Mövzu 1 Təhlükəsizliyin sistemli təhlili və təhlil üsulları


ƏMƏYİN GİGİYENASI VƏ İSTEHSALAT SANİTARİYASININ ƏSA



Yüklə 1,43 Mb.
səhifə11/40
tarix02.01.2022
ölçüsü1,43 Mb.
#36307
1   ...   7   8   9   10   11   12   13   14   ...   40
HFT MÜASİ PROB MEHAZİRƏ I (1)

ƏMƏYİN GİGİYENASI VƏ İSTEHSALAT SANİTARİYASININ ƏSA
İstehsalat sanitariyası – istehsalatın zərərli amillərinin işçilərə təsirinin qarşısını olan və ya azaldan təşkilatı tədbirlər və texniki vasitələr sistemidir. Əvvəldə qeyd edildiyi kimi istehsalatın zərərli amili elə amildir ki, onun müəyyən şəraitdə işçiyə təsiri xəstələnməyə və ya əmək qabiliyyətinin azalmasına gətirib çıxarır.

İstehsalat sanitariyası sanitariya normaları və qaydalarının işlənib hazırlanmasını, istehsalat müəssisələrində məişət xidməti otaqlarının müvafiq avadanlıqla təchiz olunmasını, iş yerlərinin səmərəli işıqlandırılmasını və normal mikroiqlimin təmin edilməsini, işçilərin səs-küydən, titrəyişdən və müxtəlif zərərli şüalanmadan mühafizəsini nəzərdə tutur.

İstehsalat sanitariyası atmosfer havasının mühafizəsi ilə sıx əlaqədardır. Cəmiyyətin həyatının bütün sahələrini əhatə edən elmi-texniki inqilab, istehsalın yüksək inkişaf sürəti, şəhərlərin böyüməsi, atmosferdən getdikcə daha geniş istifadə olunması və insanın ətraf təbii mühitə daha geniş miqyasda təsir göstərməsi atmosfer havasının mühafizəsinə diqqəti artırmağı tələb edir. Respublikamız atmosfer havasının çirklənməsinin, ona digər zərərli təsirlər göstərilməsinin qarşısını almaq, bunları aradan qaldırmaq məqsədilə elmi surətdə əsaslandırılmış texniki, iqtisadi, sosial və digər tədbirlər kompleksini həyata keçirir, habelə bu sahədə beynəlxalq əməkdaşlıq edir.

Əməyin gigiyenası tibb elminin profilaktik hissəsi olub istehsalatda işçinin daima işgüzarlığını saxlamaq, işlə əlaqədar olan peşə xəstəliklərini və istehsalatın işçinin səhhətinə təsir edə biləcək mənfi təsirini aradan qaldırmaq üçün elmi və təcrübi tədbirlərin işlənməsi ilə məşğul olur.

Zərərli istehsalat amili müəyyən şəraitdə işçiyə təsir etdikdə onun xəstələnməsinə və əmək qabiliyyətinin azalmasına gətirib çıxaran istehsalat amilidir. Təsir səviyyəsindən və müddətindən asılı olaraq zərərli istehsalat amili təhlükəli ola bilər.


Yüklə 1,43 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin