Mövzu 1 Təhlükəsizliyin sistemli təhlili və təhlil üsulları


Formallaşdırma dərəcəsinə görə proqnozlaşdırma metodları



Yüklə 1,43 Mb.
səhifə39/40
tarix02.01.2022
ölçüsü1,43 Mb.
#36307
1   ...   32   33   34   35   36   37   38   39   40
HFT MÜASİ PROB MEHAZİRƏ I (1)

Formallaşdırma dərəcəsinə görə proqnozlaşdırma metodları ekspert (intiutiv və bəzən, evristik) və faktoqrafik (formallaşdırılmış) üsullara bölünürlər. Praktikada bu üsulların birgə tətbiqindən – birgə yanaşmadan da istifadə olunur.

Ekspert metodu ekspertlərin intuisiyasına, təxəyyülünə, biliyinə və təcrübəsinə əsaslanan metoddur.

Ekspert metodunun mahiyyəti aşağıdakndan ibarətdir:

Ekspertlərə təyin olunmamış parametrlərlə və öyrənilməmiş xassələrlə xarakterizə olunan obyektin vəziyyəti və gələcəkdə özünü aparması haqqında suallara cavab vermək təklif olunur. Ekspert qiymətləri müəyyən bir vaxt kəsiminə aid olan hadisələrin keyfiyyət xarakteristikaları və ya kəmiyyət qiymətləri şəklində formalaşdırılır. Burada ekspertlər tərəfindən istifadə edilən qiymətləndirmə şkalası böyük əhəmiyyət kəsb edir. Optimal qiymətləndirmə şkalası nisbətən kiçik dərəcə qiymətlərinə malik olmalıdır (3-dən 8-ə qədər) və hər bir dərəcəyə müəyyən ehtimal intervalı aid edilir. Bunlardan savayı hər bir dərəcə qısa mətnli keyfiyyət xarakteristikası ilə də müşahidə olunmalıdır. Ekspert metodunun çatışmayan cəhəti alınan qiymətlərin düzgünlüyünə zəmanətin olmaması, ekspertlər sorğusunun keçirilməsinin və alınmış məlumatların işlənməsinin çətin olmasıdır.

Ekspert qiymətləndirmə metodları aşağıdakı hallarda tətbiq olunur:

  • proqnozlaşdırma obyekti çox sadə olduqda;

  • retrospektiv keyfiyyət informasiyası var, kəmiyyət informasiyası yoxdur və ya məhduddur;

  • proqonzlaşdırma obyektinin mürəkkəbliyi səbəbindən bir-çox amillərin təsirini nəzərə almaq mümkün deyil və ya proqonzlaşdırma obyekti haqqında olan informasiyalar yüksək dərəcədə qeyri-müəyyəndir.

  • retrospektiv informasiya tamamilə yoxdur (bir qayda olaraq, belə obyektlər layihələndirilən və tikilən obyektlər olur).

Proqnozlaşdırmanın ekspert metodu fərdi və kollektiv ekspert proqnozlaşdırma metodlarına bölünür.

Fərdi ekspert qiymətləndirmə metodlarının əsasını ekspertlərin fərdi bacarıqlarından maksimum istifadə imkanı və onlara psixoloci təzyiqin olmaması (yaxud cuzi olması) prinsipləri təşkil edir.

Fərdi ekspert metodlarına müsahibə formasında aparılan sorğu metodu («müsahibə» metodu) və analitik metodlar qrupu aiddir.

Sorğu metodunda «sual-cavab» sxemindən istifadə edilir. Ekspert qarşısında proqnozlaşdırılan obyektin inkişafı haqqında suallar qoyulur. Alınan cavablar ekspertin biliyindən, bacarığından, təxəyyülündən s. xüsusiyyətlərindən asılı olur.

Analitik metodlar qrupuna çox vaxt analitik hesabat qeydləri metodları qrupu da deyilir. Bu qrupa analitik, assosiasiyalar, morfoloci analiz, ssenariyaların qurulması, ideyaların psixoloci-intellektual generasiyası metodları aiddirlər.

Analitik metodda ekspert müstəqil olaraq müəyyən bir müddət ərzində proqnozlaşdırma obyektinin inkişafı yollarını, vəziyyətini qiymətləndirir, tendensiyalarının analizini aparır bundan sonra öz fikirlərini hesabat şəklində təqdim edir. Məhz, buna görə bu metod bir çox hallarda «analitik ekspert qiymətləndirilməsi metodu» adlandırılır.

