17
- Təklif realdırmı?
- Əlbəttə. Elə buna görə sizə zəng vurmuşuq.
Səfəriniz bir-iki aydan sonra, fevralın ortaları üçün
müəyyənləşdirilib. Sizin adınıza məktub gələcək.
Mənim adıma ingilis dilində rəsmi məktub gəldi.
Bir neçə gündən sonra 19 dekabr 2008-ci ildə göndərilmiş
həmin məktubun Senday şəhəri Tohoku Universitetinin
Şimal-Şərqi Asiya Tədqiqatları Mərkəzinin professoru
Hiroki Oka tərəfindən rus dilinə çevrilmiş nüsxəsini də
aldım. Beləliklə, mənim adıma yüksək mədəniyyət və
ehtiramla yazılmış eyni məzmunlu də’vətnamədə özündə
yüksək yapon mədəni müraciətini əks etdirən aşağıdakı
mə’lumat və təklif öz əksini tapmışdı:
«Əziz professor Şahin F.Fərzəliyev.
Yaponiyaya gəlmək, «Tarixi ən’ənələr və postsovet
rejimi ölkələrində tədqiqat və təhsil metodlarının yenidən
işlənməsi üzrə tədqiqatlar» mövzusu üzrə bizim elmi-
tədqiqat işimizə öz köməyinizi əsirgəmədiyinizə və
təklifimizi qəbul etdiyinizə görə Sizə öz minnətdarlığımı
bildirmək istərdim.
Mənim adım Oka Hirokidir, Yaponiyanın Tohoku
Universitetinin Şimal-Şərq Asiya Tədqiqatları Mərkəzinin
professoru və bu proyektin rəhbəriyəm. Yaponiya Maarif
Nazirliyinin himayəsi və maddi yardımı ilə 2007-ci ildə
başlayan bu elmi-tədqiqat proyekti Rusiya, Azərbaycan,
Corciya (Gürcüstan – Ş.F.), Özbəkistan və Monqolustan
da daxil olmaqla, sabiq sovet ölkələrinin yaxın keçmişdəki
tarixşünaslıq və təhsil ən’ənələrini öyrənmək və onlara
yardım etmək məqsədi daşıyır. 2008-ci ilin fevralında biz
Monqolustan və Özbəkistanın iki xarici tədqiqatçısı ilə öz
ilk görüşümüzü keçirdik. Bu dəfə isə yuxarıdakı proyekt
Şahin Fazil
18
üzrə Azərbaycan və Corciya tədqiqatçıları ilə görüşmək və
göstərilən mövzunu müzakirə etməklə şərəflənirik.
Burada, hal-hazırda Sizin də’vətinizlə bağlı
sənədlər hazırlığı və viza prosesi reallaşmaq üzrədir. Biz
tezliklə onları Sizə göndərəcəyik.
Siz lütfən öz mühazirənizin adını bizə yollayın.
Həmçinin xahiş edirik ki, mühazirənizin xülasəsini 15
fevral tarixinədək göndərəsiniz. Seminar 2009-cu ilin
fevral ayının 21-də keçiriləcəkdir.
Nəzərinizə çatdırırıq ki, səyahətiniz zamanı sizin
ölkənizlə Yaponiyanın Senday Universiteti arasındakı
mövcud xərclər (expences) tərəfimizdən ödəniləcəkdir.
Xahiş edirik ki, bizimlə əlaqə saxlayasınız.
Səmimiyyətlə Hiroki Oka – Yaponiya Tohoku Universiteti
Şimal-Şərqi Asiya Tədqiqatları Mərkəzi.
Tel./ Fax. 81-22-795-60-83
19.12.2008».
Elə həmin gün Hiroki Okanın başqa bir məktubu da
evimə göndərildi.
Mən bu məktubu günorta vaxtı almışdım.
Axşamüstü poçtalyon dr. Hiroki Okanın başqa bir
məktubunu da evimə gətirdi. İngilis dilində olan məktubda
yazılmışdı: