Eninə - zolaqlı əzələlərin quruluşu.
Əzələ toxuması, əzələ hüceyrələrindən (liflər), hüceyrədaxili maddədən (kollagen, elastin və s.) və sıx sinir lifləri şəbəkəsindən və qan damarlarından ibarətdir. Quruluşuna görə əzələlər hamar (bağırsaq, qan damarlarının divarları əzələləri) və eninə - zolaqlı (skelet, ürək əzələləri) əzələlərə bölünür. Quruluşundan asılı olmayaraq bütün əzələlər yaxın mexaniki xassələrə, eyni fəallaşma mexanizminə və yaxın kimyəvi tərkibə malikdirlər. Əzələ liflərinin eninə - zolaqlı quruluşu adi mikroskop altında müşahidə edilə bilir. Sinir lifinin diametri 20 – 80 mkm – dir və qalınlığı 10nm olan plazmatik membranla əhatə olunmuşdur. Əzələnin növündən asılı olaraq ayrı – ayrı liflərin uzunluğu bir neçə yüz mikrondan bir meçə santimetrədək olur. Lifin (hüceyrənin) daxilində məlum orqanellərdən (nüvə, nüvəcik, mitoxondri, Holci aparatı və s.) başqa hüceyrənin yığıcı aparatı yerləşir. Yığıcı aparat, diametri 1-2 mkm olan paralel yerləşmiş miofibrillərdən, eləcə də hüceyrə orqanellərindən – sarkoplazmatik retikulumdan və eninə borucuqlardan – T sistemindən ibarətdir.
Miofibrillərdə A – zonasını (ani izotrop xassəli) və I zonasını (izotrop xassəli) fərqləndirirlər. I zonasında nazik qara zolaq Z diski keçir. 2Z diski arasında sarkomer yerləşir. Sarkomer əzələ hüceyrəsinin elementar yığıcı vahididir. Sarkomer – nazik və qalın sapların nizamlı sistemidir. Qalın sapın qalınlığı 12nm, uzunluğu 1,5 mkm – dir və miozin zülalından təşkil olunur. Nazik sapın qalınlığı 8 nm, uzunluğu 1 mkm – dir və aktiv zülallardan təşkil olunur. Aktin – miozin kompleksində ATF enerjisinin çevrilməsi baş verir.
Dostları ilə paylaş: |