15
insanlar öz Allahlarını yaxşı tanıyırlar. Allahsız iş
tutmurlar. Burda dövlətin qanunları işləyir. Qanunlar hər
şeyi həll edir. İnsanlar öz hüquqlarını bilirlər və onu
ləyaqətlə müdafiə edirlər» (Yasif Nəsirli. Günəşlə görüş,
səh.50-51).
Mətləbi çox uzatdım deyəsən. «Yaxşı» və «yaman»
mövzusu mənim diqqətimi həmişə özünə cəlb edib.
«Divan»ımda belə bir şe’r var:
Ömür Yaxşıdı ki, adamların arasında yaxşı çox. Yamandı ki, yamanların sırasında yaxşı yox. Elə mənhus adam var ki, sinəsində ürək deyil, daş vurur, Biçinçi ot biçən təki boyun biçir, baş vurur... Elə ölməz ölüm var ki, elə şərəf, elə şan. Elə məhrəm zülüm var ki, istəmirik ola yan. Elə uzun ömür var ki, Şahin Fazil
16
ömür deyil, kömürdür. Elə qısa ömür də var Ömürdür!