Mövzu 1 Təhlükəsizliyin sistemli təhlili və təhlil üsulları


MÖVZU 8 İstehsalat müəssisələrinin planlaşdırılmasında gigiyenik-texniki və sanitariya normaları



Yüklə 1,43 Mb.
səhifə13/40
tarix02.01.2022
ölçüsü1,43 Mb.
#36307
1   ...   9   10   11   12   13   14   15   16   ...   40
HFT MÜASİ PROB MEHAZİRƏ I (1)

MÖVZU 8

İstehsalat müəssisələrinin planlaşdırılmasında gigiyenik-texniki və sanitariya normaları
İstehsalat müəssisələrinin yerləşdirilməsi zamanı texnoloji təhlükəsizlik və sanitariya-gigiyena tələbləri mütləq ödənilməlidir.

Müəssisə və tikintilərin layihələndirilməsi, inşa edilməsi, yenidən qurulması “ İnşaat norma və qaydaları”, “Texnoloji layihələndirilmə normaları ” və “Sənaye müəssisələrinin layihələndirilməsində sanitariya normaları” əsasında aparılmalıdır.

İş yerində tələb olunan əlverişli meteoroloji şərait yaradılması, zərərli və zəhərli qarışıqların havadakı qatılığının azaldılması və fəhlələrin sağlam iş şəraitinə mənfi təsir göstərən amillərin aradan qaldırılması müəssisənin ən ümdə vəzifələrindən biridir. Bu şərait sanitariya normalarında göstərilən həddə olmalıdır. Bu normalara əsasən hər bir işçiyə qapalı bina daxilində 15m3 həcm və 4,5m2 –dən az olmayaraq sahə düşməlidir.

Avadanlığın layihələndirilməsində texniki normalar texniki təhlükəsizlik şərtlərini təmin etməlidir. Texniki normalar konstruktiv, ölçü – planlaşdırma və parametrik normalara ayrılır.

Konstruktiv normalar tikintinin, avadanlığın, çəpərlərin və qoruyucu vasitələrin hesablama və ölçü normalarıdır. Bu normalar avadanlığın möhkəm, davamlı və təhlükəsizlik istismarına verilən tələbləri təmin etməlidir.

Ölçü – planlaşdırma normaları nəqliyyat yolları, keçidlər, iş yeri, avadanlıq, binalar və c. arasındakı məsafələrin ölçülərini nəzərdə tutur.

Parametrik normalar təhlükəsiz istismar tələbləri baxımından texnoloji proses göstəriciləri olan sürəti, təzyiqi. temperaturu, elektrik gərginliyini, titrəyişi və s. məhdudlaşdıran normalardır.

Ayrı-ayrı avadanlıqlar və bina elementləri arasındakı məsafə norması maşınların ölçülərindən asılı olaraq müəyyən edilir.

İstehsalat binalarında azı iki qapı (xaricə açılan) qoyulmalıdır, çıxış yolları mümkün qədər pilləsiz. döşəmələr hamar olmalıdır.

İstehsalat müəssisələrində iş yerinin təşkili sanitariya normalarına və texniki normalara uyğun gəlməlidir.

Sanitariya və texniki normalardan əlavə gigiyena normaları mövcuddur. Bu normalar xarici mühiti xarakterizə edən parametrlərin miqdar göstəriciləridir. Bunlar insanın bioloji tələbatına uyğun tərtib edilir və sanitariya normalarına daxil edilir.

İstehsalat müəssisələrində proseslər sanitariya xarak­te­ristikasına görə dörd qrupa bölünür:

I - normal meteoroloji şəraitdə keçən zərərsiz istehsalat prosesləri;

II - istehsalat zərəri, gərgin fiziki iş və normal olmayan meteoroloji şəraitdə keçən zərərsiz istehsal prosesi;

III - kəskin zərərlilik amilləri ilə xarakterizə olunan istehsalat prosesləri;

IV - məhsulun keyfiyyətini təmin etmək üçün xüsusi rejim tələb edən proseslər.

II və III sanitariya təsnifatına aid olan obyektlər üçün uyğun məişət otaqları, köməkçi binalar (paltar qurutma və dəyişmə, qızınma, əl-üz yuma otaqları, duşxanalar) nəzərdə tutulur.

Təhlükəsiz və sağlam əmək şəraitinin yaradılması istehsalat müəssisələrinin layihələndirilməsi və tikilməsi zamanı nəzərə alınır. Müəssisənin baş planı tikintilərin layihələndirilməsində sanitariya normaları və qaydalarını təmin etməlidir. Baş planda istehsalat ərazisində nəzərdə tutulan müxtəlif tikintilərin, binaların, yolların, yaşıllıq zonalarının yerləşdirilməsi verilir.

Müəssisə obyektlərinin əlverişli, yəni sanitariya-texniki və yanğın təhlükəsizliyi normalarına uyğun yerləşdirilməsi tikintidəki darısqallığı aradan qaldırır və baş planın yığcamlığının, tikinti və istismar xərclərinin azaldılmasını təmin edir.

Planlaşdırmada əsasən aşağıdakı məsələlər nəzərdə tutulur:



- sex və avadanlıqlar əlverişli yerləşdirilməli;

- qoruyucu sanitariya zonaları düzgün seçilməli;

- sanitariya məsafə normaları düzgün seçilməli;

- müəssisə ərazisindəki obyektlər düzgün yerləş­d­­i­ri­l­məlidir

Bir neçə müəssisəni bir sənaye rayonunda yerləşdirdikdə onların bir-birinə zərərli təsiri aradan qaldırılmalıdır.

Müəssisənin tikiləcəyi sahə möhkəm çuxur üzərində yerləşməli, hamar, quru və qrunt suları səviyyəsindən yuxarı olmalıdır.

Neft və qaz sənayesi müəssisələrinin tikilməsi üçün yer seçildikdə istehsalat tullantılarının axıdılması üçün xüsusi şərait yaradılmalıdır. Həmin sular neft və neft məhsulları ilə çirkləndikdə onlardan istehsalatın su təchizatı kimi istifadə etmək bəzən mümkün olmur. Ona görə də müəssisənin su balansı, yəni sənaye sularının və içməli suların lazımi miqdarda olması nəzərə alınmalıdır. Planlaşdırmada istehsalat ərazisinin abadlığı, yaşıllaşdırılması da nəzərdə tutulmalıdır. Yol və keçidlərin səmərəli yerləşdirilməsi, yəni təhlükəsiz hərəkət təmin edilməlidir.

İstehsalat sahələrindən izafi istilik və ya müəyyən miqdarda zərərli qazlar ayrılan müəssisələr birmərtəbəli binalarda yerləşdirilməli və belə binaların zərərli maddələrdən təmizlənməsi üçün təbii ventilyasiya olmalıdır.


Yüklə 1,43 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin