olunan 
sənədləri  göndəririk.  Zəhmət  olmasa  konsulluğumuza 
gəlib bu sənədləri nəzərə yetirməklə viza üçün ərizə verin. 
Konsulluğun ünvanı belədir: 
Yaponiyanın Azərbaycandakı səfirliyi 
Şahin Fazil 
 
 
20 
Hyatt Tower III, 6
th
 floor, Izmir str/ 1033? Az 1065, 
Baku, Azerbaijan 
Tel: (994-12) 4907818-19 
Fax: (994-12) 4907818-20 
Azərbaycandan  Sendaya  təyyarə  bileti  idə  daxil 
olmaqla bütün xərclər bizim hesabımıza ödəniləcək. 
Ümidvarıq  ki,  sizinlə  Sendayda  görüşəcəyik.  Əgər 
hər hansı sualınız olsa Prof. Hiroki Oka ilə əlaqə saxlayın 
(E-mail: 
okah@cntas.tohoku.ac.jp
,  Tel/fax.  81-220795-
6083) 
19 dekabr 2008-ci il 
Hörmətlə:  CNEAS  Tohoku  universiteti,  Prof. 
Hiroki Oka 
 
Bu  məktubu  aldıqdan  sonra  mən  təklif  olunan 
mövzu  üzrə  Yaponiyada  edəcəyim  mühazirə  haqqında 
düşünməyə başladım. Demək, postsovet rejimi ölkələrində 
mövcud olmuş tarixi ənənələr və oradakı tədqiqat və təhsil 
metodlarının yenidən işlənməsi üzrə tədqiqatlar. 
Özü  də,  əlbəttə,  yeni  tədqiqatlar.  Mən  bu  mövzu 
üzrə,  İnstitutumuzun  «Sovet  dövrü»  şö’bəsinin  müdiri 
tarix  elmləri  doktoru,  professor  Adil  Məmmədov,  habelə 
tarix 
üzrə 
fəlsəfə 
doktoru 
İlqar 
Niftəliyevlə 
məsləhətləşdim  (Azərbaycanın  orta  əsrlər  tarixi  ilə,  əgər 
daha  konkret  desəm  XV-XVI  əsrlərdə  mövcud  olmuş 
dövlətlərimizin  tarixi  ilə  məşğul  olduğum  üçünbu  sahədə 
mütəxəssis  alimlərmizlə  məsləhətləşmədən  müasir  tarix 
üzrə  elmi  məqalə  yazmaq  və  onu  Yaponiya  kimi  bir 
ölkədə  alimlərin  nəzərinə  yetirmək,  əlbəttə,  mənə  çətin 
olardı). Belə bir  mühazirə hazırlamağı qərara  aldım: «XX 
əsr  Azərbaycan  milli  tarixşünaslığı:  tarixi  təcrübə  və 



Yüklə 7,05 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin