Mikrofon - səsin elektrik siqnalına çevrilməsinə təmin edən giriş qurğusudur. Mikrofonun köməyi ilə audio məlumat kompüterə daxil edilir.
Səsgücləndirici
Mikrofon - səsin elektrik siqnalına çevrilməsinə təmin edən giriş qurğusudur. Mikrofonun köməyi ilə audio məlumat kompüterə daxil edilir.
Səsgücləndirici (çıxış qurğusu kimi) audio məlumatları dinləmək üçün istifadə olunur.
UPS (Uninterruptable Power Supply) : UPS ingilis sözü olub Uninterruptible Power Supply sözünün baş hərfləridir. Mənası kəsintisiz güc qaynağı deməkdir. Kompüteri gərginlik problemlərindən qoruyan qurğudur. Elektrik enerjisinin kəsilməsi anından 15 – 20 dəqiqə kompüteri elektriklə təmin edə bilir. Beləcə elektrik kəsintisi olduqda informasiyanı yaddaşa verib kompüteri söndürmək mümkündür. Ona sistem blokunu, monitoru və xarici qurğularını qoşmaq olar. UPS təkcə enerji kəsintisi üçün deyildir. UPS həm də elektrik sıçrantılarının və gərginlik enib-qalxmaları nəticəsində kompüterlərə dəyə biləcək zərərlərin qarşısını alır.
Web Camera :Video informasiyanı (görüntüləri) kompüterə daxil edən giriş qurğusudur. Adətən bərkidicilərin köməyi ilə kompüterlərə taxılır. Parametrlər artdıqca təsvirin reallığı da artır. Azaldıqca təsvirlər monitorda əks olunan zaman müəyyən gecikmələrə və titrəyişlərə məruz qalacaqlar. Kamera videonu yadda saxlamır, sadəcə şəkilləri çəkib ötürür, yaddaşda saxlamaq üçün kameraya qoşulmuş xüsusi proqram təminatı vardır. Müasir İP kameralara internet vasitəsilə qoşulmaq və browser vasitəsilə idarə etmək mümkündür.
Wi -Fi (Wireless Fidelity) : Wi-Fikompüterlərinşəbəkəyə qoşulması üçün müasir simsiz texnologiyadır. İstifadəçinin başqa bir kompüter şəbəkəsinə naqil istifadə etmədən radiokanal vasitəsilə qoşulma imkanı verir. Wİ - Fi adaptoru ayrıca qurğudur. Bu adaptorlar PCI slotuna qoşulur , USB forması da mövcuddur. Kompüterlər sərbəst şəkildə əhatə dairəsi daxilində ərazidə yerdəyişmələr edə bilərlər və bu halda şəbəkə kəsintisi baş vermir. Bütün adapterlərdə antena olur. PCMCIA kartları adətən daxili antena ilə istehsal olunur, PCİ – kartları isə xarici antena ilə buraxılır. Bu antenalar informasiyanın daxil və xaric olması zonasını təyin edir . Təhlükəsizlik baxımından lokal şəbəkədən geri qalsa da , naqil çəkilmələri çətin və ya uyğunsuz olan yerlərdə əlverişlidir. Ona görə də daha çox naqilli qoşulmalara üstünıük verilir. Şəbəkələri birləşdirmək üçün WAP (acces point) əlaqə nöqtələri qurulur. WAP bu əlaqələr arasında bir növ HUB funksiyası daşıyır.Wi-fi-nin dalğaları daha yuxarı diapazonlardan istifadə etdiyinə görə telefon və ya televiziya dalğalarına qarışmır.
Bluetooth: Əhatə dairəsi təxminən 10-90 m arası dəyişir .Yaratmaq üçün bir nöqtədən eyni zamanda bir neçə nöqtəyə bağlana bilən azı 2 bluetoothcihazı lazımdır. Qalan məntiq LAN məntiqinə oxşasa da qoşulanların sayı 8-i keçməməlidir. Üstünlükləri məlumatların simsiz ötürülməsi , az enerji sərfi , kiçik ölçülər , təhlükəsizlik , yüksək standartlaşdırmadır.
Kontroller idarə qurğusu olub giriş-çıxış qurğularını mərkəzi prosessorla əlaqələndirir. Bəzi qurğuların (klaviatura, mouse, printeri və s.) kontrolleri fərdi kompüterin ana platasının üzərində olur. Bəzi qurğuların (monitor, sərt maqnit disk qurğusu və s.) kontrolleri isə ayrıca plata şəklində olur və onlar ana plata üzərində olan sökmələrdə (razyomlarda) yerləşdirilir.