M.İSMİxanov, H. Bayramov, S. VƏLİyeva



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə122/142
tarix20.03.2023
ölçüsü1,67 Mb.
#88851
növüDərs
1   ...   118   119   120   121   122   123   124   125   ...   142
Ali mekteb pedaqogikasi-kitab

Fiziki tərbiyə. Fiziki tərbiyə insanın sağlamlığını möh-
kəmlədən, şəxsiyyətin fiziki və mənəvi-iradi keyfiyyətlərini 
inkişaf etdirən təsirlər sistemidir. 
Fiziki tərbiyə şəxsiyyətin ahəngdar inkişafının mühüm 
şərtini təşkil edir. O, əqli və mənəvi inkişafa kömək edir. Fiziki 
tərbiyə səmərəli zehni fəaliyyətin vacib şərtidir: o, insanın fikir 
qüvvəsini artırır, yorğunluğu götürür, iş qabiliyyətini bərpa 
edir. Fiziki tərbiyə insanın əxlaqi-iradi inkişafının da mühüm 
vasitəsidir: iradəni möhkəmlədir, insanda dözümlülük, intizam, 
kollektivçilik, yoldaşlıq və dostluq kimi keyfiyyətlər tərbiyə 
edir. Fiziki tərbiyə insanı əməyə və Vətən müdafiəsinə 
hazırlayır. O, estetik tərbiyə ilə də sıx bağlıdır.
Fiziki tərbiyənin məqsədi fiziki cəhətdən sağlam, gümrah 
nəsil tərbiyə etməkdən, onları əməyə və fəal ictimai həyata 
hazırlamaqdan ibarətdir. Bu ümumi məqsədə nail olmaq üçün 
fiziki tərbiyə qarşısında aşağıdakı konkret vəzifələr durur: 
a) gənc nəslin normal fiziki inkişafını və sağlamlığını 
təmin etmək; 
b) gənclərə həyat üçün zəruri olan bacarıq və vərdişlər 
(düzgün yeriş, qaçış, tullanmaq, üzmək və s.) aşılamaq; 
c) gənclərdə bədən tərbiyəsi və idmanla müntəzəm 
məşğul olmağa tələbat yaratmaq; 
ç) iradi-mənəvi keyfiyyətlər (dözümlülük, çeviklik, cəldlik, 


198 
qüvvə) tərbiyə etmək. 
Fiziki tərbiyənin məzmunu “Əməyə və müdafiəyə hazı-
ram” (ƏMH) kompleksində və bədən tərbiyəsi və idman proq-
ramında öz əksini tapmışdır.
Məktəbdə fiziki tərbiyə müxtəlif vasitə və formalarla 
həyata keçirilir. Fiziki tərbiyənin vasitələrinə fiziki təmrinlər
təbii və gigiyenik amillər daxildir. 
Fiziki təmrinlər fiziki tərbiyə vəzifələrinin həlli üçün xüsu-
si seçilib tətbiq edilən əsas hərəkətlər, hərəki əməliyyatlardır. 
Buraya gimnastika, oyun, idman və turizm daxildir. Tələbəlik 
illərində bunlara xüsusi yer ayırmaq lazımdır. 
Fiziki tərbiyənin mühüm bir vasitəsi təbii amillərdən 
istifadə etməkdir. Təbii amillər (günəş, hava, su) təbiətin sağlam-
laşdırıcı qüvvələridir. İnsan orqanizminin təmiz havaya (oksige-
nə), suya, günəş şüasına böyük ehtiyacı vardır. Təmiz hava insan 
orqanizmi, beyin, ciyər və ürəyin fəaliyyəti üçün zəruridir. Odur 
ki, auditoriyanın, iş otağının havasını tez-tez dəyişmək lazımdır. 
Günəş həyat mənbəyidir. Günəş şüası mikrobları məhv 
edir, qan damarlarını genişləndirir, orqanizmin müqavimətini 
artırır. 
Su da böyük sağlamlaşdırıcı təsirə malikdir: su dərini tə-
mizləyir, tənəffüsü yaxşılaşdırır, əsəbləri sakitləşdirir. Gənclə-
rin gündəlik olaraq duş qəbul etmələri, soyuq havalarda bədəni 
yaş dəsmalla silmələri əhəmiyyətlidir. 
Gigiyenik amillər fiziki tərbiyə, sağlamlıq baxımından 
böyük əhəmiyyətə malikdir. Gigiyenik amillərə qida, yuxu, 
istirahət, bədənə qulluq, normal mənzil və iş şəraiti, rejim, rahat 
geyim və s. daxildir. 
Sağlamlıq üçün normal qida vacib şərtdir. Yemək müəy-
yən hədd daxilində olmalıdır; həddən çox və az yemək zərər-
lidir. 1-ci hal piylənməyə, 2-ci hal isə qanazlığına səbəb olur. 
Qidada zülalların, vitaminlərin, mineral maddələrin olmasına 
diqqət yetirilməlidir. Zülal çatışmazlığı üzdə qırışlara, rəngin 
solmasına, saç tökülməsinə, böyrək xəstəliyinə səbəb olur. Vi-


