193
bağlıdır. Vaxtilə tələbələr müxtəlif əmək birliklərində – tələbə
inşaat dəstələrində, yay əmək və istirahət düşərgələrində məh-
sul toplanmasında və başqa formalarda məhsuldar əməyə cəlb
olunmuşdur. Hazırda istehsalat təcrübəsi keçən tələbələr müx-
təlif peşə-ixtisas sahələrində belə əməklə məşğul olmaq imkanı
qazanırlar.
Tələbə gənclərin əməyini təşkil edərkən nəzərə almaq
lazımdır ki, hər bir əmək tərbiyə etmir. Əməyin tərbiyə vasitəsi
olması üçün onu müəyyən
pedaqoji tələblər əsasında təşkil
etmək vacibdir:
1. Əmək təlim-tərbiyə məqsədinə xidmət etməli, gənc-
lərin ideya-mənəvi tərbiyəsi ilə sıx bağlanmalıdır.
2. Tələbədə əmək fəallığı, təşəbbüskarlıq, əməyə yaradıcı
münasibət formalaşdırmaq vacib şərtdir.
3. Gənclərdə əməyə tələbat formalaşdırmaq qeydinə
qalmaq lazımdır.
4. Kollektiv əməyə üstünlük verilməlidir. Belə əməkdə
şəxsiyyətin bir sıra müsbət keyfiyyətləri (kollektivçilik, inti-
zam, məsuliyyət, dəqiqlik, yaradıcı fəallıq, təşəbbüskarlıq,
əmək adamına hörmət, tənbələ nifrət və s.) tərbiyə olunur.
Əmək tərbiyəsini göstərilən tələblər əsasında qurmaqla
əməyin tərbiyəvi rolunu gücləndirmək mümkündür.
Dostları ilə paylaş: