Şahin Fazil
8
(Şahin Fazil. Divan,
1996, səh.427-428)
«Sədaqət» dövlət medalı ilə təltif olunduğum vaxt
mən Əfqanıstanda 10 il işləmişdim. Sonra daha 3 il
işləməli oldum və daha 2 medala layiq görüldüm.
«Üçüncü Divan»dan «Üç medal» şe’ri:
Mən
artıraraq
ayağımın taqətini,
əlimin gücünü,
Əfqanıstana medal almaq üçün getməmişdim,
amma verdilər,
Özü də üçünü.
Qubamın Tarix Muzeyinə
vermişəm medalları,
mən öldükdə
itib-batmasınlar barı.
Arxayınam yazdıqlarım sarıdan,
hələ ölməmişkən
düşməyim deyə iztiraba
əlyazmalarımı çevirirəm kitaba,
arxayın edirəm canımı.
Yazıram «Dördüncü Divan»ımı.
Üç Divan
Və
şair Qiymət Məhərrəmlinin
«Birinci Divan»a yazdığı dissertasiya,
verdiyi qiymət.
Йапонийа сяфярнамяси
9
Və akademik Bəkir Nəbiyevin
«Şahinin qanadları» -
«İkinci Divan»ıma
və «Təzkirə» kitabıma
yazılan məqaləsi –
Qiyməti böyük,
siqləti dərin.
Şöhrət acı deyiləm,
rütbə möhtacı deyiləm,
elə bunlar bəsidir bu şairin.
Bu şair
Tezliklə bu dünyadan
Çəkəcəkdir köçünü…
Mən
Əfqanıstana medal almaq üçün getməmişdim,
amma verdilər,
özü də üçünü.
15.01.2007
(Şahin Fazil. Üçüncü Divan,
Bakı, səh.839-840)
Hazırda 20 ildən çoxdur ki, qayıtmışam Əqfanıstan-
dan. Bu müddət ərzində çox ölkələrdə oldum və olduğum
hər bir xarici (yaxud daxili) diyar haqqında «Səfər-
namələr» yazdım. Yazdım və çap etdirdim. Onların
əksəriyyəti məqalə şəklindədir. Hər səfərnamənin öz «Sə-
fərnamə şe’rləri» var. Məsələn, «İran səfərnamə şe’rləri»
(«İran səfərnamələri» kitabı, 9 səfərnamə, Bakı, 2003;
«İkinci Divan» Bakı, 2005; «Üçüncü Divan», Bakı, 2008).
Şahin Fazil
10
İrana X-XVII səfərnamə şe’rləri («Üçüncü Divan»)
1
;
«Naxçıvan dəftəri» silsiləsindən şe’rlər («İkinci Divan»);
«İkinci Naxçıvan səfərnaməsi» şe’rləri («Üçüncü Divan»);
«Özbəkistan dəftəri» şe’rlər silsiləsi («İkinci Divan»);
«Gürcüstan dəftəri» silsiləsindən («İkinci Divan»);
«Lənkəran dəftəri» şe’rlər silsiləsi («İkinci Divan»);
«Dağıstan dəftəri» şe’rlər silsiləsi («İkinci Divan»),
«Dağıstan şe’rləri silsiləsindən» («İkinci Divan»); «Birinci
İraq dəftəri» şe’rlər silsiləsi («İkinci Divan»); «İkinci İraq
dəftəri şe’rlər silsiləsi» («İkinci Divan») və sair.
İndicə nəzərə çatdırdığım kimi, getdiyim yerlərin
çoxunun öz səfərnamələri və səfərnamə şe’rləri vardır.
2009-cu ilin fevral ayının 18-dən mart ayının 1-dək
isə Yaponiyaya etdiyim səfərim və şe’rlərim. Kiçik bir
dəftərə həmin səfər qeydlərimi, həmin «Gündoğan» ölkədə
gəzdiyim, gördüyüm yerlər haqqında yığcam təəs-
süratlarımı yazmışdımsa da, hətta «Yaponiya səfərna-
məsi» şe’rlər silsiləsini qəzetdə dərc etdirmişdimsə də,
(Bax: «Kredo» qəzeti, №14, 11 aprel, 2009), «Yaponiya
səfərnamələri» kitabımı (!) yazmağa başlaya bilmədim.
Səbəb: Vaxt azlığı. O qədər iş ortaya çıxdı ki. O cümlədən
XVI əsrin sonu, XVII əsrin birinci rübündə yaşayıb-
yaratmış tarixçimiz İsgəndər bəy Münşi Türkmanın fars
dilində yazdığı «Tarixe-aləmaraye-Abbasi» adlı 3 cildlik
əsərinin dilimizə tərcüməsinin yekunlaşdırılması, başqa bir
tarixçimiz (XVI əsr) Həsən bəy Rumlunun «Əhsənüt-
təvarix» kitabının tərcüməsinin davamı, başqa elmi işlər,
konfranslar, xaricə səfərlərim.
1
Ирана 21 səfərimi əhatə edən йени «Иран сяфярнамяляри» китабым бу
эцнлярдя Иран Ислам Республикасы Мядяниййят Мяркязи тяряфиндян чап
олунаъагдыр.
|