M.İSMİxanov, H. Bayramov, S. VƏLİyeva



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə42/142
tarix20.03.2023
ölçüsü1,67 Mb.
#88851
növüDərs
1   ...   38   39   40   41   42   43   44   45   ...   142
Ali mekteb pedaqogikasi-kitab

Təlimin funksiyaları. Təlim üç başlıca funksiyanı (la-
tınca functio – “icra”, “fəaliyyət” deməkdir) yerinə yetirir: təh-
silverici, tərbiyəedici və inkişafetdirici funksiyalar. Təhsilverici 
funksiya – tələbələrə sistemli elmi biliklər, bacarıq və vərdişlər 
aşılamaqda ifadə olunur. Mükəmməl elmi biliklərə yiyələn-
məklə tələbələr gələcək mütəxəssis kimi seçdikləri peşə-ixtisas 
sahəsinə nəzəri baxımdan daha yaxşı hazırlaşmaq imkanı qaza-
nırlar.


73 
Təlimin tərbiyəedici funksiyası təlim prosesindən həm də 
tərbiyə məqsədi ilə istifadə etməyi nəzərdə tutur. Ali məktəbdə 
təlimin, tədris olunan fənlərin imkanlarından istifadə edərək tə-
ləbələrdə ideya-mənəvi baxışlar, əxlaqi-estetik hisslər, müsbət 
keyfiyyətlər (vətənpərvərlik, humanizm, mənəvi saflıq, əmək-
sevərlik, milli – mənəvi dəyərlərə hörmət, milli iftixar, milli 
qeyrət, intizamlılıq, düzlük, doğruçuluq və s.) formalaşdırmaq 
lazımdır. Tərbiyə funksiyası həm təlimin məzmunu ilə, həm də
təşkili metodları, müəllimin şəxsi nümunəsi və ünsiyyət vasi-
təsilə həyata keçirilir. 
Təlimin inkişafetdirici funksiyası təlim prosesində tələ-
bələrin zehni qüvvələrini, qabiliyyətlərini, psixi proseslərini 
(diqqət, nitq, təfəkkür, hafizə, təxəyyül və s) inkişaf etdirməkdə 
ifadə olunur. Təlim özlüyündə psixi proseslərin inkişafını təmin 
etmir; bunun üçün təlimi xüsusi istiqamətləndirmək lazımdır. 
Müəllim təlim prosesinin imkanlarından (məzmunu, metodları, 
təşkili formalarından) istifadə edərək, tələbələrin intellektual
psixi, mənəvi, iradi, emosional inkişafı üçün əlverişli şərait ya-
ratmalıdır. Təlimin fəal metodlarının köməyi ilə tələbələri prob-
lemlərin həllinə cəlb etməklə onlarda müstəqillik və yaradıcılıq, 
düşünmə bacarığını inkişaf etdirmək mümkündür. 
Təlim prosesinin göstərilən funksiyaları bir-birindən ay-
rılıqda yox, qarşılıqlı əlaqədə, həm də kompleks halında həyata 
keçirilməlidir. Yalnız bu şərtlə müəllim tələbələrin şəxsiyyət – 
Vətəndaş və mütəxəssis kimi formalaşmasına, psixi inkişafına 
kömək göstərə bilər. 

Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin