Noutbookları personal kompüterlərdən təkcə ölçüləri deyil, batareya avtonom mənbə kimi bəzi başqa xüsusiyyətləri də fərqləndirir. İnternetlə və ofis proqramları ilə işləmək üçün Netbooklar istifadə olunur. Şəbəkə üzərindən işləmək üçün minimal imkanlar nəzərdə tutulmuşdur. Son zamanlar Netbooklar demək olar ki istehsaldan çıxmaq üzrədir. Onlar ölçülərinə görə böyük deyildir. Ekranın diaqonalı təxminən 9 – 11 düyüm, çəkisi təxminən 1 - 1.15 kq-dır. Çəkicə yüngül, enerji sərfi az və qiymətcə ucuzdur. Adi sərt diskin yerinə fleş yaddaşlar istifadə olunur. Noutbooklarda modeldən asılı olaraq enerji sərfi fərqlidir, netbooklarda isə demək olar ki hamısında eynidir. Noutbookda akumulyator enerjini bir neçə saat saxlayırsa netbooklarda 9-12 saat saxlaya bilir.
2002 –ci ilin sonlarında fərdi kompüterin yeni nəsli meydana gəldi , bunlara Tablet
PC, yani planşet kompüterləri deyildi. Planşet kompüterləri də kompakt, yüngül, enerji sərfi az və enerji çox saxlayandırlar. Onlar mouse və klaviaturasız , sensor ekranlı olurlar. İstifadəsi barmaqla və ya stilus adlanan elektron qurğu ilə mümkündür. Məlumatlarla virtual klaviatura ilə də işləmək mümkündür. Bu kompüterin digər mobil qurğulardan fərqi odur ki , onların stasionar kompüterlərnən aparat uyğunluqları vardır və tam əməliyyat sistemi yüklənir. Planşet kompüterləri Windows XP , Windows 7, Windows 8, OC Android, Apple
MacOS X, Linux əməliyyat sistemlərini istifadə edir. Planşetlər də noutbook və netbooklara identikdirlər, onlarda da prosessor, RAM, sərt disk, ekran kartı vardır. Bütün planşetlərdə simsiz əlaqə kimi Wİ - Fİ , bluetooth, 3G vardır. Bununla belə heç də hamısının USB və yaddaş kart dəstəyi yoxdur. Hazırda Android planşetləri dünyada 65- 70 % göstərici ilə liderdir.
Nəzarət sualları: EHM-lər inkişaf tarixinə uyğun olaraq hansı mərhələlərdən keçmişdir?
Sistem blokunun daxilində hansı qurğular yerləşir?
Kompüterin ümumi işini idarə edən əsas qurğu hansıdır?
Takt tezliyi nədir?
Keş yaddaş hansı qurğuya aiddir?
Çipset harada yerləşir?
Əməli yaddaşın əsas səciyyəvi cəhəti hansıdır?
Sərt diskin həcmi nə ilə ölçülür?
Modemin iş prinsipi nəyə əsaslanır?
MAC ünvanları nələrdən təşkil olunur?
Videokartlar hansı qoşulma standartlarından istifadə edirlər?
Qurğuları soyutmaq üçün nədən istifadə olunur?
Ana platanın üzərində hansı giriş-çıxış yuvaları var?
ROM daimi yoxsa müvəqqəti yaddaşdır?
Kompüterlə işləmə zamanı monitor gözdən hansı məsafədə olmalıdır?