Mövzu Maliyyə nəzarəti sistemində auditin rolu. Auditin mahiyyəti, məqsəd, vəzifə və prinsipləri. Plan



Yüklə 465,1 Kb.
səhifə29/82
tarix18.04.2023
ölçüsü465,1 Kb.
#100182
1   ...   25   26   27   28   29   30   31   32   ...   82
Audit yeni

Faktiki yoxlama dedikdə auditor tərəfindən material aktivlərinin
(istehsal ehtiyatlarının, pul vəsaitlərinin və i.a.) nəzərdən keçirilməsi və ya hesablanması, daha doğrusu inventarizasiyası başa düşülür.
Təsdiq etmə informasiyaların təsdiq edilməsi üçün müştəridən və ya üçüncü şəxsdən yazılı cavabın alınması deməkdir.
Sənədli yoxlama ~ sənədlərin formal yoxlanmasından (bütün rekvizitlərin doldurulmasının düzgünlüyü, mətn və rəqəmlərdə düzəlişlərin, pozuntuların, sonradan ya yazılışların mövcudluğu, vəzifəli və maddi məsul şəxslərin imzalarının həqiqiliyi), hesabı yoxlamadan (ilkin sənədlərdə, uçot registrlərində və hesabat formalarında hesablamaların düzgünlüyü) və sənədlərin mahiyyətcə yoxlanmasından (təsərrüfat əməliyyatlarının qanuniliyi və məqsədəuy- ğunluğunun, əməliyyatlarının hesablar üzrə yazılışının və xərc maddələrinə daxil edilməsinin düzgünlüyü) ibarətdir.
Müşahidə - vizual müşahidə əsasında müştərinin imkanları haqqında ümumi təsəvvürün əldə edilməsidir.
Sorğu - müştəridən yazılı və ya şifahi formasında informasiyaların alınmasıdır.
Mexaniki dəqiqliyin yoxlanması - hesablamaların və informasiyaların ötürülməsinin yenidən yoxlanmasıdır.
Analitik testlər - müqayisə, indeks və əmsallar metodlarını xarakterizə edir.
Tədqiqat - problemlə şəxsən tanış olmağı əks etdirir.
Xüsusi yoxlama - qarşılıqlı hesablaşmalar və real yoxlama imkanları olduqda müəyyən sənədlərin digər təşkilatlarda yoxlanılması.
Yoxlamanın aparılması metodları ilə yanaşı yoxlamanın təşkili metodları da vardır:

  • başdan-başa (sənədli və faktiki);

  • seçmə qaydasında; -analitik; -kombinə edilmiş.

Auditor yoxlamaları zamanı hesabatdakı bəzi təhriflər nəzərdən qaça bilər. Hesabatların təhrif olunmasına səbəb ola biləcək - , 75 _ mümkün fırıldaqçılıq və ya səhvlər haqqında auditorda hər hansı bir şübhənin yaranması öz şübhələrinin əsas olması və ya təsdiq olunması üçün auditordan həmin fikirlərin təsdiq olunması prosedurlarının genişləndirilməsini tələb edir.
Fırıldaqçılığın və ya səhvlərin aşkar edilməsi və əsaslandırılması üzrə auditor məsuliyyət daşıyır və həmin məsələlər «Fırıldaqçılıq və səhvlər» (AİIÜS 053/073-2002) milli standartında öz əksini tapmışdır. Həmin standartın vəzifələrinə mühasibat (maliyyə) hesabatlarında təhrif növlərinin təsviri, həmin təhriflərin riski amillərinin müəyyən edilməsi, təsərrüfat subyektlərində məsul şəxslərin mühasibat uçotu və hesabatlarının təşkili və aparılmasının qanunvericilikdə müəyyən olunmuş qaydalarının bilərəkdən və ya bilmədən (fəaliyyətsizlik) düzgün əməl edilməməsi nəticəsində mühasibat hesabatlarında təhriflərin aşkar edilməsi zamanı auditorun hərəkətinin xüsusiyyətlərinin müəyyən olunması, eləcə də auditor tərəfindən mühasibat (maliyyə) hesabatlarının dürüstlüyünə təsir edən təhriflərin aşkar edilməsi ilə əlaqədar auditorun məsuliyyətinin həddinin müəyyən edilməsi daxildir.

Yüklə 465,1 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin