Adam Smit və digər ekonomistlər bildirirlər ki, sağlam rəqabət bütövlükdə iqtisadiyyat
üçün çox əlverişlidir, çünki o, resursların səmərəli paylanmasına səbəb olur.Mükəmməl
rəqabətin resursları səmərəli bölüşdürülməsinin ən dəqiq şəkildə italyan iqtisadçısı
7
Paratoya görə resurslar düzgün bölüşdürüldüyü halda, heç kim digərinin vəziyyətini
pisləşdirmədən öz vəziyyətini yaxşılaşdıra bilməz.
Deməli bu halda resursların artıq xərclənməsi mövcud deyildir.Əgər , cəmiyyət “nə,
necə və kimlər üçün“ istehsal etmək qərarını qəbul edibsə, kiminsə vəziyyətini
pisləşdirmədən, heç olmazsa bir iştirakçının vəziyyətini yaxşılaşdlrmaq mümkündürsə,
resursaların istifadəsində israfçılığa yol verilmişdir.
Paretoya görə optimallıq konkret vəziyyətdə israfçılığın olub –olmamasını göstərən
səbəblər təklif edir.Lakin bu səbəblər resursların necə bölüşdürülməsini göstərmir, çünki
o, üç iqtisadi məsələdən, yalnız ikisinə nə istehsal etmək və necə istehsal etməyə
aiddir.O,çox çətin olan üçüncü sualı – kimin üçün istehsal eməyi kənarda qoyur.Paretoya
görə həttə qeyri-bərabərlik şəraitində də resurslar səmərəli bölüşdürülə bilər.
Şəkil 2.də göründüyü kimi X
1
və X
2
istehlakçıların əldə edə biləcəkləri faydalılıq
mərhələləri təsvir edilmişdir. A və B nöqtələrində əhalinin bütün nemətləri uyğun olaraq
X
1
və X
2
- istehlakçılarına verilmişdir. A nöqtədindən B nöqtəsinə istiqamətləndikcə,
nemətlər X
2
və X
1
istehlakçılar arasında paylaşılır.Buna əsasəndə bu halda X
2
istehlakçısının vəziyyəti zəiflətir.X
1
istehlakçısının vəziyyəti isə yaxşılaşır.Məqsəd
qoyulan faydalılıq əyrisi mənfi meyillidir.Bu o deməkdir ki, əgər heç olmasa bir resurs
israf edilmirsə, bir tərəfin vəziyyıtinin güclənməsi hökmən digər tərəf üçün resursun
zəifləməsi yəni onun vəziyyətinin pisləşməsinin nəzərdə tutur.
8
Məqsədə çatan faydalılıq sərhədində bütün gördüyümüz nöqtələr səmərəli, sərhəd
daxilində qalan hissə isə qeyri- səmərəli hesab edilir.
Dostları ilə paylaş: