1.1 Müəssisənin rəqabət qabiliyyətliliyi
Rəqabət geniş mənada
bir çox sahədə
istifadə olunur və şəxslərin, qrupların və ya
orqanizmlərin resurslar üzrə bir biri ilə mübarizə aparmağını bildilir. Rəqabəti bildirmək
üçün
xarici
dillərdə
əsasən competitionem
("razılaşma") və
ya concurrere
("toqquşmaq") sözlərindən əmələ gələn terminlər istifadə olunur. Azərbaycan dilinə
isə rəqabət sözü ərəb dilindən ( "yarış" deməkdir) gəlib.
Rəqabət – müxtəlif istehsalçılar və satıcılar arasında aparılan mübarizə
vəziyyətidir, ümumilikdə isə istənilən subyektlərlə, bazarı tutmaq üçün fəaliyyət
mübarizəsidir ki, burada daha faydalı şərtlə mal və xidmətlərin bazarda satışı və alışı üzrə
fəaliyyət göstərilir ki, daha çox gəlir, mənfəət, başqa qazanclar əldə edilsin.
Dostları ilə paylaş: |