Microsoft Word Sahin Fazil. Yaponiya Sefernamesi doc



Yüklə 7,05 Mb.
Pdf görüntüsü
səhifə12/166
tarix02.01.2022
ölçüsü7,05 Mb.
#1064
1   ...   8   9   10   11   12   13   14   15   ...   166
(Bax: Divan, Bakı, 1996, səh.324) 
Son  1-2  ayda  Azərbaycanda  rüşvətxorluq  və 
korrupsiyaya  qarşı  yeni  mübarizə  dalğası  coşub.  Belə  bir 
mübarizə 2005-ci ildə də başlanmışdı, amma dövlət orqan 
və idarələrində kütləvi hal alan «böyük» mübarizə dalğası, 
bir-iki  «kiçik»  faktı  çıxmaq  şərti  ilə,  rüşvətxorları  aparıb 
Xəzər dənizinə tökmədi. Üçüncü dalğanı gözləyirik.  
Beləliklə, 
əsas 
mətləbə 
keçirəm. 
Beləliklə, 
Yaponiya  səfəri,  Yaponiya  səfərnaməsi,  Yaponiya 
səfərnamə şe’rləri. 
2008-ci  ilin  dekabr  ayının  15-i  idi.  Bakı  Dövlət 
Universiteti  Şərqşünaslıq  fakültəsinin  professoru  Mirzə 
Rəhimov mənə zəng vurdu: 
- Necəsən? 
- Yaxşıyam. 
- Yaponiyaya getmək istərdinmi? 
Duruxdum: 
- Haraya? 
- Yaponiyaya! 
- Zarafat edirsənmi? 
- Qətiyyən. 
- Əlbəttə, getmək istərdim. Kim istəməz ki? 
- Sənə indi zəng edəcəklər. Yaponiyadan. 
5-10  dəqiqədən  sonra  zəng.  Doğrudan  da 
Yaponiyadan. 
-  Mən  Şaiqəm.  Mirzə  müəllim  Yaponiyanın 
Tohoku  Universitetinin  də’vətinə  sizin  razılaşdığınızı 
bildirdi. 



Yüklə 7,05 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin