190
mai
borcun dərk edilməsi, ictimai mənafeyin şəxsi mənafedən
üstün tutulması və s.
2. Əməyə münasibəti ifadə edən əxlaqi keyfiyyətlər:
əməksevərlik, işgüzarlıq, qənaətçillik, səliqəlilik, əməyə vic-
danlı münasibət, əmək adamlarına hörmət və s.
3. İnsanın başqa adamlara, kollektivə münasibətini ifadə
edən əxlaqi keyfiyyətlər: hümanizm, xeyirxahlıq, düzlük, doğ-
ruçuluq, yoldaşlıq, dostluq, kollektivçilik, diqqətlilik, mədənilik
və s.
4. İnsanın özünə, davranışına münasibətini ifadə edən
əxlaqi keyfiyyətlər: təvazökarlıq, vicdanlılıq, intizamlılıq, utan-
caqlıq, şəxsi ləyaqət hissi və b.
Vətənpərvərlik insanın əxlaqi keyfiyyətləri içərisində
aparıcı yer tutur. O, əxlaqın əsasıdır. Tərbiyənin başlıca vəzifəsi
Vətənə hədsiz sədaqətli olan, Vətən qarşısında
öz borcunu və
məsuliyyətini dərk edən, Vətənin şərəfini, qüdrətini artırmağa
çalışan alovlu vətənpərvərlər yetişdirməkdən ibarətdir. İnsanın
əsl ölməzliyi – Vətənə hədsiz məhəbbətdə, əsl xoşbəxtliyi isə –
Vətənə, xalqa xidmət etməkdədir.
Tərbiyə işində çalışmaq lazımdır ki, gənclər daim Vətən
ideyası ilə, vətəndaşlıq hissləri və həyəcanları ilə yaşasın, bu
nəcib hisslər öz ifadəsini vətən üçün, xalq üçün nəcib əməllərdə
tapsın.
Əxlaqi keyfiyyətlər içərisində
insanpərvərlik, humanizm
çox mühüm yer tutur. İnsanpərvərlik insana məhəbbət və qayğı
deməkdir. Başqalarının
daxili aləmini duymaq, sevincinə və
kədərinə şərik olmaq, insanı sevmək, ona lazımi kömək göstər-
mək insaniyyətin, əxlaqi mədəniyyətin ilkin şərtidir. Çalışmaq
lazımdır ki, humanizm, xeyirxahlıq gənclərin mənəvi tələbatına
çevrilsin.
Əxlaq tərbiyəsinin əsası gənclərdə
mənəvi tələbat tərbiyə
etməkdən ibarətdir. Gəncləri mənəvi fəaliyyət sahəsinə – başqa
adamlar üçün xeyirxah əməllərə, nəcib məqsədlərlə ruhlandırı-
lan yaradıcı əməyə, qaynar ictimai fəaliyyətə cəlb etmək tərbi-
191
yənin vacib şərtidir. Gənc hər dəfə adamlar üçün, kollektiv
üçün faydalı işlər gördükdə onda xeyirxahlıq hissi dərinləşir və
tədricən tələbata çevrilir: o, nəcib davranışa mənəvi ehtiyac
duyur.
Əxlaq tərbiyəsinin əsas mənbəyini davranış mədəniyyəti,
müsbət əxlaqi adətlər təşkil edir.
Əxlaqi adətlər tərbiyəsi üçün
gəncləri müxtəlif fəaliyyət növlərinə - əməyə, oyuna, təlimə,
bədii, elmi-texniki və ictimai fəaliyyətə cəlb etmək lazımdır.
Müxtəlif fəaliyyət növlərində iştirak
etməklə gənclər əxlaqi
mətinlik məktəbi keçir, düzgün ünsiyyət və əxlaqi davranış
təcrübəsinə, fəal həyat mövqeyinə yiyələnirlər. Fəal həyat
mövqeyi mənəvi tərbiyənin əsas meyarıdır. Belə insan həyatın
passiv seyrçisinə çevrilmir, ətrafda baş verən hadisələrə fəal
münasibət bəsləyir, əxlaqi qəbahətlərə qarşı barışmazlıq gös-
tərir. Bütün vasitələrlə gənclərdə
fəal həyat mövqeyi forma-
laşdırmaq əxlaq tərbiyəsinin başlıca vəzifəsini təşkil edir.
İnsanın dəyərli əxlaqi sifətlərindən biri də
intizamdır. İn-
tizam qoyulmuş qaydalara əməl etməkdir. O, qorxuya və şüura
əsaslana bilər. Qorxu intizamı müvəqqəti və aldadıcıdır, çünki
qorxu təhlükəsi götürüləndə insan qoyulmuş qaydanı yenə poza
bilər. Şüura əsaslanan intizam isə davamlı olur. Buna görə də
müəllim qoyulmuş qaydaların vacibliyinə gəncləri inandırmağa
çalışmalıdır.
Dostları ilə paylaş: