Giriş - çıxış yuvaları : Mikroprosessorun xarici qurğular (printer, Mouse və s.) ilə informasiya mübadiləsini həyata keçirən yuvalara portlar deyilir. Portlar sistem blokunun arxa panelində yerləşir. Portların iki: paralel (LPT1, LPT2 və s. ilə işarə olunanlar) və ardıcıl (COM1, COM2 və s. ilə işarə olunanlar) və müasir USB növündən istifadə edilir. Paralel portların ardıcıl portlardan üstünlüyü məlumatın daxil və xaric edilmə sürətinin üstünlüyündədir.
Hər anakartda digər qurğuların qoşulması üçün portlar vardır:
Serial/COM (Communication) port- COM port kompüterlərdə ilk istifadə olunan geniş məqsədli portdur. Bu porta müxtəlif qurğular qoşulur (modem, telefon və s. ) . COM port 9 pin-li və ya 25 pin-li ola bilər.
Paralel/LPT port – 25 pin-li bu porta printerlər, skanerlər və digər qurğular qoşula bilər. Əvvəllər qoşulma üçün bu portu istifadə edən qurğular günümüzdə daha çox USB və Firewire portlarından istifadə edirlər.
Fireware port – (IEEE1394) 6 pin və ya 4 pin-lidir. Kompüterə rəqəmsal kameraların və video yazıcıların qoşulması və yüksək sürətli məlumat ötürülməsi üçün nəzərdə tutulmuşdur.
USB – kompüteri söndürmədən avadanlığın taxılıb çıxarılmasını mümkün edən texnologiyadır. Hər anakart üzərində müxtəlif saylarda USB (Universal Serial Bus) port yerləşdirilir. USB portlara demək olar ki hər cür xarici cihazlar qoşula bilir. LPT və COM portla müqayisədə daha sürətlidirlər.. Əgər məsafə problemi olarsa və ya daha çox qurğu qoşmağa ehtiyac olarsa, USB HUB -lardan istifadə etmək mümkündür. USB - nin üstün cəhətlərindən biri də ona qoşulan avadanlığa ötürmə yolları ilə enerji ötürməsidir. USB konnektorları müxtəlif tiplərdə ola bilər :
USB baglayıcıları 4 pin-dən ibarətdir: 1 pin +5V güc enerji bağlantısı üçündür, 2 pin məlumat ötürmək üçündür, 1 pin isə torpaqlama üçündür.
PS/2 port – mouse və klaviatura qoşulması üçün nəzərdə tutulmuşdur. Hər ikisi forma və çıxışlarının sayı etibarilə eynidir. Buna görə də əsasən fərqli rənglərdə olurlar. Standart olaraq rəngi yaşıl olan mouse üçün, bənövşəyi olan klaviatura üçün istifadə edilir. Üzərlərində klaviatura və mouse simvolları da vardır.