Assosiasiya metodunun mahiyyəti təsadüfi obyektlərin əlamətlərinin bu əlamətlərə görə assosiasiya qirlyandı elementlərinin, oxşar obyektlərin əlamətlərinin tədqiq olunan obyektə şamil edilməsi, analizi rasional variantların seçilməsindən ibarətdir. Metod yeni anlayışlar əlamətlər əsasında yeni qərarların istiqamətlənməmiş sərbəst axtarış strategiyasına aiddir. Bu metod fərdi öyrənilir, kollektiv tətbiq olunur.

Morfoloci analiz metodunda həlli tələb olunan problem ümumi nöqteyi-nəzərdən öyrənilir bütün mümkün həll variantları aşkar edilir. Aşkar olunmuş həll variantlarından maraq kəsb edən optimal variant təyin olunur. Morfoloci analiz metodunun məqsədi alınmış çoxsaylı həll variantlarından onların morfologiyası nəzərə alınmaqla problemin həllinin axtarılmasıdır.

Ssenariyaların qurulması metoduna ənənəvi ekspertizadan savayı, bir sıra parametrli yanaşmalar da aiddir bu metod kombinəli üsula yaxındır. Proqnoz özündə bir neçə ssenariyanı birləşdirir, – bir çox hallarda: optimist, pessimist ortarealist. Ssenariyanın qurulmasında səbəb-nəticə əlaqələrilə bir-birləri ilə bağlı olan hipotetik hadisələrin məntiqi ardıcıllığı təyin edilir. Hadisələrin ya vəziyyətlərin ardıcıllığına müvəqqəti koordinatlar sistemində baxılır.

İdeyaların psixioloci-intellektual generasiyası metodu yaradıcı motivlərə əsaslanır, lakin o, bütün fərdi qiymətlər kimi subyektivdir. Həllin sonuncu variantı ekspert verilənlərinin təhlili ilə tədqiqatçı tərəfindən verilir.

Kollektiv ekspert qiymətləndirmə metodlarına komissiyalar (dəyirmi stol) metodu, «Delfi» metodu, ideyaların kollektiv generasiyası metoduzehni həmlə» metodu) aiddirlər.

Komissiya metodunda «dəyirmi stol»un tərkibinə daxil olan xüsusi komissiyanın üzvləri müxtəlif fikirlərin razılaşdırılması vahid rəyin hazırlanması məqsədilə həlli tələb olunan problemi müzakirə edirlər. Proqnozun keyfiyyətinin artırılması məqsədilə müzakirəyə digər əlaqədar sahələrin mütəxəssisləri cəlb olunurlar. Qrupun tərkibinə xidmət vəzifələrinə görə tabelikdə olan şəxslərin, rədd edilməz (etirazı qəbul etməyən) avtoritetlərin daxil edilməsi məsləhət görülmür. Bu metodda kompromisə yol verilməsi xətaların çoxalmasına səbəb olur.

«Delfi» metodu kollektiv ekspert qiymətləndirilməsi metodlarından ən geniş yayılanıdır. Bu metodun məqsədi EHM- alınmış proqramın bütün əvvəlki mərhələləri üzrə ekspertlərlə razılaşdıralmış informasiya rəylərlə əks əlaqədə yenidən növbələnmiş (ölçülüb biçilmiş), ciddi şəkildə təshih edilmiş ardıcıl fərdi sorğular proqramının hazırlanmasıdır.

«Delfi» metoddu ilə proqonzlaşdırma qiyabi çox mərhələlidir (adətən, 3-4 mərhələdən ibarət olur).

Əvvəlcə ekspertlərə, əsasən, kəmiyyət cavabı tələb olunan (çox nadir hallarda keyfiyyət) problem suallar yazılmış anketlər göndərilir. Ekspertlər öz cavablarını poçt vasitəsilə ya digər xarici vasitə ilə göndərirlər. Ekspert cavablarını aldıqdan sonra, təşkilatçılar onların üzərində işləyir, orta kənar qiymətlərə malik olan qrup qiymətləndirməni təyin edirlər.