199 
tamin və mineral çatışmazlığından dəri xəstəlikləri, saç tökül-
məsi, göz və ürək zəifliyi, dırnaq sınması, qanazlığı və s. baş 
verir. 
Normal yuxu da sağlamlıq üçün mühüm şərtdir. O, yor-
ğunluğu götürür, orqanizmin iş qabiliyyətini bərpa edir. Nor-
madan çox və az yatmaq eyni dərəcədə zərərlidir. Çox yatmaq 
orqanizmi süstləşdirir, kökəlməyə və piylənməyə (xüsusən ye-
məkdən sonra) səbəb olur, insanı passivləşdirir, bəzən yatım-
cıllıq kimi zərərli adətin yaranmasına gətirib çıxarır. 
Gigiyenik amillər içərisində düzgün gün rejimi də böyük 
əhəmiyyətə malikdir. Rejim insanın həyat tərzini nizama salan 
qaydaların məcmusudur. O, iş və istirahəti tənzim edir, insanda 
intizamlılıq, səliqəlilik, dəqiqlik, təşkilatçılıq tərbiyə edir, müs-
bət adətlər yaradır, iradəni möhkəmləndirir.
Ailədə və məktəbdə sanitar-gigiyenik tələblərə ciddi əməl 
edilməlidir. Ailədə iş otağı, məktəbdə dərs otaqları gigiyenik 
tələblərə (optimal həcmi, hava tutumu, işıq və istilik rejimi, ha-
vasının dəyişilməsi, əşyaların yaş əsgi ilə silinməsi və s.) cavab 
verməlidir.
Ali məktəbdə fiziki tərbiyənin təşkili formaları. Fiziki tər-
biyənin həyata keçirilməsi səmərəli formalar seçib tətbiq et-
məyi tələb edir. Belə formalara bədən tərbiyəsi məşğələləri, 
gün rejimində idman-sağlamlıq tədbirləri, fiziki tərbiyə üzrə 
auditoriyadankənar tədbirlər daxildir. 
Bədən tərbiyəsi məşğələləri fiziki tərbiyənin əsas və bü-
tün tələbələr üçün məcburi olan məşğələ formasıdır. Fiziki tər-
biyənin digər mühüm forması kimi gün rejimində idman-sağ-
lamlıq tədbirləri böyük əhəmiyyətə malikdir. Bu tədbirlərə sə-
hər gimnastikası, gün ərzində açıq havada oyun və əyləncələr 
daxildir. 
Fiziki tərbiyə üzrə auditoriyadankənar işlər gəncləri sis-
temli şəkildə bədən tərbiyəsi və idmana cəlb etməyə, onların 
asudə vaxtını səmərəli təşkil etməyə imkan verir. Belə təd-
birlərə idman dərnəkləri və bölmələri, oyun və əyləncələr, id-


200 
man yarışları, idman bayramları, spartakiadalar və s. daxildir. 
Ali məktəbdə fiziki tərbiyə işləri ilə tək idman müəl-
limləri yox, dekanlıqlar, müəssisə rəhbərləri, tələbə təşkilatları 
birgə qüvvə ilə məşğul olmalıdırlar. 

Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   118   119   120   121   122   123   124   125   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin