Qiymət səviyyəsinin müəyyənləşdirilməsi. Fyuçers qiymətləri belə bir
mexanizmi özündə əks etdirir ki, kontraktların bağlandığı müddətdə fyuçers
kontraktlarının əsasını təşkil edən əmtəələr hansı qiymətə təklif edilir. Adətən bazara
minlərlə iştirakçı daxil olur. Onlar da qiymətin yüksək və aşağı səviyyəsindən asılı
olaraq alqı və satqı əməliyyatlarını həyata keçirirlər. Praktikada əmtəələrin qiyməti ilə
bağlı proqnozlar mövcuddur. Fyuçers bazarının iştirakçılarından hər biri nağd pullarla
fyuçers qiymətləri haqqında öz mövqelərini möhkəmləndirirlər. Fyuçers qiymətləri isə
daim dəyişir. Qiymətlərin artıb- azalması ilə bağlı informasiyalar bazar iştirakçılarının
daim diqqət mərkəzində durur. Bunlar isə fyuçers bazarlarının əhəmiyyətli dərəcədə
həssaslığını göstərir.
Birjada əmtəələrin pula çevrilmə qabiliyyətinin və onun səmərəliliyinin yüksəldilməsi. Fyuçers birjaları - ən real pula çevrilmə imkanına malik səhmlər
bazarıdır. Bu proses zamanı səmərəlilik dövriyyənin surəti və bağlanan fyuçers
kontraktlarının sadəliyi və təkmilliyi ilə ölçülür. Fyuçers birjaları brokerlər firmasında
özünəməxsus hesaba malikdir. Burada adətən alqı-satqı əməliyyatlarının aparılması və
onun pula çevrilməsi üçün sifarişlər verilir, onun yerinə yetirilməsinin təsdiq edilməsi
ilə bağlı informasiya alınır. Bu proses bütünlükdə iqtisadiyyat üçün olduqca əlverişli
hesab edilir. Eyni zamanda bu proses istehsalçıların, istehlakçıların və ticarətçilərin
tərəf müqabilləri axtarması ilə bağlı risklərini sərbəstləşdirir.
İnformasiya axınının artması.Fyuçers birjasının ən mühüm funksiyası -
informasiya axınının yaxşılaşdırılmasıdır. Biıjalann və onlann üzvlərinin ticarətin
həyata keçirilməsində maraqlan yüksək olarsa, bu zaman fyuçers əməliyyatlarının
aktivliyi də artır. Fyuçers birjalannın fəaliyyətində və fyuçers kontraktlarının
bağlanmasında ən səmərəli yollardan biri işgüzar informasiyaların toplanması və
onların geniş şəkildə yayılmasıdır. Brokerlər və birjalar arasında gedən intensiv rəqabət
məhsul üzrə əlverişli informasiyanın toplanmasını təmin edir.
Ticarətin həyata keçirildiyi fyuçers birjası adətən əmtəələrin qiymətlərinin
səviyyəsini müəyyən etmir. Bir qayda olaraq bu qiymətlər bazara daxil olan
iştirakçıların birgə səyi ilə müəyyənləşdirilir. Fyuçers birjasında istehsalçıları qiymətin
çox aşağı səviyyədə müəyyənləşdirilməsinə görə tez-tez tənqid edirlər.
Fyuçers birjası funksiyalarının yerinə yetirilməsindən ötrü aşağıdakı təşkilati-
maliyyə şərtləri təmin edilməlidir:
-
əməliyyatların həyata keçirilməsi üçün müvafiq qurğularla təchiz edilmiş ərazinin mövcudluğu; -
rabitə və informasiya vasitələrinin mövcudluğu; -
əməliyyatların bağlanmasını təmin edən müvafiq proseduraların hazırlanması; -fyuçers kontraktlarının maliyyə cəhətdən bütövlüyünü təmin etmək üçün səmərəli klirinq sistemi; -
bütün bazar iştirakçıları tərəfindən əməl ediləcək müvafiq qanunvericilik aktlarının və qaydalarının hazırlanması; -
əvvəlcədən nəzərdə tutulan fyuçers kontraktları. Fyuçers birjasının təşkilində hazırlanmış sxemlər dünya birjasında eyni
quruluşa malikdir. Əvvəllər olduğu kimi hazırda da birjalar ticarətin təşkili
baxımından ərazi funksiyalarını yerinə yetirirlər. Həmin ərazidə ticarət iştirakçıları
adətən bu və ya digər kommersiya əməliyyatlarının bağlanması üçün toplaşırlar.
Birjaların yarandığı dövrlərdə əməliyyatların bütün mərhələləri birjanın yerləşdiyi
əsas binada həyata keçirilirdi. Hazırda isə dünyanın bütün aparıcı birjaları
müştərilərin sifarişlərini toplamaq üçün inkişaf etmiş xidmət strukturuna malikdir.
Birjaların mərkəzləşmiş xidməti əsas binada fəaliyyət göstərir. Bu cür ümumi
xidmətlər arasında əməliyyat zalı, broker firmasının baş ofisi, qeydiyyat bürosu,
informasiya xidməti fəaliyyət göstərir.