Sorğunun ikinci mərhələsində ekspert qrupunun üzvləri anketdəki digər fikirləri hadisələrin baş vermə tarixini qiymətləndirirlər. Ekspertlərin cavabları ciddi motivlərə malik olmalıdır. Sorğunun ikinci turundan sonra qrup rəhbəri rəylərin statistik svodkasını (yekun məlumatı) hazırlayır, medianı hesablayır, yəni qrup qiymətini verir.

Üçüncü mərhələdə ekspertlər qrup rəhbərinin hazırladığı rəylərin izahını müvafiq statistik svodkanı alırlar. Bunların əsasında ekspertlər bütün rəylərin icmalını verir verilmiş problem haqqında yeni fikirlər irəli sürürlər.

Dördüncü mərhələ, adətən sonuncu olur bu mərhələdə həyata keçirilən proseduralar üçüncü mərhələdə olduğu kimidir.

İdeyaların kollektiv generasiyası zehni həmlə») metodu çoxsaylı yeni ideyaların (ideyalar axınının) irəli sürülməsi ilə fərqlənir. «Zehni həmlə» («Beyin həmləsi») metodu 2 mərhələdən ibarət olur: ideyaların generasiyası onların qiymətləndirilməsi.

«Zehni həmlə» metodunun müxtəlif növləri vardır:

Əks zehni həmlə metodu özündə ideya generatorları kollektivinin iki «zehni həmləsi»ni birləşdirir: birincitədqiq olunan obyektin nöqsanlarının sərbəst aşkar edilməsi, ikinciaşkar olunmuş nöqsanların, çatışmamazlıqların aradan qaldırılması yeni ideyaların axtarışı üçündür. Kollektiv «zehni həmlənin» belə bölünməsi onun məqsədyönlülüyünü artırır, axtarışa daha konkret xarakter verir.

Kütləvi (qrup) zehni həmlə metodu ideyaların generasiyası prosesini paralelləşdirir. İkiqat zehni həmlə metodu iki zehni hücumu iki ideyanın qiymətləndirilməsi mərhələsi ardıcıllığını təşkil edir.

«İdeyaların konferensiyası» metodu ideyaların kollektiv axtarışı nəticələrinin yüksəldilməsi üçün bir neçə prinsipi birləşdirir: evristikanın məntiqliyi morfoloci analiz qaydaları nəzərə alınmaqla yüksək professionallıq, iştirakçıların əvvəlcədən hazırlanması, onların psixoloci cəhətdən hazırlanması üsulları.

«Zehni həmlə» metodunun hazırlanması həyata keçirilməsi metodikası aşağıdakı mərhələlərdən ibarətdir: hazırlıq mərhələsi, ideyaların generasiyası mərhələsi, ideyaların analizi mərhələsi.

İdeyaların idarə olunan generasiyası metodu fikirlərin mübadiləsi sxeminin tətbiqindən ibarətdir ekspertlər arasında razılığın əldə olunmasını nəzərdə tutur. Qrup rəhbəri müzakirəni elə təşkil edir aparır ki, ekspertlərin razılığı ilə problemin düzgün həlli tapılsın.

Sinoptik metodda analiz obyektinə sərbəst geniş yanaşma xasdır. Müxtəlif sahələr üçün ssenariyalar yazılır sonradan birləşdirilir.

Anketləşdirmə metodu praktiki proqonzlaşdırmada geniş yayılıb. O, sadə olmaqla bərabər, bir neçə ekspertin rəyini nəzərə almağa, tədqiq olunan obyektin inkişafı haqqında obyektiv ekspert qiymətlərinin alınmasına imkan yaradır.

Ekspert qiymətləndirmə metodları müəyyən prosedura çərçivsində tətbiq olunur:

1. İdarəetmə qrupu yaradılır, onün rəhbəri təyin edilir, ekspertizanın rəhbər sənədləri hazırlanır.

2. Ekspert qrupunun seçilməsi formalaşması həyata keçirilir.

3. Ekspertlər arasında sorğunun keçirilməsi üsulu metodikası təyin edilir.

4. Ekspert rəylərinin, cavablarının işlənməsi üsulları metodikası təyin edilir. Problemin həlli yolları üsulları formalaşdırılır.

5. Nəticələr işlənir, analiz edilir, təsdiq edilir hesabat tərtib olunur.

Yüklə 1,43 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin