Mövzu 6: Türkiyə 1918- ci İLDƏ


Ərəb əhalinin YPG-yə reaksiyası



Yüklə 320,05 Kb.
səhifə17/20
tarix02.01.2022
ölçüsü320,05 Kb.
#41916
1   ...   12   13   14   15   16   17   18   19   20
Mövzu 1. TÜRKİYƏ. doc-1

Ərəb əhalinin YPG-yə reaksiyası.

  Zeytun Budağı Hərəkatı YPG-nin Münbiç və Fəratın şərqində ərəblərlə əməkdaşlığını kövrək hala gətirəcək.

  YPG-nin Suriya Demokratik Qüvvələri tərkibində ərəblərlə yaratdığı ittifaqlar onsuz da mənfəət və ərəb tayfalarının yerli təhlükəsizliklərini zəmanətə almaq marağına əsaslanır. YPG-nin ərəb əhalinin sıx olduğu bölgələrdə legitimliyi o qədər də yoxdur.

  Münbiç Suriya böhranının əvvəlindən bu yana rejim müxalifi olaraq önə çıxmış bir şəhərdir və hazırda Azad Suriya Ordusu içində münbiçlilər əksəriyyət təşkil edir.  Bu səbəbdən YPG-nin Zeytun Budağı hərəkatı ilə ortaya çıxan zəifliyi Münbiçdə də hissləri dəyişdirəcək. Onsuz da uzun zamandır Münbiçdə xalqın bir hissəsi YPG əleyhinə mitinqlər keçirir. Yaxınlarda isə bu hadisələr daha da inkişaf edə bilər.

  Münbiçdə YPG-yə qarşı hərəkətə keçmək fürsəti tapan qruplar Türkiyənin Münbiç məsələsində ciddi olduğunu görmək və ona görə mövqelərini müəyyənləşdirmək istəyir. Bu baxımdan da Zeytun Budağı Hərəkatı Türkiyənin hərbi gücünü göstərmək iradəsinə malik olduğunu ortaya qoymaq və YPG-nin heç bir müqavimət göstərə bilməyəcəyini sübut etmək baxımından əhəmiyyətlidir. Beynəlxalq təzyiqlərin də Türkiyəyə mane ola bilməyəcəyi ortayadır.

  YPG-nin Afrində itirməsi qədər itirmə şəkli də mühüm əhəmiyyət kəsb edir. Zeytun Budağı Hərəkatının ilkin mərhələsini saymasaq, demək olar ki, heç bir müqavimət göstərməyən, döyüş iradəsi qalmayan və şəhər mərkəzini belə qaçaraq tərk edən bir təşkilat görüntüsü ortaya çıxıb. Bu vəziyyət YPG içindəki suriyalı faktorları da özlərini PKK-nın regional hədəflərinə qurban etməmək barədə fikirləşməyə sövq edə bilər. Bunun təbii nəticəsi qarşıdakı dövrdə YPG içində PKK kadrları və suriyalı faktorlar şəklində bir parçalanmanın ortaya çıxmasıdır. Bu məsələni dəstəkləyən bir fakt da Afrinin mərkəzində YPG-nin necə hərəkət etməsilə bağlı PKK-lılarla təşkilatın yerli üzvləri arasında yaranan fikir ayrılığıdır. PKK başçıları son günə qədər Afrində müqavimət göstərmək çağırışı edir, Afrindəki terrorçular (Kandil kadroları) müharibə variantını seçir, yerli hərbiçilər isə buna tabe olmayıb qaçmağa üstünlük verir.




Yüklə 320,05 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin