23
bu məsələ aydınlaşdıqdan sonra Sizə mə’lumat verəcəyəm.
Əlbəttə, hər iki çıxışınız eyni mövzuda olarsa heç bir
e’tiraz olmaz, amma müxtəlif mövzular üzrə çıxış etsəniz
daha yaxşı olar.
Biz xeyli xoşhal olarıq ki, Siz birinci mə’ruzənizdə
sovet rejiminin süqutundan əvvəlki və sonrakı tarixi
yanaşma və bu iki dövr arasındakı fərqlər xüsusunda
müfəssəl mə’lumat verəsiniz. Mə’ruzənizin mükəmməl
nüsxəsini lütfən yanvarın sonuna qədər bizə, yaxud cənab
Şaiqə e-mail ilə göndərin ki, cənab Şaiq onu proyektimizin
tədqiqatçı iştirakçıları üçün yapon dilinə tərcümə edə
bilsin.
Əgər hər hansı bir problem ortaya çıxarsa mənimlə,
ya da Şaiq ilə əlaqə saxlayın.
Görüş ümidi ilə,
Takaşi Kuroda
Tel. / Fax: 81-22-795-7604
22.12.2008
Tohoku
Universitetinin
iki
səlahiyyətli
professorundan bu məktubları aldıqdan sonra onların hər
ikisinə fars dilində belə məzmunda bir cavab göndərdim:
«Möhtərəm professorlar Takaşi Kuroda və Hiroki Okaya!
Mən siz ali cənablarına öz səmimi salamlarımı ərz edirəm.
Cənab Şaiq vasitəsilə sizlərlə tanışlıq əldə etdiyimə görə
xoşhal oldum.
Mə’ruzəmi yanvar ayının sonunadək mütləq
göndərəcəyəm (Azərbaycan, ingilis və ya rus dillərində).
Ehtiramla və görüş ümidi ilə
Prof. Şahin F.Fərzəliyev».
Şahin Fazil
24
Daha 4 gün ötdü. Yapon professorları ilə aramızda
yarışma davam etməkdə idi. 26 dekabrda Oka Hiroki mənə
yazdı: